Varlıq sözünü tələffüz edərkən, siz Tanrı haqqında danı-
şırsınız? Əgər belədirsə, onda niyə Tanrı sözündən istifadə
etmirsiniz?
Min illər boyu Tanrı sözündən düzgün istifadə olun-
maması nəticəsində o bütün mənasını itirib. Mən hərdən
ondan istifadə edirəm, ancaq çox nadir hallarda. Mən
düzgün istifadə olunmaması dedikdə onu nəzərdə tutu-
ram ki, bu müqəddəs səltənətə bircə dəfə də olsa ötəri to-
xunmamış, bu sözün dolu olduğu sonsuzluğu hiss etmə-
yən insanlar ondan elə əminliklə bəhs edirlər ki, sanki nə
dediklərini bilirlər. Ya da buna qarşı çıxırlar, kaş ki nəyi
inkar etdiklərin biləydilər. Bu cür sui-istifadə absurd eti-
qadların, müddəaların, mühakimələrin və eqoist yanıl-
maların çoxalmasına gətirib çıxarır. Məsələn, “Mənim
26
Tanrım və ya bizim Tanrımız ancaq bizimdir, əsl tək-yega-
nə Tanrı odur, sizin Tanrınız isə həqiqi deyil”, yaxud da
Nitsşenin məşhur “Tanrı ölüb” kimi ifadəsi.
Tanrı sözü məhdudiyyətləri nəzərdə tutan anlayışa
çevrilib. Elə ki onun adı gəlir, təsəvvürümüzdə dərhal ağ
saqqalı rahibə bənzər bir zehni obraz yaranır. Lakin bu
sadəcə səndən kənarda olan nəyinsə və ya kiminsə zehni
təsəvvürdür və hökmən bu nəsə və ya kimsə kişi cinsinə
aid biri kimi başa düşülür .
Nə Tanrı, nə Varlıq, nə də heç bir başqa kəlmə bu sö-
zün arxasında dayanan ifadəolunmaz və təsvirəgəlməz
reallığı müəyyənləşdirə bilməz. Ona görə də, yeganə mə-
nalı sual belə olacaq: bu söz göstərdiyi şeyi təcrübədən
keçirməyinizə kömək edir, yoxsa qarşısını alır?
O özünün arxasındakı üstün bir reallığımı işarə edir,
yoxsa yalnız inandığınız bir fikrə, zehni bir bütə çevril-
mənizə köməkçi olur?
Varlıq sözü də, Tanrı sözü kimi heç bir şeyi izah et-
mir. Bununla belə, Varlıq sözünün müəyyən üstünlüyü
var, çünki daha açıq bir qavramdır.
O, sonsuz və görünməz olanı sonlu bir varlıq kimi
kiçiltmir. Onun zehni obrazını yaratmaq qeyri-mümkün-
dür. Heç kəs Varlığa tək başına sahib olduğunu iddia edə
bilməz. O özü sənin mahiyyətindir, öz varolma duyğun
şəklində istənilən məqamda sənin üçün əlçatandır, özünü
Mən varam kimi dərk etməyindir, özünü bu və ya digər
27
bir şeylə eyniləşdirənə qədər. Beləliklə, bu sadəcə Varlıq
sözündən Varlığın hiss edilməsinə doğru kiçik bir addım-
dır.
&
Bu reallığı hiss etməyə ən çox mane olan nədir?
Ağlınızla eyniləşmə, beləki, bu düşüncələrinizin qar-
şısı alınmaz və qeyri-iradi hala gəlməsinə səbəb olur.
Fikir axınını dayandıra bilməmək dəhşətli bəladır,
lakin biz onu dərk etmir və demək olar ki, hamımız
ondan əziyyət çəkirik. Amma bu normal sayılır. Bu aram-
sız zehni gurultu Varlığın ayrılmaz hissəsi olan daxili sa-
kitliyimizi tapmağımıza mane olur. Bundan başqa, bu
gurultu qorxu və əzab kölgəsi yayan saxta zehin məhsulu
olan bir mənlik yaradır. İrəlidə bu barədə daha ətraflı da-
nışacağıq.
Filosof Dekart məşhur “düşünürəmsə, varam” sözlə-
rini deyərkən, əsas həqiqəti tapdığına inanırdı.
Amma faktiki olaraq ən əsas səhvi edib: o düşünməyi
Varlığa, şəxsiyyəti isə düşünməyə bərabər tutmuşdu.
Qeyri-iradi düşünüb ki, hər kəs aşkar bir ayrılıq halı için-
də, davamlı problemlərdən və qarşıdurmalardan ibarət
qarışıq bir dünyada, ağlın davamlı artan parçalanmasını
əks etdirən bir xülyada yaşayır
28
Aydınlanma – bütövlükdür, varlığın “tək-vahid” du-
rumudur, deməli, rahatlıq durumudur. O həm həyatın
təzahür etmiş üzü ilə, dünya ilə bir olmaq, həm də ən
dərin mənliyinizlə yəni təzahür etməmiş həyatla, Varlıqla
bir olmaqdır.
Aydınlanma – yalnız iztirabın, içinizdəki və ətrafınız-
dakı mübarizənin bitməsi deyil, o həm də davamlı dü-
şünməkdən dəhşətli asılılığın sonudur. Bu təsvirəgəl-
məz, ağlagəlməz bir azadlıqdır!
Ağlınızla eyniləşmə bütün həqiqi münasibətlərin qar-
şısını kəsən solğun anlayışlar, etiketlər, obrazlar, sözlər,
mühakimələr və təsvirlər pərdəsi yaradır.
O, səninlə sənin “mən”inin, səninlə sənin dostlarının
və rəfiqələrinin arasına girir, səninlə təbiətin, səninlə Tan-
rının arasına girir. Yəni ayrılıq illüziyası,sənin digər
insanlardan ayrı olduğuna dair illüziyanı bu düşüncə
pərdəsi yaradır. O zaman sən əlahiddə formaların fiziki
təzahürlərinin əsasında duran təməl faktı, var olan hər
şeylə vəhdətdə olmağınla bağlı faktı unudursan.
"Unudursan" dedikdə, mən sənin bu birliyi aşkar bir
reallıq olaraq hiss edə biməməyini nəzərdə tuturam.
Sən onun həqiqət olduğuna inana bilərsən, ancaq hə-
qiqət olduğunu bilmərsən. Bir inanc rahatladıcı ola bilər.
Lakin sən onu şəxsi təcrübəndən keçirməyinlə o azad edə
bilmə gücünə malik ola bilər.
29
Düşünmək bir xəstəliyə çevrilib. Axı xəstəlik tarazlı-
ğın pozulmasımdan əmələ gəlir. Məsələn, bədən hüceyrə-
lərinin bölünüb-çoxalmasında anormal heç bir şey yox-
dur, ancaq bu proses bütövlükdə orqanizmlə razılaşma-
dan davam edirsə, hüceyrələr nəzarətsiz çoxalırsa, xəstə-
lik yaranar.
Qeyd: İdrakdan düzgün istifadə olunduqda o, mü-
kəmməl və misilsiz bir vasitədir. Yanlış istifadə olunduq-
da isə son dərəcə dağıdıcı olur. Daha dəqiq ifadə etsək, o
sənin yalnış şəkildə istifadə etdiyin yox, ümumiyyətlə
istifadə etmədiyin bir şey olur.O səndən istifadə edir.
Xəstəlik də budur. Sən öz düşüncən olduğuna inanırsan.
Bu isə yalnışdır. Beləliklə alət səni özünə tabe edib və səni
idarə etməkdədir.
Dostları ilə paylaş: |