Belə çıxır ki, emosiyaların izlənməsi, fikirlərin izlənməsi
qədər vacibdir?
Tamamilə doğrudur. Özünə sual vermək vərdişinə
yiyələn: “İndiki halda daxilimdə nə baş verir?” Bu sual
sənə lazımi istiqaməti göstərəcək. Amma təhlil etmə, sa-
dəcə müşahidə et. Emosiyanın enerjisini hiss et. Əgər heç
bir emosiya yoxdusa, onda diqqətini daha da dərinə, öz
bədəninin enerji sahəsinə yönəlt. Bu, Varlığın qapısıdır.
&
Emosiya adətən güclü və həyəcanlanmış fikir forması
olur, hər şeydən öncə həddindən artıq enerji ilə yük-
ləndiyindən, əvvəlcə onu müşahidə etmək o qədər də
asan olmur. O səni yoldan çıxarmaq və ələ almaq istəyir
və bir qayda olaraq uğur qazanır; və səndə yetərli möv-
45
cudluq hissi yetişməyənə qədər o, buna nail olacaq. Əgər
mövcudluq yetərsizliyi ucbatından (yeri gəlmişkən, bu
normadır) sən özünü emosiyalarınla şüursuz eyniləşdirir-
sənsə, onda emosiya müəyyən müddətə sənə hakim olur.
Bu sonsuz dairə çox vaxt sənin fikrinlə emosiyalarının
arasına girir: onlar bir-birini qidalandırırlar.
Fikir forması öz-özünü müvafiq emosiya şəklində bö-
yüdülmüş hala salır, bu emosiyanın titrəmə tezliyi isə
fikir formasını enerji ilə qidalandırmaqda davam edir.
Yəni zehnən emosiyanın səbəbi olaraq başa düşülən və-
ziyyət, hər hansı şəxs və ya hadisə üzərində dayanaraq,
düşüncə emosiyanı enerjiylə qidalandırır, emosiya isə dü-
şüncəni qidalandırır və bu davamlı belə davam edir.
Təməldə, bütün hisslər sizin ad və forma xaricində
kim olmağınızla bağlı fərqindəliyinizi itirməyinizdən
qaynaqlanır, ayırd edilməmiş duyğunun bir qədər dəyiş-
miş hallarıdır
Bu emosiyanın ayrılmamış təbiəti səbəbindən onu
tam tərif etmək çox çətindir. İlk ağla gələn “qorxu” sözü-
dür, amma ondan başqa atılma, tərk edilmə və natamam-
lıq duyğusuda vardır. Ola bilər ki, buna ən uyğun termin
kimi, ayrılmamış və çox sadə ada malik “ağrı” sözü ola
bilər. İdrakın əsas vəzifələrindən biri emosional ağrı ilə
mübarizə, ya da onun aradan qaldırılmasıdır ki, bu da
nəticədə onun fasiləsiz aktiv olmasına səbəb olur, lakin
onun nail ola biləcəyi yalnız ağrını müvəqqəti dayandır-
46
maq ola bilər. İdrak bu ağrıdan xilas olmaq üçün nə qə-
dər mübarizə aparırsa, ağrı da o qədər artır.
İdrak bunu nə müstəqil həll edə bilir, nə də sənə bu-
nun həllini tapmağa imkan verir, çünki o özü bu “proble-
min” ayrılmaz bir hissəsidir. Cinayətkarı tapmaq istəyən,
həm də həmin cinayətkar özü olan polis rəisini təsəvvür
edin. Özünü idrakınla, başqa sözlə öz eqon ilə eyniləşdir-
məyi dayandırmayana qədər bu ağrıdan azad olmayacaq-
san. Siz bu eyniləşməni dayandırdığınızda idrak haki-
miyyətdən düşəcək və Varlıq özünü sənin həqiqi təbiətin
kimi göstərəcək.
Hə, sənin nə soruşmaq istədiyini bilirəm.
Mən soruşmaq istəyirdim ki, bəs sevgi və sevinc kimi müs-
bət emosiyalar haqqında nə deyə bilərsiniz?
Onlar sənin Varlıqla daxili vəhdətinin təbii halından
ayrı ola bilməzlər. Sevgi və sevinc işartıları, yaxud dərin
rahatlığın qısa anları yalnız fikir axını kəsildikdə müm-
kün olur. İnsanların çoxunda fikir kəsintisi nadir hallarda
olur, həm də təsadüfən, idrak “susanda”, bəzən onlar hər
hansı təsvirəgəlməz gözəlliyi seyr edəndə və ya ekstre-
mal fiziki gərginlik hallarında, ya da böyük təhlükə anla-
rında olur. O zaman qəflətən daxili dinclik durumu yara-
nır və bu dincliyin içərisindən olduqca incə, güclə sezilən,
bununla belə güclü və dərin sevinc, rahatlıq boy verir..
47
Bu an adətən uzun sürmür, çünki idrak bizim düşün-
mək adlandırdığımız öz səs-küylü fəaliyyəti ilə tez geri
qayıdır. Sən idrakın dominantlığından azad olmayana
qədər sevgi, sevinc və dinclik öz inkişafının ən yüksək
nöqtəsinə çata bilməz. Lakin mən onları emosiyalar ad-
landırmazdım. Onlar emosional sferanın daha dərin qa-
tındadırlar.
Ona görə də, emosiyaların arxasında nə dayandığını
hiss etmək üçün, ilk əvvəl gərək öz emosiyalarını dərk
edəsən və onları duymağı öyrənəsən. “Emosiya” sözünün
hərfi mənası – narahatlıq, həyəcan, pozulmadır. O, latınca
Dostları ilə paylaş: |