Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   11   12   13   14   15   16   17   18   ...   78
İndiki Anın Gücü

Mən  bununla  tam  razı  deyiləm.  Məqsədsiz  düşüncələr 
məndə  olduğu  kimi,  insanların  əksəriyyətində  var,  bu  doğru- 
dur,  bununla  belə,  bir  şeylə  məşğul  olanda  mən  öz  ağlımdan, 
düşüncəmdən istifadə edirəm və həmişə məhz belə edirəm
 
Sənin təkcə krossvord həll etməyə, yaxud atom bom- 
bası  düzəltməyə  qadir  olmağın  qətiyyən  düşüncəndən 
istifadə  etməyin  anlamına  gəlmir.  İtlərin  sümüyü  gəmir- 
məsi kimi, düşüncədə problemləri gəmirməyi sevir. 
Elə  buna  görə  də  o  krossvordları  həll  edir  və  atom 
bombası düzəldir. Hər ikisində də sizin bir marağınız 


30 
 
yoxdur. İcazə ver səndən bir şey soruşum: Hər istədiyin- 
də düşüncələrindən xilas ola bilərsənmi ?“Söndürmək” 
düyməsini tapdınmı? 
 
Əgər  düşünməyi  tamamilə  dayandırmağı  nəzərdə  tutursu- 
nuzsa, yox, bacarmaram. Amma bəlkə də, bir-iki məqam da ola 
bilər. 
 
Bu  o  deməkdir  ki,  idrak  səndən  istifadə  edir.  Sən 
şüursuz  olaraq  özünü  onunla  eyniləşdirmisən,  ona  görə 
də,  hətta  onun  köləsinə  çevrildiyini  də  bilmirsən.  Bu 
təxminən  kiminsə  sənin  xəbərin  olmadan  sənə  sahiblən- 
məsi  kimi  bir  şeydir  və  sənə  yiyələnən  adamı  özün  kimi 
qəbul edirsən. 
Azadlığın  başlanğıcı  sizin  o  hökm  edən,  yəni,  düşü- 
nən olmadığınızı dərk etməkdir. Bunu bilmək sənə varlığı 
müşahidə  etmək  imkanı  verir.  Sən  düşünəni  müşahidə 
etməyə  başlayan  andan  şüurun  daha  yüksək  səviyyəsi 
aktivləşməyə  başlayır.  Onda  sən  dərk  etməyə  başlayırsan 
ki,düşüncənin  hüdudlarından  kənarda  ağlın  ucsuz- 
bucaqsız  səltənəti  var  və  düşüncə  bu  ağlın  sadəcə  xırda  
bir  hissəciyidir.  Sən  hətta  həqiqi  mənası  olan  hər  şey  – 
gözəllik,  sevgi,  yaradıcılıq,  sevinc,  daxili  rahatlığın  ağıl- 
dan  kənarda  yarandığının  fərqinə  varırsan.  Onda  sən 
ayılmağa başlayırsan. 


31 
 
Özünü İdrakdan Azad Etmə 
 
“Düşünəni müşahidə etmək” dedikdə siz məhz nəyi nəzər- 
də tutursunuz? 
 
Əgər  bir  adam  həkimin  yanına  gəlib,  “başımda  səs 
eşidirəm”  desə,  həkim  onu  ən  əvvəl  psixiatrın  yanına 
göndərəcək. 
Məsələ burasındadır ki, bizim hər birimiz daim başı- 
mızda eyni səsi (hətta bir neçəsini) eşidirik. Bu o demək- 
dir  ki,  orada  qeyri-iradi,  şüursuz  fikir  prosesləri  gedir  və 
bu zaman ağlımıza da gəlmir ki, bu fasiləsiz monoloq və 
dialoqları saxlamağa qadir gücümüz var. 
Bəzən  küçədə  “dəli” adlandırdığımız  insanlara rast 
gəlirik, onlar daim dodaqlarının altında nəsə mızıldanır 
və durmadan öz-özləriylə söhbət edirlər. Yeri gəlmişkən, 
onların  etdikləri  ilə  sənin  və  digər  “normal”  adamların 
etdikləri arasındakı fərq yalnız ondan ibarətdir ki, siz bu- 
nu ucadan etmirsiniz. Başınızdakı səs şərh edir, düşünür, 
mühakimə  yürüdür,  müqayisə  edir,  şikayətlənir,  sevir, 
sevmir və s. Onda sənə qəfil aydın olur ki, tamamilə bu 
prosesin içindəsən, bunu eşitməyin o qədər də vacib de- 
yil, çünki bu qətiyyən mühüm deyil və ümumiyyətlə, heç 
bir mənası yoxdur; bu səs keçmişin hadisələrini yenidən 
canlandırır, yaxud sənin xəyalının təsvir etdiyi gələcək 
mümkün hadisələri yaradır. O əksəriyyət vaxt hadisələ- 


32 
 
rin  mənfi  inkişaf  variantları,  həmçinin  onların  mümkün 
nəticələrini  meydana  çıxarır,  bütün  bunlar  birlikdə  na- 
rahtlıq  adlanır.  Bəzən  bu  səs  kanalı  onun  tamamlayan 
vizual  obrazlarla,  yaxud  “zehni  filmlə”  müşayiət  olunur. 
Əgər  səs  indiki  zamanda  baş  verən  hadisəyə  aid    olsa  
belə,  o  onu  keçmiş  zaman  təcrübələrinə  görə  dəyərləndi- 
rir. 
Bu ona görə baş verir ki, səs sizin keçmiş həyatınızın 
məhsulu olan, bununla yanaşı sizə miras qalan ictimai və 
mədəni-mental  qaydaların  nəticəsi  olan  şərti  ağlınıza 
məxsusdur. Beləliklə siz indini keçmişin gözüylə baxaraq 
qavrayır və nəticədə onun tamamilə təhrif olunmuş təsvi- 
rini  alırsınız.  Bu  zaman  isə  beyninizin  içində  eşitdikləri- 
niz  qəddar  düşməninizin  dilindən  qopa  biləcək  sözlərdən 
o  qədər  də  fərqlənmir.  İnsanların  çoxu  öz  beynində  ona 
hücum  edən,  əzab  verən,  həyat  enerjisini  sərf  və    israf 
edən  zülmkar  gəzdirərək  yaşayır.  Bütün  böyük  şikəstlik- 
lərin,  dramatik  təzyiqlərin,  eyni  zamanda,  mümkün  xəs- 
təliklərin səbəbi budur. 
Buna baxmayaraq, məndə sənin üçün yaxşı xəbər var 
və bu ondan ibarətdir ki, sən öz ağlının hakimiyyətindən 
azad ola bilərsən. Həqiqi azadlığı da sənə yalnız bu verər. 
Sən  elə  indicə  buna  doğru  ilk  addımını  ata  bilərsən. 
Başında uğuldayan səsi necə tez-tez dinləyə biləcəyindən 
başla. Köhnə qrammofon valları kimi uzun illər iki qula- 
ğının arasında fırlanan və cırıldayaraq təkrarlanan fikir 


33 
 
formalarına  və  kombinasiyalarına  xüsusi  diqqət  yetir.  
Ona görə də, mən “düşünənin izlənilməsi” haqqında danı- 
şarkən  məhz  bunu  nəzərdə  tuturam,  ya  da  başqa  sözlə, 
başındakı səsi dinlə, indidə var olmağa hazır ol
Bu  səsi  daim,  dinlə.  Mühakimə  etmə.  Eşitdiklərini 
mühakimə etmə və lənətləmə, çünki bu, səsin sənin yanı- 
na  arxa  qapıdan  qayıtması  demək  olacaq.  Tezliklə  anla- 
yacaqsan: orada səs, burada isə, onu dinləyən və müşahi- 
də edən Mən varam. Bu mənin dərki də sənin öz mövcud- 
luğunu hiss etməyindir. Bu hiss, fikir deyil. O, ağlın kəna- 
rından gəlir. 
 

Beləliklə, sən fikrə qulaq asaraq, təkcə o fikrin varlı- 
ğını dərk etmir, bununla yanaşı, şahid kimi öz mövcudlu- 
ğunu  da  dərk  edirsən.  Yeni  meyar  ortaya  çıxır,  şüurun 
yeni tərzdə ölçülməsi. 
 
Siz  düşüncəni  dinləyərkən,  düşüncənin  ardında  şü- 
urlu  bir  mövcudluğu  -  daha  dərin  mənliyinizi  -  hiss  edə- 
cəksiniz. 
O  zaman  düşüncə  sizin  üzərinizdə  gücünü  itirir  və 
sürətlə  itib  batır  çünki,  siz  artıq  idrakınızı  qidalandırma- 
yaraq,  düşüncənizlə  eyniləşməyərək  ona  güc  verməmək- 
dəsiniz.  Bu,  qeyri-iradi  və  beyindən  çıxmayan  fikirlərin 
sonunun başlanğıcına çevrilir. 


34 
 
Fikirlər gedən kimi, fikir axınında  – “fikirsiz” aralıq- 
lar  yarandığını  hiss  edəcəksən.  Bu  aralıqlar  əvvəlcə  qısa 
olur,  bir  neçə  saniyə,  ancaq  tədricən  uzanırlar.  Aralıqlar 
ortaya  çıxdığında  siz  hökmən  dinclik  və  daxili  rahatlıq 
tapacaqsınız,  bu  sənin  öz  təbii  durumunu  kəşf  etməyinin 
başlanğıcı  olacaq,  ağlının  səndən  uzaqlaşdırdığı  Varlıqla 
vəhdətini  duyma  durumun  olacaq.  Bu  təcrübəylə  hərəkət 
etdikcə  daxili  rahatlıq  və  dinclik  hissiyyatın  ancaq 
dərinləşəcək.  Əslində  bu  hissin  dərinliyi  sonsuzdur. 
Üstəlik  qəlbinin  dərinliyindən  zərif  sevinc  şüalanması  
hiss edəcəksən, bu Varlığın sevinci olacaq. 
Bu  durum  trans  vəziyyəti  deyil.  Qətiyyən.    Burada 
heç bir şüur itkisi baş vermir. Hər şey əksinədir. Əgər da- 
xili  dincliyə  çatma,  şüurnuzu  zəiflətmək  hesabına  olsay- 
dı,  rahatlıq  əldə  etmə  həyat  qabiliyyətinin  və  ayıqlığın 
itkisi  hesabına  olardı  ki,  bununla  ümumiyyətlə  məşğul 
olmağa  dəyməzdi.  Daxili  vəhdəti  duyma  durumunda 
olarkən  sən  həmişəkindən,  yəni  özünü  ağlınla  eyniləşdir- 
diyin  vəziyyətdə  olduğundan  qat-qat  ayıq-sayıq  olursan. 
Sən  tam  olaraq  mövcud  olursan.  Bundan  başqa,  bu  sənin 
fiziki  bədəninə  həyat  verən  energetik  sahənin  titrəmə 
tezliyini artırır. 
“Fikirsiz” səltənətin (Şərqdə onu çox zaman bu cür 
adlandırırlar)  dərinliyinə  nə  qədər  çox  baş  vurursansa, 
saf  idrak  durumunun  daha  dərinliyinə  girirsən.  Bu  du- 
rumda olarkən, öz mövcudluğunu elə kəskin və sevinclə 


35 
 
hiss  edirsən  ki,  onunla  müqayisədə  bütün  fikirlərin,  emo- 
siyaların,  fiziki  bədənin  bütün  ətraf  aləmlə  birlikdə  əhə- 
miyyətsiz  olur.  O  səni  əvvəllər  “özün”  saydığın  şeyin 
hüdudlarından  çox-çox  kənara  çıxarır.  Bu  mövcudluq 
mahiyyət etibarilə elə sən özünsən, eyni zamanda o sənin 
özündən  təsəvvürə  gəlməz  dərəcədə  böyükdür.  Mənim 
bununla  demək  istədiyim  sənə  ziddiyyətli  görünə  bilər, 
ancaq mən başqa cür ifadə edə bilmirəm. 
 

“Düşünəni  izləməkdənsə”,  sən  diqqətini  indiki  ana 
cəmləyərək  fikir  axınında  işıq  zolağı  yarada  bilərsən. 
Sadəcə,  içində  olduğunuz  anın  fərqində  olun.  Bu  dərin 
həzz  və  sevinc  gətirir.  Bu  yolla,  şüurunuzu  zehni  fəaliy- 
yətdən  uzaqlaşdırıb,  son  dərəcə  ayıq  və  fərqində  oldu- 
ğunuz,  amma  düşünmədiyiniz,  bir  düşüncəsizlik  boşluğu 
yaradacaqsınız.  Meditasiyanın  mahiyyəti  də  məhz  bun- 
dan ibarətdir. 
Sən bunu öz gündəlik  həyatında bütün diqqətini istə- 
nilən təkrarlanan fəaliyyətə sərf etməklə təcrübədən keçi- 
rə  bilərsən.  Məsələn,  hər  dəfə  evdəki,  ya  da  işdəki  pillə- 
kənlə  qalxıb-enərkən  hər  bir  pilləyə,  hər  bir  hərəkətinə, 
hətta  aldığın  nəfəsə  qarşı  son  dərəcə  diqqətli  ol.  Tam 
olaraq  mövcud  ol.  Əgər  əlini  yuyursansa,  bununla  bağlı 
bütün  incəliklərə  diqqət  et:  axan  suyun  şırıltısına,  əllə- 
rinin hərəkətinə, sabunun ətrinə və s. Ya da maşına əylə- 


36 
 
şib qapını örtəndən sonra bir neçə saniyə ara ver və nəfə- 
sini  müşahidə  elə.  Səssiz,  o  cümlədən  güclü  mövcudluq 
duyğusunu dərk elə. 
Bu tətbiqdə müvəffəqiyyətinizi tək bir ölçü meyarı ilə 
ölçə  bilərsiniz:  içinizdə  hiss  etdiyiniz  rahatlığın  dərəcə- 
siylə. 
 

Beləliklə,  sənin  aydınlanmaya  gedən  yolunda  yeganə 
və  ən  vacib  həyati  addım  özünü  öz  ağlınla  eyniləşdirmə- 
məyi  bacarmağındır.  Sən  hər  dəfə  fikir  axınını  kəsəndə, 
dərrakənin işığı daha da parlaq olur. 
Bir  gün  sən  özünü  başındakı  səsi  dinləyərkən  eynilə 
körpə uşağın dəcəlliklərinə gülümsədiyin kimi görə bilər- 
sən.  Bu  o  deməkdir  ki,  artıq  sən  ağlındakıları  çox  ciddi 
qəbul  etmirsən,  çünki  mənlik  hissin  ona  dayanmamaqda- 
dır. 
 
Aydınlanma: 
T
əfəkkürün Üzərinə Qalxma 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin