Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   37   38   39   40   41   42   43   44   ...   78
İndiki Anın Gücü

vardım  ifadəsi  zaman  ölçüsünün  olmadığını  bildirir.  Bu, 
Dzenin böyük dərinlik varlığı ilə bağlı fikriylə səsləşir. İsa 
mövcudluğun  mənasını,  özünü  dərkin  mənasını  birbaşa 
çatdırmağa çalışıb, bir fikirdən o birinə keçməyib. O, za- 
mansız  aləmə  gedib,  zamanın  idarə  etdiyi  şüur  ölçüsün- 
dən  kənara  çıxıb.  Əbədiyyət  ölçüsü  bu  dünyaya  gəlmiş- 
dir.  Əbədiyyət,  əlbəttə,  sonsuz  zaman  deyil,  o  zamanın 
yoxluğunu,  qeyri-zamanı  bildirir.  İsa  adlı  adam  məhz  bu 
şəkildə Məsih, saf şüurun ötürücüsü və ifadəçisi olub. Bəs 
Tanrı özü Bibliyada özünü necə tərif edir? Məgər o “Mən 
daim  olmuşam  və  daim  olacağam”  deyib?  Əlbəttə,  yox. 
Bu, keçmişə və gələcəyə reallıq qazandırmaq olardı. Tanrı 
deyib: “MƏN OLDUĞUM KİMİ VARAM” 
Burada heç bir zaman yoxdur, yalnız mövcudluq var. 
Məsihin ikinci gəlişi, qətiyyən bir kişinin və ya qadı- 
nın  gəlişi  deyil,  insan  şüurunun  transformasiyasıdır,  za- 
mandan  mövcudluğa,  təfəkkürdən  saf  şüura  keçiddir. 
Əgər  sabah  “Məsih”  hər  hansı  maddi  formada,  qadın  və 
ya kişi cildində qayıtsa, sizə bundan başqa nə deyə bilər: 
“Mən  Həqiqətəm.  Mən  İlahi  varlığam.  Mən  əbədi  həya- 
tam. Mən səndəyəm. Mən Buradayam. Mən İndiyəm”. 
 

Məsihi  heç  vaxt  şəxsiləşdirmə.  Məsihə  heç  vaxt  hər 
hansı  şəxsiyyət  kimi  baxma.  Avatarlar,  tanrı  anaları,  ay- 
dınlanmış ustadlar, real görünən aszaylı insanlar tam 


144 
 
olaraq  şəxsiyyət  deyillər.  Bərk-bərk  yapışmalı,  qorumalı 
və  qidalandırmalı  olduğumuz  yalançı  mənlik  olmadan 
onlar  adi  insanlardan  daha  adi  və  sadədirlər.  Güclü  eqo- 
ya malik bir şəxs onları mənasız və tamamilə əhəmiyyət- 
siz  adamlar  saya  bilər,  ya  da  ümümiyyətlə  əhəmiyyət 
verməz. 
Əgər sənə aydınlanmış müəllim olmaq cəlbedicidir- 
sə, deməli, səndəki mövcudluq başqasının daxilindəki 
mövcudluğu görmək üçün kifayət edir.Saxta müəllimlə- 
rin yanına çəkilmiş bir çox insan olduğu kimi, İsa və 
Buddanı gördüyü halda tanımamış bir çox insan var idi. 
Eqolar özündən daha böyük eqolara meyil edir. Qaranlıq 
işığı görüb tanıya bilməz. İşığı ancaq işıq görə bilər. Ona 
görə  də,  işığın  səndən  kənarda olduğuna  və  müəyyən 
formada sənə çatacağına inanma. Əgər sənin ustadın 
Tanrının yeganə mümkün inkarnasiyasıdırsa
6
, onda bəs 
sən kimsən? İstənilən cür təcridolma forma ilə eyni- 
ləşmədir, forma ilə eyniləşmə isə eqonun varlığına dəlalət 
edir. Bu zaman onun nə dərəcədə məharətlə cildə girməsi 
vacib deyil. 
Öz  ustadının  mövcudluq  durumundan  elə  istifadə  et 
ki, o sənin adının və formanın arxasında dayanan əsl ma- 
hiyyətini  güzgü  kimi  özünə  göstərsin,  özün  daha  dərin- 
dən mövcud ola biləsən. Tezliklə anlayacaqsan ki, möv- 
 

İnkarnasiya – 1) Ruhun maddi bədəndə təzahürü. 2) Tanrının, tanrı ruhunun 
maddi 
təcəssümü. 3) Tanrının İsa Məsihin vücudunda təcəssümü. 


145 
 
cudluq halında “sənin” və “mənim” yoxdur. Mövcudluq 
təkdir. 
Mövcudluq işığının güclənməsinə qrup təlimi də kö- 
məklik edə bilər. Qruplarda birləşərək, mövcudluq halına 
girən  bir  qrup  insan  birlikdə  çox  güclü  kollektiv  enerji 
sahəsi  yaradırlar.  Bu  mövcudluq  halını  fərdlər  üçün 
getdikcə daha əlçatan edir. 
Əgər  qrupun  bir  üzvü  o  halda  sağlam  şəkildə  olma- 
dıqca və beləliklə o halın enerji tezliyini tuta bilmədikcə, 
egoist  zehin  özünü  yenidən  asanlıqla  göstərib,  qrupun 
bütün  səylərini  alt-üst  edə  bilər.  Qrup  təlimi  çox  dəyərli 
olsa  da,  yetərli  deyil  və  ancaq  ondan  asılı  hala  düşmə- 
məlisən. Sən mövcudluğun mənasını və onu təbiq etməyi 
öyrəndiyin  keçid  dövrü  istisna  olunmaqla,  öz  müəllimin- 
dən və ustadından asılı olmamalısan. 


146 
 
VI 
fəsil 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin