Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   34   35   36   37   38   39   40   41   ...   78
İndiki Anın Gücü

Mövcudluq Halı 
 
O Sizin Düşündüyünüz Şey Deyil 
 
Siz  daim  qeyd  edirsiniz  ki,  ən  vacibi  baş  verənlərdə  öz 
mövcudluğunu hiss etməkdir. Mənə elə gəlir ki, sizi ağlımla ba- 
şa düşürəm, ancaq belə bir şeyi haçansa təcrübədən keçirdiyimə 
əmin  deyiləm.  Mən  daim  anlamağa  çalışıram:  bu  mənim  dü- 
şündüyümdür, yoxsa tamamilə başqa bir şeydir? 
 
O sənin olduğunu düşündüyün şey deyil! Sən möv- 
cudluq haqqında düşünə bilməzsən, idrak isə onu anla- 
mağa qadir deyil. Mövcudluğu anlamaq elə  mövcud ol- 
maqdır. 
Kiçik bir təcrübə apar. Gözlərini yum və öz-özünə de: 
“Maraqlıdır, görəsən, indi ağlıma hansı fikir gələcək?” 
İndisə çox diqqətli ol, fikrin gəlməsini gözlə. Siçanın 
yuvasının  ağzında  onu  gözləyən  pişik  qədər  həssas  ol.  O 
yuvadan hansı fikir çıxacaq? Bunu elə indicə elə. 
 

Hə, necə oldu? 
Düşüncənin gəlməsi üçün olduqca uzun müddət göz- 
ləmək məcburiyyətində qaldım


129 
 
Bax belə. Dərin mövcudluq halında olarkən, sən fikir- 
lərdən azad olursan. Sən sakit və hərəkətsiz amma eyni 
anda sayıqsan. Elə ki şüurlu diqqətin müəyyən səviyyə- 
dən aşağı düşdü, fikir dərhal başına soxulur. Elə ki zehni 
gurultu yenidən başlayır, sakitlik uçub gedir və yenidən 
zamanın hökmü altına düşürsən. 
Bəzi  Dzen  ustadları  şagirdlərinin  indiki  anda 
mövcudluq  dərəcəsini  yoxlamaq  üçün  onların  arxasında 
gizlənərək, qəfil ağacla zərbə endiriblər. Zərbə son dərəcə 
təsirli  olub!  Əgər  şagird  ayıq-sayıq,  tam  mövcudluq  ha- 
lında  olubsa,  yəni  İsa  Məsihin  bir  səhnəni  təsvir  etdiyi 
kimi,  “beli  sarınıbsa,  lampası  da  əlində  yanırsa”,  o  arxa- 
sında  gizlənmiş  müəllimini  vaxtında  görəcək,  yaxud  zər- 
bəni dəf edəcək və ya ondan yayına biləcək. Zərbə hədəfə 
dəysə,  onda  şagird  öz  fikirlərinə  dalmış  olub,  yəni  başqa 
sözlə, mövcud və şüurlu halda olmayıb. 
Gündəlik  həyatda  mövcud  qalmaq  üçün,  içinə  dərin 
şəkildə  köklənməlisən.  Əks  təqdirdə,  inanılmaz  sürətə 
malik olan idrak coşqun çay kimi səni götürüb aparacaq. 
 
 
“Dərin  bir  şəkildə  köklənməlisən”  deyərkən  nəyi  nəzərdə 
tutursunuz? 
 
Bu bədənində tam və bütöv olaraq yaşamaqdır, elə 
yaşamaq ki, diqqətinin müəyyən hissəsi hər zaman 


 
bədəninin daxili enerjisinə yönəlmiş olsun. Başqa sözlə, 
bədənini daima daxildən hiss et. Bədənini şüurlu olaraq 
hiss etmək səni mövcudluq durumunda saxlayır. O səni 
İndiki anda möhkəmləndirər (6-cı Fəslə bax). 
 
“Gözləmənin” Ezoterik Mənası 
 
Mövcudluq  halını  gözləmə  ilə  müqayisə  etmək  olar. 
İsa  öz  ibrətamiz  hekayələrində  çox  zaman  gözləmə  bən- 
zətməsindən  istifadə  etmişdir.  Bu  gözləmə  sıxıntı  və  na- 
rahatlıqla  xarakterizə  olunan,  artıq  dediyim  kimi,  öz- 
özlüyündə  indini  inkar  edən  adi  gözləmə  deyil.  Bu  sənin 
diqqətinin  gələcəkdəki  hansısa  nöqtəyə  cəmləndiyi  və  ya 
indinin  istədiklərini  əldə  etməkdə  sənə  əngəl  olan  arzu- 
olunmaz  maneə  kimi  qəbul  olunduğu  gözləmə  də  deyil. 
Keyfiyyət  baxımından  başqa  bir  gözləmə  tipi  də  var,  o 
səndən  mütləq  qavrama  həssaslığı  tələb  edir.  İstənilən  an 
hər şey baş verə bilər və əgər tam oyaq deyilsənsə, daxili 
dincliyin  mütləq  deyilsə,  bu  məqamı  buraxacaqsan.  İsa 
Məsih  bir  zamanlar  məhz  bu  gözləmə  haqqında  danı- 
şırdı.  O  durumda  sənin  bütün  diqqətin  indiki  ana 
cəmlənir.  Mücərrəd  xəyallara,  fikirlərə,  xatirələrə  diqqət 
ayrılmır.  Onda  gərginlik  yoxdur,  qorxu  yoxdur,  yalnız 
canlı  və  həssas  mövcudluq  var.  Sən  bütün  Varlığında 
mövcud  olursan,  bədəninin  hər  bir  hüceyrəsi  ilə.  Bu 
durum,  keçmişdən  və  gələcəkdən,  hətta  bilmək 
istəyirsənsə, şəxsiyyəti olan
1

3
s
0
əndən”də heç nə saxlamır. 


131 
 
Sən  yalnız  onda  özün  olursan,  həm  də  həmişəkindən 
daha dərin formada. Demək olar ki, yalnız indi həqiqətən 
özün olursan. 
 
“Öz  ağasının  qayıtmasını  gözləyən  nökər  kimi  ol”,  – 
İsa deyir. Nökər ağasının saat neçədə qayıdacağını bilmir. 
Ona  görə  də,  daim  oyaqdır,  sayıqdır,  ağası  gələndə  əsnə- 
məsin  deyə  həssas,  diqqətli  və  sakitdir.  Başqa  bir  ibrəta- 
miz  hekayədə  İsa  beş  qayğısız  (şüursuz)  qadın  haqqında 
danışır,  onları  lampadakı  odun  sönməməsini  (mövcud 
qalmaq) təmin etmək üçün yağları (şüurları) çatmır, odur 
ki, gəlin və kürəkəni (İndiki anı) gözdən qaçırırlar və toy 
məclisinə (aydınlanmaya) gedə bilmirlər. Bu beş qadın ki- 
fayət qədər yağa sahib olan (şüurlu qalan) beş müdrik qa- 
dının əksini göstərir. 
İncilin müəllifləri belə, bu pritçaların mənalarını tam 
anlaya bilməyiblər, ona görə də, ilk variantlar və təhriflər 
onlar yazılarkən mətnə daxil olmuşdur. İzahlar əsnasında 
əmələ gələn sonrakı səhvlər əsl mənanın tamamilə itməsi- 
nə gətirib çıxarıb. Bu hekayələr dünyanın axırı yox, psixo- 
loji zamanın sonu haqqındadır. Onlar eqoist idrakın aşıla- 
raq, şüurun yeni durumunda yaşamağın mümkünlüyünü 
göstərir. 


132 
 
Gözəllik Mövcudluq Halının 
Dincliyind
ə Yaranır 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin