Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   6   7   8   9   10   11   12   13   ...   78
İndiki Anın Gücü

N
əşriyyatın ön sözü 
 
“İndiki Anın Gücü” kimi kitablar, bəlkə də, on ildə 
bir, hətta bir nəsildə yalnız bircə dəfə meydana çıxır. O 
təkcə kitab deyil, həyat enerjisi dolu bir şeydir və bunu, 
yəqin ki, onu əlinizdə tutarkən hiss edirsiniz. Onda oxu- 
cuları duyğulandıran, onların həyatını yaxşıya doğru də- 
yişən güc var. 
“İndiki  Anın  gücü”  kitabı  ilk  dəfə  Kanadada  nəşr 
olunub  və  kanadalı  naşir  Konni  Kellou  mənə  danışdı  ki, 
insanlar  bu  kitabı  oxumağa  başlar-başlamaz  həyatlarında 
müsbət  dəyişikliklər,  hətta  möcüzələr  baş  verməsi  haqda 
bir-birini  təkrarlayan  çoxlu  əhvalatlar  eşidib.  “Oxucular 
zəng  vurur,  onların  əksəriyyəti  möcüzəli  sağalmalar, 
dəyişikliklər  və  bu  kitabı  oxuduqlarına  görə  yaşadıqları, 
həm də getdikcə artan sevincləri haqqında danışırlar”, – o 
dedi. 
Kitab  mənə  belə  bir  həqiqəti  dərk  etdirdi:  həyatımın 
hər  anı  bir  möcüzədir.  Bu,  mütləq  bir  həqiqətdir,  həm  də 
hətta  mənim  bunu  anlayıb-anlamamağımdan  asılı  olma- 
yaraq.  “İndiki  Anın  Gücü”  bu  nəticəni  necə  çıxarmağın 
yolunu mənə dönə-dönə göstərir. 
Əsərin  ilk  səhifəsindən  məlum  olur  ki,  Ekhart  Tolle 
müasirimiz  olan  bir  sənətkardır.  O  heç  bir  dinə  etiqad 
etmir,  heç  bir  doktrinanı  dəstəkləmir,  heç  bir  avtoritetin 
arxasınca getmir. Onun təlimi həm bütün ənənələrin ma- 



 
hiyyətini canına hopdurub, həm də onda onların heç biri- 
nə – nə xristianlığa, nə induizmə, nə islama, nə yerli adət- 
lərə,  nə  də  başqa  bir  şeyə  qarşı  ziddiyyət  var.  O,  böyük 
ustadların  etdiklərini  bacarır:  sadə  və  anlaşıqlı  dildə  bizə 
izah edir ki, yol da, həqiqət də, işıq da öz içimizdədir. 
Ekhart Tolle qısaca çıxışdan başlayaraq, bizə öz erkən 
depressiv  halından,  ümidsizliyindən,  iyirmi  doqquz  yaşı 
tamam  olduqdan  bir  müddət  sonra  bir  gecə  yuxudan  ayı- 
laraq  bütün  bunların  kulminasiyasını  necə  dəhşətli  və 
qorxunc şəkildə hiss etməsindən danışır. Sonrakı iyirmi il 
ərzində  o  həmin  təəssüratlar  haqqında  düşünüb,  medita- 
siya ilə məşğul olub və idrakını dərinləşdirib. 
Son  on  il  ərzində  o,  dünya  səviyyəli  müəllimə,  İsa 
Məsihin,  Buddanın  öyrətdiyi  böyük  təlimin  (aydınlanma 
burada  və  indi  də  mümkündür)  daşıyıcısı  olan  əzəmətli 
ruha  çevrilib.  Əzablardan,  həyəcan  duyğusundan  və  nev- 
rozlardan  azad  yaşamaq  olar.  Bundan  ötrü  öz-özümüzə 
əzab  verdiyimizi  dərk  etməliyik;  problemlərimizin  səbə- 
binin qətiyyən  başqaları, ya da “xarici  aləm” yox, öz dü- 
şüncələrimiz olduğunu anlamalıyıq. Bu bizim öz ağlımız- 
dır,  keçmişlə  bağlı  fasiləsiz  düşünən,  gələcəkdən  narahat 
olan fikirləriylə. 
Ekhart Tolle bizim Varlıq adlandırdığımız şeylə necə 
birləşə biləcəyimizi dönə-dönə göstərir: 
Varlıq – yaranan və yox olan, doğulan və ölən mil- 
yonlarla formalarından kənarda mövcud olan əbədi Va- 
hid Həyatdır. Lakin Varlıq ən məhrəm, görünməz və sar- 
sılmaz mahiyyət olaraq təkcə hüdudlardan kənarda de- 


10 
 
yil,  hər  bir  formanın  daxilində  də  mövcuddur.  Bu  o 
deməkdir ki, o elə sənin üçün  öz mənliyin, əsl xasiyyətin 
qədər əlçatandır. Ancaq onu ağlınla dərk etməyə çalışma. 
Onu  anlamağa  cəhd  etmə.  Sən  onu  yalnız  ağlın  sakitlə- 
şəndə  dərk  edə  bilərsən.  Sən  mövcudluq  durumunda 
olanda,  diqqətin  tam  olaraq  cəmlənəndə  və  yüksək  sə- 
viyyədə  günümüzün  anına  fokuslanan  zaman    Varlığı  
hiss  edə  bilər  amma  onu  zehni  olaraq  dərk  edə  bilməz- 
sən.  Varlığın  dərkinə  qayıdış,  “hiss-dərk”  durumunda  ol- 
maq elə aydınlanma deməkdir. 
“İndiki Anın Gücü” kitabını birnəfəsə oxumaq müm- 
kün  deyil,  onu  gərək  arabir  kənara  qoyub,  düşünəsən, 
oxuduqların  həyat  təcrübənlə  tutuşdurasan.  Bu  kitab  mü- 
kəmməl  bələdçidir,  meditasiya  və  realizasiya  üzrə  tam 
kursdur.  Dönə-dönə  qayıtmalı  olduğumuz  bu  kitabı  hər 
dəfə  əlimizə  alanda  yeni  dərinliklərə  dalacaq,  onda  yeni 
mənalar  tapacağıq.  Bu  kitabı,  mən  də  daxil  olmaqla  bir 
çox insanlar bütün ömürləri boyu oxuyacaqlar. 
“İndiki Anın Gücü” kitabıyla maraqlanan oxucuların 
sayı artır. Onu artıq şedevr adlandırırlar; ancaq hər necə 
adlandırsalar  da,  haqqında  nə  yazsalar  da,  bu  kitabın 
həyatımızı dəyişmək, bizi kim olduğumuzu dərk etməyə 
oyatmaq gücü var. 
 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin