Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   35   36   37   38   39   40   41   42   ...   78
İndiki Anın Gücü

Bəzən mən sizin indicə təsvir etdiyiniz bir neçə anı tuta bi- 
lirəm. Bu təbiətin qoynunda tək qaldığım zaman baş verir. 
 
Tamamilə  doğrudur.  Dzen  ustaları  ani  daxili  işartını, 
yaxud  dərindən  dərk  etmə  anını  təsvir  etmək  üçün  satori 
sözündən  istifadə  edirlər.  Satori  qeyri-idrak  və  tam  möv- 
cudluq  durumu  anlamına  gəlir.  Satori  daimi  baş  tutmuş 
transformasiya  olmasa  da,  o  gələndə  minnətdar  ol,  çünki  
o aydınlanmanın dadını hiss etmək imkanı verir. 
Yəqin  ki,  onu  özün  də  bilmədən  və  bütün  əhəmiyyətini 
anlamadan  dəfələrlə  hiss  etmisən.  Mövcudluq  ona  görə 
lazımdır  ki,  təbiətin  gözəlliklərini,  əzəmətini  və  müqəd- 
dəsliyini  dərk  edəsən.  Aydın  bir  gecədə  sonsuz  fəzaya 
baxaraq, onun mütləq sakitliyi və ucsuz-bucaqsız zəngin- 
liyi  qarşısında  həyəcanlı  bir  sayğı  duydunmu?  Ağacların 
arasından  axan  dağ  çayının  şırıltısını  həqiqətən,  bütün 
vücudunla  dinlədinmi?  Sakit  yay  axşamının  alatoranında 
qaratoyuğun nəğməsinə qulaq  asdınmı?  Belə şeyləri  dərk 
etmək  üçün  beyin  sakitliyə  qərq  olmalıdır.  Keçmişi  və 
gələcəyi  aid  şəxsi  problemlərinin  yükünü,  o  cümlədən, 
bütün  biliklərini  bir  müddət  kənara  qoymalı  olacaqsan. 
Yoxsa baxacaq, ancaq görməyəcəksən, dinləyəcək, amma 


133 
 
eşitməyəcəksən. Bütün bunlar sənin tam mövcud olmağı- 
nı tələb edir. 
Zahiri  formaların  gözəlliyinin  altında  daha  çox  şey 
gizlənir:  bu  heç  bir  adı  olmayan,  anlaşılmayan,  səssiz, 
mütləq  dərin  bir  şey,  müqəddəs  daxili  mahiyyətdir.  Bu 
daxili  mahiyyət  cücərərək,  hansısa  tamamilə  anlaşılmaz 
yolla gözəlliyin olduğu yerə qeyri-adi işığını salar. Bu işıq 
özünü  sənə  yalnız  mövcudluq  halında  olduğunda  göstə- 
rər. Bəlkə, bu adsız mahiyyət və sənin mövcudluğun eyni 
şeydir,  bir  bütövdür?  Bu  sənin    mövcudluğun    olmadan 
ola bilərmi? Onun daha dərinliyinə dal. Onu özün tap. 
 

Bu cür mövcudluq anlarını yaşayarkən çox güman ki, 
qısa  müddətə  də  olsa  qeyri-idrak  halına  girdiyinizi  o  qə- 
dər  də  hiss  etməmisiniz.  Çünki,  o  hal  ilə  düşüncə  axını 
arasındakı aralıq çox qısa olub 
Zehin müdaxilə etməzdən əvvəl satoriniz bir neçə sa- 
niyə  davam  etmiş  ola  bilər,  əks  halda  gözəlliyi  hiss  et- 
məzdin.  İdrak  gözəlliyi  nə  tanıya,  nə  də  yarada  bilir. 
Mövcud  olduğun  cəmi  bir  neçə  saniyədə  gözəllik    də  
olub, müqəddəslik də. Bu aranın qısalığı və diqqətinin ça- 
tışmazlığı  səbəbindən  ola  bilər  ki,  sən  gözəlliyin  dərki, 
onun  düşüncəsiz  fərqindəliyi  və  fikir  olaraq  yozumu  ara- 
sındakı  fundamental  fərqi  görməmisən:  ara  vaxt  o  qədər 
az olub ki, bütün bunlar sadəcə adi müddət olaraq  gör- 


134 
 
sənib. Lakin həqiqət budur ki, düşüncə müdaxilə etdiyi 
anda, təəssüratlarından ancaq xatirə qalır. 
Qavrayışla  düşüncə  arasındakı  zaman  aralığı  nə  qə- 
dər  genişdirsə,  bir  insan  olaraq  bir  o  qədər  dərinə  gedə, 
başqa sözlə, daha şüurlu ola bilərsən. 
Bir  çox  insanlar  zehninə  o  qədər  bağlıdırlarki,  təbiə- 
tin gözəlliyi onlar üçün sadəcə mövcud deyil. Onlar çiçə- 
yin çox gözəl olduğunu söyləyə bilərlər, ancaq bu sadəcə 
şablon söz olacaq. Rahatlıq, hərəkətsizlik və tam mövcud- 
luq  onlara  yad  olduğundan,  əsl  çiçəyi  də  görmür,  onun 
mahiyyətini, müqəddəsliyini qavramırlar; eynilə bu şəkil- 
də  özlərini  də  tanımır,  öz  mahiyyətlərini,  öz  müqəddəs- 
liklərini də bilmirlər. 
Bizim  mövcud  olduğumuz  mədəniyyət  idrakın  hök- 
münə o dərəcədə tabedir ki, müasir incəsənətin, memarlı- 
ğın,  musiqinin  və  ədəbiyyatın  çox  böyük  bir  qismi,  kiçik 
istisnalarla  daxili  mahiyyətdən  və  gözəllikdən  məhrum- 
dur. Səbəb bunları yaradan insanların bir anlıq da olsa  öz 
idraklarından  qopa  bilməməsidir.  Bu  səbəbdən  də  onlar 
əsl  yaradığıcığın və  gözəlliyin  mənbəyi olan  daxili  aləm- 
lərinə  girə  bilmirlər.  İdrak  başlı-başına  buraxıldıqda  ey- 
bəcər  şəhərlər  yaradır,  həm  də  təkcə  rəsm  sərgilərində 
deyil. Həmçinin bizim şəhər və sənaye bölgələrində. Heç 
bir sivilizasiya bu cür eybəcərlik yaratmayıb. 


135 
 
Saf Şüuru Dərk Etmək 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin