Biz ağrılı bədənlə özümüzü eyniləşdirməyi dağıtmaq qabi-
liyyətinə yiyələnəcək qədər dərrakəli olduqda, ağrıda nələr baş
verir?
59
Ağrılı bədən şüursuzluqdan yaranır, şüurluluq isə
onu özünə, yəni şüurluluğa çevirir. Müqəddəs Pavel bu
universal prinsipi çox gözəl ifadə edib: “İşığa çıxarılan
hər şey görünür və işığa çıxarılan hər şey işıq halına çev-
rilir”.
Qaranlıqla mübarizə apara bilmədiyin kimi, ağrılı
bədənlədə döyüşə bilməzsən. Bu cür səylər daxili müna-
qişə və daha çox ağrı yaradacaq. İzləmək tamamilə kifa-
yətdir. Onu izləmək, onu o anda olanın bir parçası olaraq
qəbul etmək mənasına gəlir.
Ağrı, zehinlə qeyri-təbii eyniləşmə prosesi nəticəsin-
də sizin ümumi enerji dairənizdən ayrılıb müvəqqəti ola-
raq ayrıca halda olan yaşam-enerjisindən yaranır. O öz-
özünə qarşı kəskin şəkildə çevrilərək, öz quyruğunu ye-
mək istəyən heyvan kimi anti-həyat olur. Necə düşünür-
sən, niyə bizim sivilizasiya həyatın bütün formalarına
qarşı münasibətdə bu qədər dağıdıcı olub? Buna baxma-
yaraq həyatı məhv edən güclər belə, yenə də həyat ener-
jisi olaraq qalır.
Sən özünü idrakınla eyniləşdirməyi dayandıranda və
müşahidəçiyə çevriləndə, ağrılı bədən hələ bir müddət
aktivliyini qoruyacaq və səni ozüylə eyniləşdirməyə çalı-
şacaq. Sən onunla eyniləşərək ona enerji verməməyinə
baxmayaraq, o - bir müddət fırlanan təkər kimi qayıt-
mağa çalışacaq. Mövcudluğunun bu mərhələsində o
sənin bədəninin müxtəlif hissələrində hələ fiziki ağrı
60
yarada bilər, ancaq bu ağrı davamlı olmayacaq. Odur ki,
mövcud, şüurlu olaraq qal. Ayıq-sayıq ol və öz daxili
məkanını qoru. Ağrılı bədəni izləmək və onun enerjisini
birbaşa hiss etmək üçünsən kifayət qədər orada mövcud
olmalısan. Onda o sənin təfəkkürünü idarə etməyi bacar-
mayacaq.
Elə ki
təfəkkürün ağrının enerji sahəsinə
köklənir, bu zaman sən onunla yenidən eyniləşir və
fikirlərini yenidən onunla qidalandırırsan.
Məsələn, əgər hirs, ağrılı bədənin üstün enerjisidirsə
və sən kiminsə haçansa sənə ziyan vurmasıyla bağlı kinli
fikirlərə qərq olmusansa, ya da o şəxsin hansısa formada
dərsini vermək istəyirsənsə, o zaman şüursuz hala
gəlibsən və ağrılı bədən “sənə” çevrilib. Əgər hirs varsa,
onun altında hər zaman ağrı var. Əgər sənə kədərli ovqat
hakim kəsilirsə və müxtəlif neqativ fikirlərə dalmağa,
həyatının nə qədər miskin və əbəs olduğunu düşünməyə
başlayırsansa, onda fikirlərin ağrıyla birləşir, dərkedil-
məz olaraq, ağrının hücümlarına məruz qalırsan. Mənim
istifadə etdiyim “dərkedilməzlik” sözü burada bəzi zehni
və ya emosional eyniləşmələrə uyğundur. Bu müşahidə-
çinin tam olmaması deməkdir.
Uzunmüddətli şüurlu diqqət ağrılı bədənlə sənin tə-
fəkkür prosesin arasındakı əlaqəni qırır və transforma-
siya (bir haldan başqa hala keçmə)prosesini həyata keçi-
rir. Bu ağrının şüurunuzun alovunun yanacağı halına gəl-
məsi kimidir, o zaman o daha parlaq bir şəkildə yanır.
61
Qədim kimyagərlik sənətinin gizli mənası və təyinatı da
elə budur: adi metalların qızıla, iztirabın şüurluluğa dö-
nüşdürülməsidir. Beləliklə şüurunun laylara ayrılması
dayanır və o bütövləşir, yenidən tam olursan. O halda
bundan sonra sənin vəzifən daha çox ağrı yaratma-
maqdır.
İcazə ver, bu prossesi yekunlaşdırım. Diqqətini için-
dəki duyğularına cəmlə. Bil ki, bu elə ağrılı bədəndir.
Onun varlığını qəbul et. Onun haqqında düşünmə, duy-
ğularının fikrə çevrilməsinə icazə vermə. Mühakimə yü-
rütmə və təhlil etmə. Öz şəxsiyyətini ondan doğan key-
fiyyətlərlə yaratma. Müşahidəçi olaraq qal və daxilində
baş verənləri izləməyə davam et. Yalnız emosional ağrı-
nın varlığından yox, həm də “müşahidə edənin” səssiz
izləyicinin fərqində ol. İndiki Anın gücü də budur, sənin
şüurlu mövcudluğunun gücü. Və sonra nə baş verəcəyini
gör.
&
Bir çox qadınlarda ağrılı bədən aybaşı dövrü
ərəfəsində xüsusilə fəallaşır. Bir azdan bu haqda və bu
oyanmanın səbəbləri haqqında danışacağam. İndisə icazə
verin, bunları deyim: əgər daxilində hiss etdiyin şeyin
səni əzməsinə imkan verməkdənsə, onu izləyə bilirsənsə,
səndə ən güclü mənəvi praktika ilə məşğul olmaq
62
imkanı yaranır və onda bütün keçmiş ağrıların transfor-
masiyası mümkün olur.
Eqonun Ağrılı Bədənlə
Eynil
əşdirilməsi
İndicə təsvir etdiyim proses son dərəcə güclü olmaq-
la yanaşı, həm də sadədir. Bunu görə bunları hətta uşaq-
lara da öyrətmək olar və çox güman ki, nə vaxtsa bu
uşaqların məktəbdə öyrənəcəkləri ilk dərslərdən olacaq.
Elə ki bir dəfə əsas, baza prinsiplərini, yəni daxilində baş
verən proseslərdə müşahidəçi qismində mövcud olmaq
prinsipini öyrəndin, bunu öz duyğularından “anla-
yacaq”, eyni zamanda, ən güclü dəyişiklik alətini də
sərəncamına aldığını anlayacaqsan.
Bu o demək deyil ki, ağrından ayrılma prosesində
güclü daxili müqavimətə rast gəlməyəcəksən. Əgər həya-
tının böyük bir hissəsini emosional ağrınla dərindən ey-
niləşdirərək yaşamısansa və duyğularının hamısı, ya da
mühüm bir hissəsi ona qapanıb qalıbsa, belə bir müqavi-
mət ola bilər. Bu eyniləşmə sənin ağrılı bədənindən bəd-
bəxt bir mənlik yaradıb və səndə bu idrak qurğusunun
həqiqi sən olduğuna inanıbsan. Bu halda kimliyinizi itir-
mək qorxusu bu eyniləşmənin qırılmasına qarşı güclü bir
dirənc yaradacaq. Başqa sözlə, sən naməlum tərəfə istiqa-
mətlənib, vərdiş etdiyin o narazı “mən”i itirməyə risk
63
etməkdənsə, ağrı içində olmağa, yəni ağrılı bədən olmağa
üstünlük verə bilərsən.
Əgər bütün bunlar sənə uyğun gəlirsə, içindəki mü-
qaviməti müşahidə et. Ağrına bağlılığını müşahidə et.
Son dərəcə diqqətli ol. Narahat duruma düşməyindən
aldığın o qəribə həzzi müşahidə et. Onun haqqında da-
nışmaq və ya düşünməklə bağlı içindən gələn məcbu-
redici hissi müşahidə et. Elə ki bu müqaviməti dərk etdin,
o dərhal yoxa çıxacaq. Bundan sonra bütün diqqətini ağ-
rılı bədəninə keçirə, mövcud şahid olaraq qala bilər və
beləliklə, onun bir haldan başqa hala keçməyinin başlan-
ğıcını qoya bilərsən.
Bunu ancaq sən edə bilərsən. Heç kəs bunu sənin
Dostları ilə paylaş: |