Niyə bəzi dinlər bədəni inkar edir, hətta lənətləyir? Görü-
nür, ruh axtarışında olanlar bədənə hər zaman maneə, hətta
günahkar bir şey kimi baxırlar.
154
Niyə axtaranların çox azı axtardığını tapa bilib?
İnsanlar bədən baxımından heyvanlara çox yaxındır-
lar. Bizdə olan bütün əsas bədən funksiyaları onlarda da
var: həzz, ağrı, nəfəs alma, qidalanma, ifrazat, yuxu, ar-
tım məqsədilə cinsi istək və əlbəttə ki, doğum və ölüm.
İnsanlar yollarını azmazdan uzun zaman əvvəl, yəni əsl
firavanlıqdan yıxılıb, özlərini illüziya ilə eyniləşdirərkən
qəfil ayılıb gördülər ki, bədənləri heyvan bədəninə bən-
zəyir və bundan çox narahat oldular. “Özünüzü aldatma-
yın. Siz heyvanlardan üstünsünüz”. Gördükləri şey onla-
ra həqiqət kimi gəldi. Amma, bu dözüləsi çox çətin, çox
narahatedici bir həqiqət idi. Adəm və Həvvanın da çılpaq
olduqlarını görüb qorxmuşdular. Beləliklə, çox qısa za-
manda öz heyvani təbiətlərini şüursuz şəkildə inkar etdi-
lər. Güclü instinktiv meyillərin onları geriyə, tam şüur-
suzluğa ata biləcəyi təhlükəsi əslində tamamilə real idi.
Bədənin müəyyən hissələri, bədən üzvlərinin funksiya-
ları, xüsusilə də, seksual funksiyalar ilə bağlı utancaqlıq
və tabu əmələ gəldi. Onların şüurunun işığı öz heyvani
təbiətləri ilə dostlaşmaları və birlikdə olmaları üçün yetə-
rincə güclü deyildi. Daxillərindəki ilahiliyi, illüziyanın
içərisində gizlənən reallığı axtarmaq üçün bədənlərinin
dərinliyinə dalmalarını hələ demirəm. Ona görə də,
etməli olduqlarını etdilər və özlərini bədənlərindən
155
ayırmağa başladılar. Artıq onlar özlərini sadəcə bədən
kimi yox, bədənə malik kimi görürdülər.
Dinin yaranması və yüksəlişi ilə bu ayrılma “sən sə-
nin bədənin deyilsən” inancı şəklində daha da kəskin
ifadə olundu. Əsrlər boyu Şərqdə və Qərbdə saysız-
hesabsız insan Tanrını tapmaq, xilas olmaq və ya aydın-
lanmaq üçün bədənindən “imtina” etdi. Bu özünü hissi,
xüsusilə də, seksual həzzlərdən imtinada, pəhriz formala-
rında və digər tərki dünyalıq təcrübələrdə göstərdi. Onlar
hətta bədənlərini gücdən salaraq, ona əzab verir, zədə vu-
rurdular, çünki ona günahkar kimi yanaşırdılar. Xristian-
lıqda buna nəfsin öldürülməsi deyirlər. Digərləri bədən-
lərindən çıxıb trans halına girməyə, yaxud bədən xarici
duyğulara yönəlməyə cəhd etdilər. Deyilənə görə, hətta
Budda özü də altı il ərzində bədənindən imtina etməyi
təcrübədən keçirərək, asketizmin (əxlaqi və yaxud dini
ideala çatmaq məqsədi ilə Yer üzərindəki nemətlərdən
imtina) ekstremal formalarına əl atıb, ancaq bu təcrübə-
dən əl çəkməyənə qədər aydınlana bilməyib.
Həqiqət budurki, heç kəs bədənini inkar etmək, ya da
bədən xarici duyğular yoluyla aydınlana bilməyib. Bu cür
duyğular çox gözəl ola, sənə maddi formalardan azad
olma işartıları bəxş edə bilər, ancaq axırda sən yenə trans-
formasiya prosesinin mühüm hissəsinin baş verdiyi bədə-
nə qayıtmalı olacaqsan. Transformasiya bədən vasitəsilə
olur, ondan kənarda mümkün deyil. Ona görə də, əsl us-
156
tadlar bədənin tərk edilməsini, yaxud onunla mübarizəni
heç vaxt alqışlamırlar, amma onların zehni davamçıları
bunu kifayət qədər sıx-sıx edirlər.
Bədənlə bağlı qədim təlimlərdən yalnız bəzi hissələr
qalıb. Bunlardan biri Məsihin “sənin bütün bədənin işıqla
dolacaq” sözləridir. Bir də miflərdə müəyyən nümünələr
var. Məsələn, İsanın heç vaxt vaxt öz bədənini tərk et-
mədiyi, hər zaman onunla birlikdə olduğu, “cənnətə” də
onunla yüksəldiyinə inanılır. Bu hissələri, o cümlədən
müəyyən miflərin gizli mənalarını hələ heç kəs anlama-
yıb, ancaq “sən öz bədənin deyilsən” deyiminə inam üs-
tünlük təşkil edərək, bədənin inkarına və onu dərk etmək
səylərinə gətirib çıxarmışdır. Beləlilkə, saysız-hesabsız
axtarışda olanlar mənəvi reallaşmalarını və axtardıqlarını
tapmaqda əngəl olan bu maneə qarşısında dayanmalı ol-
muşlar.
Dostları ilə paylaş: |