Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
İndiki Anın Gücü

Mən  anlamıram,  axı  indi  necə  azad  ola  bilərəm?  Adətən 
mən öz həyatımdan məhz indiki anda son dərəcə narazı oluram. 
Bu,  faktdır  və  mən  özümü  hər  şeyin  yaxşı  olduğuna  inandır- 
mağa çalışmaqla özümü aldatmış oluram, çünki hər şey əksinə- 
dir.  İndiki  an  mənə  tamamilə  uğursuz  görünür;  o  qətiyyən 
azadlıq vermir. Məni irəli getməyə vadar edən şey ümid, ya da 
gələcəkdə  həyatımın  bir  qədər  yaxşılaşacağının  mümkünlüyü- 
dür. 
 
Sən  diqqətinin  indiki  ana  yönəldiyini  düşünürsən, 
ancaq  əslində  o  tamamilə  zamana  bürünüb.  Sən  indiki 
anda mövcud ola-ola dərdli ola bilməzsən. 
Sənin “həyatım” adlandırdığın şeyi, sənin “həyat şə- 
raitin” adlandırmaq daha doğru olardı. Psixoloji zaman – 


89 
 
keçmiş  və  gələcək  də  elə  budur.  Keçmiş  sənin  istədiyin 
kimi olmayıb. Sən hətta indi də keçmişdə olanlara müqa- 
vimət  göstərməkdə  davam  edir,  eyni  zamanda  indi  olan- 
lara  qarşı  çıxırsan.  Səni  fəaliyyətə  sövq  edən  ümiddir,  o 
sənin diqqət mərkəzini xəyali gələcəkdə saxlayır və uzun 
sürən  bu  diqqət  indiki  anı  inkar  edir  və  beləliklə  də 
qayğılarınız davam edir. 
 
Bu  doğrudur,  mənim  indiki  həyat  şəraitim  keçmişdə  olan- 
ların  nəticəsidir,  amma  o  hələ  də  davam  edir  və  onunla  bağlı 
olduğuma görə bədbəxtəm. 
 
Öz həyat şəraitini bir müddət unut və öz həyatına diq- 
qət yetir. 
 
Bunların fərqi nədir? 
Həyat  şəraitin  zaman  daxilində  mövcuddur. 
Həyatını  isə  indi  yaşayırsan.  Sənin  həyat  şəraitin  idrakın 
məhsuludur. Həyatın isə reallıqdır. 
“Həyata  aparan  dar  giriş  qapısını”  tap.  Onun  adı  in- 
diki  andır.  Öz  həyatını  bu  anla  məhdudlaşdır.  Sənin  hə- 
yat  şəraitin  digər  həyat  şəraitlərinin  çoxu  kimi  problem- 
lərlə  dolu  ola  bilər,  ancaq  bir  şeyi  dəqiqləşdir:  sənin  indi 
bu  dəqiqə,  bu  an  hər  hansı  problemin  varmı?  Sabah,  on 
dəqiqə  bundan  sonra  yox,  məhz  indi.  Sənin  məhz  indi 
hansı problemin var? 


90 
 
Problemlərin  aşıb-daşanda  səndə  yeni  bir  şey  üçün 
yer olmur, onları həll etmək üçün səndə sadəcə sahə qal- 
mır.  Ona  görə  də,  imkanın  olanda  bir  yer  aç,  bir  boşluq 
yarat ki, həyat şəraitinin altındakı həyatı görə biləsən. 
Duyğularından tam şəkildə istifadə et. Olduğun yer- 
də ol. Ətrafına bax. Sadəcə bax, şərh etmə. İşığa, forma- 
lara, rənglərə, toxumalara tamaşa elə. Mövcud olan hər 
şeyin  səssiz  varlığını  dərk  et.  Bütün  bunların  varlığına 
imkan verən boşluğu dərk et. Səsləri dinlə; onları müha- 
kimə etmə. Bu səslərin üzərində dayanan sakitliyi dinlə. 
Bir şeyə toxun, fərqi yoxdur nəyə, onun varlığını hiss et 
və onu qəbul,təsdiq et. Öz nəfəsinin ritmini dinlə; aldığın 
və verdiyin havanın hərəkətini hiss et, daxilindəki həyat 
enerjisini hiss et. Daxilindəki və ətrafındakı hər şeyin ol- 
masına  icazə  ver.  Var  olan  hər  şeyin  “mövcudluğuna” 
razılığını ver. 
Sən əqli mücərrdəliyin zəif və ölməkdə olan dünyası- 
nın  hüdudlarından,  zaman  aləmindən  kənara    çıxırsan.  
Sən  bütün  həyat  gücünü  soran,  eyni  şəkildə  bütün  Dün- 
yanı  yavaş-yavaş  zəhərləyib  məhv  edən  xəstə  və  idarə- 
olunmaz  idrakın  buxovlarından  xilas  olursan.  Sən  zaman 
daxilindəki yuxudan oyanır və indiki ana daxil olursan. 


91 
 
Bütün Problemlər İdrakın İllüziyalarıdır 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin