yə baxanların heç biri Tanrı Dərgahına girə bilməyəcək”.
Yaxud da gələcəyindən narahat olmayan İndiki anda
sərbəst yaşayan və Tanrının mərhəmətiylə təmin olunan
gözəl çiçəklər haqqında parçanı dinləyə bilərsən.
Bu təlimlərin dərinliyi və radikal təbiəti öyrənilmə-
yib. Görünür, heç kəs həyatının əvvəlcədən müəyyən
olunduğunu və bununla dərin daxili transformasiya üçün
səbəb rolu oynadığını anlamır.
&
Dzenin
4
bütün mahiyyəti İndiki anın ülgüc tiyəsi
üzərinə çıxıb mütləq olmaqdan ibarətdir, mükəmməl
mövcudluqda o dərəcədə tam olmalısan ki, heç bir prob-
lem, heç bir iztirab mahiyyətcə sən olmamalı, səndə yaşa-
maq imkanı əldə edə bilməməlidir. İndiki anda zamanın
olmaması sənin bütün problemlərini həll edir. İztiraba za-
man lazımdır; o İndiki anda yaşaya bilməz.
Böyük Dzen ustadı Rintsai öz şagirdlərinin diqqətini
zamandan yayındırmaq üçün tez-tez barmağını qaldırıb,
astaca bu sualı verirdi: “Hal-hazırda nə yoxdur?” İdrak
səviyyəsində cavab tələb etməyən çox güclü sualdır. Bu
sual xüsusi olaraq sənin fikrini İndiki ana daha dərindən
cəlb etmək üçün düşünülüb. Dzen ənənəsində verilən
4
Dzen-Buddizm
— buddizm cərəyanlarından biri. VI əsrdə Çində meydana
gəlmiş və Yaponiyada geniş yayılmışdır. Dzen-Buddizmin əsasını Budda ilə bütün
varlıqların vəhdəti haqqında təsəvvür, bütün nəzəri metodlardan yüksəkdə
duran dao-
təbii yolla haqqında təşkil edir.
77
suala bənzər başqa bir sual isə belədir: “İndi deyilsə, bəs
nə vaxt ?”
İndiki Anın
Gücünə Yol Taparaq
Bir an öncə siz əbədi indidən və keçmiş ilə gələcəyin həqiqət
olmadığından danışarkən mən hiss etdim ki, pənəcərədən bax o
ağaca baxıram. Mən əvvəllər də ona çox baxmışam, lakin bu də-
fə hər şey başqa cür idi. Zahiri qavrama çox da dəyişməmişdi,
yalnız rənglər parlaqlaşmış və daha çox titrəməyə başalmış-
dılar. Bu dəfə hansısa ölçülər əlavə olunmuşdu. Bunu izah et-
mək çətindir. Necə olduğunu bilmirəm, ancaq mən gözlə görül-
məyən nəsə dərk etdim və hiss etdiyim şey bu ağacın mahiyyəti,
daha doğrusu, onun daxili ruhu idi. Və mən onun bir parçasıy-
dım. Bu ağacı daha əvvəl görmədiyimi anladım, gördüyüm yal-
nız onun düz və ölü bir sürəti olub. İndi də o ağaca baxanda,
əvvəlki qavrayışımın bir hissəsi var, lakin hiss edirəm ki, o ara-
dan qalxır. Bilirsiniz ki, duyğu getdikcə zəifləyir, azalır və keç-
mişdə qalır. Buna bənzər bir şey ötəri təəssüratdan artıq bir şey
ola bilərmi?
Sən bir anlıq zamandan azad oldun. Sən indiki ana
daxil oldun, o səbəbdən də ağacı idrakınla qəbul etmədin.
Varlığın fərqindəliyi sənin qavrayışının bir hissəsinə çev-
rildi. Zamanxarici nizamla birlikdə hər bir yaradılışın və
hər bir əşyanın içində yaşayaraq, ruhu “öldürməyən” bir
78
bilik gəlir. Müqəddəsliyi və həyatın sirrini pozmayan,
ancaq içində var olan hər şeyə qarşı dərin sevgi və eh-
tiram olan bilik. Bu bilik haqqında idrak heç nə bilmir.
İdrak o ağacı tanıya bilməz. İdrak ancaq faktlara o
ağac haqqında məlumatlata malik ola bilər. Mənim idra-
kım səni tanıya bilməz, o yalnız sənin haqqında yarlıq-
lara, faktlara və rəylərə sahib ola bilər. Bunu yalnız Varlıq
tanıya bilər.
İdrakın və idrak biliyinin də bir yeri vardır. Bu yer
gündəlik həyatın tətbiqi sahələridir. Lakin həyatının bü-
tün sahələrində, başqa insanlarla, hətta təbiətlə ünsiyyət-
də də idrakın üstünlük təşkil edəndə, o monstra bənzər
parazitə çevrilir və əgər ona nəzarət etməsən, planetimiz-
dəki həyatı tələf edə bilər, öz sahibinin axırına çıxmaqla-
da, özünü də məhv edər.
Sən zamanxarici olanın sənin qavrayışını necə dəyi-
şikliyə məruz qoyacağını görə bildin.Amma, nə qədər
gözəl və dərin olursa olsun, bir təcrübə bəs etmir. Lazım
olan və bizi maraqlandıran şüurun daimi dəyişməsidir.
Ona görə də, indiki anı inkar edən öz köhnə stereoti-
pini, həmçinin indiki ana müqavimət stereotipini sındır.
Ehtiyac olmadıqca öz diqqətini keçmişdən və gələcəkdən
yayındır və bunu həyat təcrübənə çevir. Gündəlik həya-
tında zaman nizamı xaricinə mümkün olduğu qədər çox
çıx. Əgər sənə İndiki ana birbaşa girmək çətindirsə, onda
idrakının adəti üzrə indiki andan çıxmağa cəhd etməsini
79
müşahidə etməkdən başla. İzlədikcə görəcəksən ki, gələ-
cək bir qayda olaraq indikindən ya yaxşı, ya da pis təsəv-
vür olunur. Əgər xəyal edilən gələcək daha yaxşıdırsa, bu
sizə ümid, ya da zövq verir. Əgər pisdirsə, həyəcan və
narahatlıq. Hər ikisi illüziyadır. Özünü izləməklə indi
sənin həyatına daha çox daxil olmağa başlayacaq. Məhz
mövcud olmadığını dərk etdiyin anda, mövcud olacaq-
san. İdrakını müşahidə etmək qabiliyyətinə malik olduq-
dan sonra onun tələsinə düşməyəcəksən. Bu halda idrak-
dan asılı olmayan daha bir faktor ortaya çıxır – şahid olan
mövcudluq.
İdrakının, fikirlərinin və emosiyalarının gözətçisi,
müxtəlif situasiyalara reaksiyalarının şahidi ol. Səni reak-
siya verməyə məcbur edən hallara və fərdlərə maraq gös-
tərdiyin qədər, öz reaksiyalarınlada maraqlan. O cümlə-
dən diqqətinin keçmişdə və gələcəkdə nə dərəcədə tez-
tez olduğunu gör. Müşahidə etdiyiniz şeyi mühakimə ya
da analiz etməyin. Onu problemə çevirməyin. Onda mü-
şahidə etdiyin bu şeylərdən qat-qat güclü bir şey hiss
edəcəksən; bu – rahatlıqdır, bu – sənin idrakından
kənarda müşahidə olunan mövcudluğun özüdür, bu –
səssiz izəlýicidir.
&
Şəxsiyyətinizin zədələnməsinə dair bəzi situasiyalar
güclü emosional reaksiyalara səbəb olanda dərin möv-
80
cudluq hökmən lazımdır: məsələn, özün haqda təsəvvü-
rün təhlükəyə məruz qalanda, həyatın təhdid olunanda
və bu səndə qorxu yaradıb onu aktivləşdirəndə, heç bir
şey qaydasında olmayanda, ya da keçmişdən gələn emo-
sional kompleks düz burnunun ucunda dayananda. Belə
hallarda səndə “şüursuzluq” vəziyyəti yaranır. Reaksiya
və ya emosiya sənə hakim olur və sən ona çevrilirsən. Sən
onun əmr etdiyi kimi hərəkət edirsən. Özünə haqq qazan-
dırır, hücuma keçir, başqalarını haqsız çıxarır, müdafiə
olunursan və bu zaman bütün bunlar sən özün olmursan;
bunların hamısı cavab reaksiyasıdır, şablondur, adət etdi-
yi yaşam rejimində fəaliyyət göstərən idrakdır.
İdrakla eyniləşmə ona enerji verir; onu müşahidə et-
mək isə onun enerjisini alır. İdrakla eyniləşmə daha çox
zaman yaradır; idrakı müşahidə etmək zamanxarici üfüqi
açır. Beyindən çəkilən enerji mövcudluğa çevrilir. Möv-
cud olmağın nə demək olduğunu heç olmasa bir dəfə hiss
etsən, praktik nəticələr üçün zaman tələb olunmayan, za-
manın nizamından imtina edib, İndiki anın dərinliklərinə
dalmaq qat-qat asanlaşar. Bu sənin keçmişdən və ya gə-
ləcəkdən istifadə etmək qabiliyyətini azaltmır, lazım
olduqda səni onun praktik yönlərinə müraciət etmək im-
kanından məhrum etmir. Bu eyni zamanda sənin idrakın-
dan istifadə etmək bacarığını zəiflətmir. Əslində bu qabi-
liyyət yalnız güclənir. İdrakından həqiqətən istifadə et-
dikdə, o daha iti və qat-qat artıq cəmlənmiş olur.
81
Psixoloji Zamanın Buraxılması
Zamandan həyatının praktik sahələrində istifadə et-
məyi öyrən (biz onu “saat vaxtı” adlandıra bilərik), ancaq
elə ki praktiki işlərini qurtardın, indiki anın dərkinə
qayıt. Onda bu işlərin keçmişlə eyniləşdirilməsinin nəti-
cəsi kimi yaranan “psixoloji zamanın” böyüməsi baş ver-
məyəcək, həmçinin onun gələcəkdə məcburi davam etdi-
rilən proyeksiyası yaranmayacaq.
Saat vaxtı sadəcə bir görüş təyin olunması, yaxud
hər hansı bir səfər planı deyil. Bu həm də keçmişin dərs-
lərindən ibrət götürmək, əvvəlki səvhləri təkrarlamamaq-
dır. Bu, hədəflərin müəyyən olunması və onlara çatmaq
üçün iş görməkdir. O gələcəyi keçmişdən öyrənilən fiziki
və riyazi modellərə və qanunlara əsaslanaraq təxmin et-
məyi və bu təxminlərə əsasən uyğun hərəkət etməyi
zəruri edir
Amma hətta burada, nəsə edə biləcəyimiz praktik hə-
yat sferasında da, keçmişə və gələcəyə müraciət etmədən
indiki an mühüm faktor olaraq qalır: keçmişdən hər hansı
bir təcrübə bu mövzuyla əlaqəli ola bilər və indi tətbiq
olunar.
İstənilən hər hansı planlaşdırma, ocümlədən, müəy-
yən məqsədə çatmaq üçün aparılan iş indi həyata keçirilir.
Ziyalı şəxslərin əsas diqqəti həmişə indiki ana yönə-
lik olur, lakin zaman aspekti daim onların şüurunun peri-
82
feriyasında olur. Başqa sözlə, onlar psixoloji zamandan
asılı olmadan saat vaxtından istifadə etməyə davam edir-
lər.
Bunu edərkən diqqətli olun ki, bilmədən saat vaxtını
psixoloji zamana çevirməyəsiniz. Məsələn, əgər sən keç-
mişdə səhvə yol vermisənsə və ondan yalnız indi ibrət
götürmüsənsə, bu o deməkdir ki, saat vaxtından istifadə
edirsən. Digər tərəfdən, əgər bu hadisə üzərində zehni
olaraq durursansa, özünü tənqid edirsənsə, təəssüf
edərək vicdan əzabı keçirərsənsə, özünü günahkar hiss
edirsənsə, bu o deməkdir ki, onu mənlik hissinin bir
parçası kimi qəbul etməklə, səhvə yol verirsən və oda
həmişə yalançı kimlik duyğusuna bağlı olan psixoloji
zamana çevrilir. Bağışlamamaq mütləq mənada ağır psi-
xoloji zaman yükü daşımaq anlamına gəlir.
Əgər qarşına bir məqsəd qoyub, ona çatmaq üçün ça-
lışırsansa, saat vaxtından istifadə edirsən. Sən hara get-
mək istədiyini bilirsən, lakin məhz bu məqam atdığın ad-
dımını təqdir edir, onunla öyünür, bütün diqqətini ona
cəmləyirsən. Xoşbəxtliyə can atdığın, özünü daha dolğun
realizə etmək və ya indiki anda daha dolğun hiss etmək
üçün diqqətini hədəfə həddən artıq cəmləyirsənsə, artıq
indiki anı təqdir etmirsən. O, gələcəyə doğru atılan dəyə-
ri olmayan xırda bir daş pillə ölçüsünə qədər kiçilir. On-
da saat vaxtı psixoloji zamana çevrilir. Onda sənin həyat
səyahətin artıq macəra yox, sadəcə vaxtında çatmaq, nə-
83
yəsə nail olmaq, “nəsə etmək” zərurəti ilə müşayiət olu-
nan müşahidə olur. İndiki anda mövcud olanda sən bir
daha yol kənarındakı çiçəkləri görmür, onların ətrini hiss
etmirsən, çünki həyatın ətrafında dönən gözəlliyi və sehri
dərk etmirsən.
&
Dostları ilə paylaş: |