24
də qorxu hissi güclənəndə, yaşadığın daxili və xarici
qarşıdurmada normal halına çevrilir.
Buddanın aydınlanmaya “əzabın sonu” şəklində ver-
diyi sadə tərif mənim çox xoşuma gəlir. Bunda fövqəl-
insani bir şey yoxdur, elə deyilmi? Əlbəttə, tərif olaraq o
tam deyil. O yalnız aydınlanmanın nə olmadığını deyir:
yəni o, əzab deyil. Bəs əzab gedəndə yerində nə qalır?
Budda bu barədə susur və onun sükutu o deməkdir ki,
bunu sən özün aydınlaşdırasan. O, qeyri-qənaətbəxş
təyin etmədən istifadə edirki, zehin bunu inanılması
mümkün bir şeyə, fövqəlinsan səviyyəsinə çata biləcəyinə
çevirməsin, yəni zehin bunu çatılması sənin üçün
mümkünsüz olan məqsədə çevirməsin. Bu xəbərdarlığa
baxmayaraq, buddistlərin çoxu inanmağa davam edirlər
ki, aydınlanma onlar üçün yox (ən azı bu həyatda),
Budda üçündür.
Siz Varlıq sözündən istifadə edirsiniz
1
.
Bununla nəyi nəzərdə tutursunuz?
Varlıq – öz saysız-hesabsız formalarından kənarda
daim mövcud olan, yaranan və yox olan, doğulan və ölən
əbədi Vahid Həyatdır. Lakin Varlıq ən qiymətli, görün-
məz və sarsılmaz mahiyyət olaraq yalnız kənarda deyil,
hər bir formanın içərisində və dərinliyində də mövcud-
dur.
1
Being
– Varlıq, Həyat, Mövcudluq.
25
Bu onun sizin ən dərin kimliyiniz, həqiqi təbiətiniz
olduğu və sizində ona çatabiləcəyiniz anlamına gəlir. An-
caq onu zehninlə dərk etməyə çalışma. Onu anlamağa
cəhd etmə. Sən onu yalnız zehin sakitləşəndə dərk edə bi-
lərsən. Sən varolma durumunda olanda, diqqətin tama-
milə və yüksək səviyyədə İndiki ana yönələndə Varlığı
hiss edə bilər, ancaq ağlınla onu dərk edə bilməzsən.
Aydınlanma – Varlığın dərkinə qayıdış və “duyma-
dərketmə” durumunda olmaqdır.
&
Dostları ilə paylaş: