Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
İndiki Anın Gücü

həyatın doluluğuna minnətdar olmaqdır. O heç vaxt gələ- 
cəkdə ola bilməz. Bu rifah və bolluq zaman keçdikcə özü 
müxtəlif yollarla üzə çıxacaq. 
Əgər əldə etdiklərin səni qane etmirsə, ya da müəy- 
yən  məhdudiyyətlərə  görə  ruh  düşkünlüyü  yaşayıb  və 
hirslisənsə, bu səni zəngin olmağa təşviq edə bilər, amma 
nəticədə böyük bir sərvət əldə etsən belə, yenə daxili ça- 
tışmazlıq hiss edəcək və haradasa qəlbinin dərinliklərin- 
də özünü tam reallaşmamış hiss edəcəksən. Pulla alınması 
mümkün olan çoxlu gözəl hisslər keçirə bilərsən, 


121 
 
ancaq onlar gələcək və səndə daim boşluq, yeni fiziki  və 
psixoloji  həzlərə  tələbat  qoyub  gedəcəklər.  Əgər  Varlığa 
sadiq  qalmasan,  həyatın  elə  indicə  baş  verən  və  həqiqi 
rifah adlanan yeganə doluluğunu hiss edə bilməzsən. 
Odur  ki,  gözləməkdən  bir  durum  olaraq  imtina  et. 
Elə ki yenə sürüşüb gözləmə vəziyyətinə düşdüyünü an- 
ladın,  dərhal  ondan  azad  ol  və  indiki  ana  gir.  Sadəcə 
mövcud ol və bundan həzz al. Mövcud olanda səndə heç 
vaxt nəsə gözləməyə ehtiyac yaranmır. Ona görə, növbəti 
dəfə  kimdənsə  “bağışlayın,  sizi  gözləməyə  məcbur  et- 
dim”  sözlərini  eşidəndə,  cavab  verə  bilərsən:  “Hər  şey 
qaydasındadır,  mən  gözləmirdim.  Sadəcə burada daya- 
nıb, yaşadığım anın sevincini hiss edir, ondan həzz alır- 
dım”. 
Bunlar  adi  şüursuzluğun  bir  hissəsi  olan,  idrakın  in- 
diki anı inkar strategiyalarının sadəcə bir neçəsidir. Onlar 
adi,  adət  olunmuş,  normal  həyatın  bir  parçası  olduqların- 
dan,  asanlıqla  hiss  olunmaya  bilərlər:  bu  arxa  planda  hə- 
mişə  narazılıq  şəklində  olan  bir  uğultudur.  Ancaq  zehni- 
emosional  durmunu  nə  qədər  diqqətlə  müşahidə  etsən, 
keçmişin  və  ya  gələcəyin,  yəni  şüursuzluğun  tələsinə 
düşdüyün  anları  daha  asan  dərk  edəcəksən,  onda  zaman 
yuxusundan  indiki  ana  oyanmaq  daha  asan  olacaq.  Möv- 
cudluğu  özünü  idrakınla  eyniləşdirməyinə  əsaslanan  sax- 
ta  və  narazı  mənliyin  zaman  daxilində  yaşayır.  İndiki  
anın onun üçün ölüm demək olduğunu bilir, odur  ki, 


122 
 
özünü  üzərində  daim  böyük  təhlükə  varmış  kimi  hiss  
edir. O səni indiki anın zirvəsindən itələyib yıxmaq üçün 
əlindən  gələni  edir.  O  səni  zamanın  tələsində  tutub  sax- 
lamağa çalışır. 
 
H
əyat Yolunun Daxili Hədəfi 
 
Mən  sizin  danışdıqlarınzda  həqiqəti  hiss  edirəm,  ancaq 
bununla belə yenə də düşünürəm ki, həyatda məqsəd olmalıdır; 
əks halda biz sadəcə axınla üzəcəyik və məqsədin olması gələ- 
cəyin  olması  deməkdir.  Məgər  belə  deyil?  Bunu  indiki  anda 
yaşamaqla necə uyğunlaşdıra bilərik? 
 
Sən  bir  səfərə  çıxdığında  haralarla  getdiyini,  ən  azı 
əsas  istiqaməti  bilməyində  fayda  var,  ancaq  unutma 
səfərinlə  əlaqədar  həqiqi  olan  tək  şey  məhz  indiki  anda 
atdığın addımdır. Var olan tək şey budur. 
Həyat  səyahətinin  xarici  məqsədi  olduğu  kimi,  daxili 
məqsədi  də  var.  Xarici  məqsəd  sənə  tapşırılan  vəzifəni 
yerinə  yetirmək,  ya  da  nəyəsə  nail  olmaq  üçün  hədəfə 
çatmaqdır  və  bu,  əlbəttə,  gələcək  deməkdir.  Lakin  ge- 
dəcəyiniz yer və ya gələcəkdə atacağınız addımlar diqqə- 
tinizin  böyük  bir  hissəsini  işğal  edirsə,  onlar  sizin  üçün 
indi  atdığınız  addımlardan  daha  əhəmiyyətlidirlərsə,  on- 
da  siz  öz  yolunuzun  daxili  məqsədini  tamamilə  nəzərdən 
qaçırmısınız ki, bu sizin haraya getməniz, ya da  nə etmə- 
yinizlə heç bir əlaqəsi yoxdur, amma necə etdiyinizlə hər 


123 
 
cür  əlaqəsi  var.  Onun  gələcəklə  heç  bir  bağlılığı  yoxdur, 
amma  şüurunuzun  bu  andakı  xarakteri  ilə  hər  cür  əlaqəsi 
var.  Xarici  məqsəd  zaman  və  məkanın  üfüqi  səthindədir; 
daxili  məqsədin  Varlığının  dərinliyi  ilə    zamanxarici 
İndiki  anın  şaquli  oxu  vasitəsilə  əlaqəsi  var.  Sənin  xarici 
səyahətin  milyon  addımdan  ibarət  ola  bilər,  daxili  səya- 
hətinin  isə  cəmi  bir  addımı  var:  bu  addımı  sən  elə  indicə 
atırsan.  Elə  ki  bu  yeganə  addımını  daha  dərindən  dərk 
etməyə  başladın,  digər  bütün  addımların  da  onun  içində 
olduğunu  anlayacaqsan.  Onda  həmin  tək  və  yeganə  ad- 
dım  mükəmməlliyə,  böyük  gözəlliyə  və  yüksək  keyfiy- 
yətə  çevrilir.  O  səni  Varlığa  aparacaq  və  ondan  Varlığın 
işığı  yayılacaq.  Bu  daxilinə  etdiyin  səyahətin,  öz  da- 
xilindəki  səyahətinin  həm  məqsədi,  həm  də  reallaşma 
prosesidir. 
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin