Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
İndiki Anın Gücü

Bəs emosiyalar necə olsun? Mən ağlımdan daha çox emosi- 
yalarımın tələsinə tez-tez düşürəm. 
 
İdrak  mənim  burada  istifadə  etdiyim  mənada  sadəcə 
düşüncələr  deyil.  Ona  eyni  zamanda  sizin  hissləriniz  və 
bütün  şüursuz  zehni  emosiyalarınız  da  daxildir.  Emosi- 
yalar  idrakla  bədənin  qovuşduğu  yerdə  əmələ  gəlir.O  bə- 
dənin  idraka  göstərdiyi  reaksiyadır,  ya  da  buna,  idra- 
kınızın bədəndəki bir əks olunması da demək olar. Məsə- 
lən,  sənə  hücum  edə  bilərlər  fikri,  ya  da  düşmənin  yada 
salınması  bədənindəki  enerjinin  artmasına    səbəb    olur; 
biz ona qəzəb deyirik. Beləliklə bədən dalaşmağa  hazır- 


42 
 
laşır. Fiziki və ya psixoloji olaraq təhdid olunmağınız fik- 
ri  bədənin  sıxılmasına  səbəb  olur  bu  da  bizim  qorxu  ad- 
landırdığımız  şeyin  fiziki  tərəfidir.  Araşdırmalar  aşkar 
edib  ki,  güclü  emosiyalar  bədəndə  hətta  biokimyəvi  də- 
yişikliklərə  də  səbəb  olur.  Bu  dəyişikliklər  emosiyaların 
fiziki və ya maddi tərəfini təşkil edir. Əlbəttə, sən bu cür 
fikir  formalarının  fərqinə  varmırsan,  ona  görə  də,  onları 
yalnız emosiyalarını müşahidə edərək dərk edə bilərsən. 
Özünü  öz  düşüncələrinlə,  yəni  xoşuna  gələnlərlə  və 
gəlməyənlərlə,  mühakimələrin  və  şərhlərinlə  nə  qədər  
çox  eyniləşdirirsənsə,  dərk  etmiş  müşahidəçi,  müşahidə 
edən şüur kimi bir o qədər az mövcüd olursan. 
Əgər  emosiyalarınızı  hiss  etmirsinizsə,  əgər  onlarla 
əlaqəniz  kəsilibsə,  ən  sonunda  onları  fiziki  səviyyədə  bir 
xəstəlik və ya xəstəlik əlaməti olaraq qəbul edəcəksiz. 
Son  illər  bu  haqda  çox  yazılıb,  ona  görə  də,  bu  möv- 
zuya  çox  da  ətraflı  toxunmayacağıq.  Dərk  olunmayan, 
güclü  ifadə  olunmuş  emosional  model  hətta  səninlə  təsa- 
düfən  baş  verən  hər  hansı  zahiri  hadisə  şəklində  də  özü- 
nü  göstərə  bilər.  Məsələn,  mən  özüm  müşahidə  etmişəm 
ki, qəzəbli insanlar (bunu özləri heç bilmir və ilk baxışda 
heç bir şəkildə ifadə etmirlər) digər qəzəbli insanlar tərə- 
findən daha çox mənəvi və fiziki hücumlara məruz qalır- 
lar, həm də çox zaman, heç bir səbəb olmadan. Onlardan 
sadəcə ətrafa güclü kin və qəzəb yayılırki, müəyyən xa- 


43 
 
siyyətə malik insanlar bunu şüuraltı tutaraq reaksiya ve- 
rir, bu da onların gizli qəzəbini qızışdıraraq aktivləşdirir. 
Əgər  hələ  də  öz  emosiyalarını  hiss  etməyə  çətinlik 
çəkirsənsə,  diqqətini  bədəninin  daxili  enerji  sahəsinə,  öz 
daxili  hissiyyatına  konsentrasiya  etməkdən  başla.  Öz 
bədənini içəridən hiss et. Bu da səni öz emosiyalarınla tə- 
mas səviyyəsinə çıxaracaq. Aşağıda bunu ətraflı araşdıra- 
cağıq. 
 

Siz  deyirsiniz  ki,  emosiya  idrakın  bədəndəki  durumunun 
əksidir.  Lakin  bəzən  idrakla  emosiya  arasında  mübarizə  olur: 
İdrak “yox” deyir, emosiya isə “hə”, ya da əksinə. 
 
Əgər  sən  həqiqətən  öz  idrakının  durumu  haqqında 
təsəvvürə malik olmaq istəyirsənsə, bədən onun həqiqi 
əksi barədə məlumat verəcək, odur ki, öz emosiyana bax, 
ya da onu sadəcə öz bədənində hiss et. Əgər düşüncə və 
emosiya aşkar mübarizədədirsə, düşüncə yalan, emosiya 
isə doğrudur. O sənin kim olmağın haqqında yekun həqi- 
qət olmasa  da, həmin  vaxtkı  vəziyyətin  haqqında nisbi 
həqiqəti söyləyir. 
Səthi  fikirlərlə  şüursuz  zehni  proseslər  arasındakı 
mübarizə çox geniş yayılıb. Sən şüursuz fikri fəaliyyə- 
tinin  mövcudluğunu  tam  başa  düşməyə  bilərsən  ancaq 
bu bədənə emosiya şəklində təsir edəcək və belə sən onu 


44 
 
artıq dərk edə bilərsən. Bu mənada emosiyaların izlənməsi 
fikirlərin dinlənməsi və ya izlənməsiylə eyni şeydir ki, bu 
barədə artıq söyləmişəm. Yeganə fərq odur ki, fikir sənin 
beynindədirsə, emosiyanın güclü fiziki tərkibi də var və 
bu  əsas  etibarilə  bədəndə  hiss  olunur.  O  zaman  siz  - 
onun tərəfindən idarə edilmədən, emosiyanın orada ol- 
masına yol verə bilərsiz. Siz artıq emosiya olmursunuz, 
siz izləyən, müşahidə edən mövcudluğsunuz. Əgər bunu 
tətbiq etsəniz, sizdə şüursuz olan hər şey şüurun işığına 
çıxacaq. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin