Niyə qadınlar üçün ağrı daha böyük maneədir?
Ağrı şəxsi olduğu kimi, həm də kollektiv olur. Şəxsi
baxımdan ağrı keçmişdə kiminləsə yaşanan emosional
ağrının yığılmış qalıqlarıdır. Kollektiv baxımdan isə min
illər ərzində xəstəliklər, əzablar, müharibələr, qətllər,
qəddarlıqlar, dəliliklər və s. vasitəsilə insan psixikasında
toplanmış ağrıdır. Hər bir adamın ağrısı kollektiv ağrının
tərkib hissəsidir. Kollektiv ağrının müxtəlif qatları var.
Məsələn, bəzi irqlərdə və xalqlarda, xüsusilə də çətin mü-
barizə yolları keçmiş və zorakılığa məruz qalmış ölkələr-
də ağrı daha ağırdır. Güclü ağrısı olan və yetərli şüur sə-
viyyəsi olmayan istənilən insan onunla eyniləşməmək
üçün daim və ya mütəmadi olaraq öz emosional ağrısını
canlandırmaqla kifayətlənmir eyni zamanda, ağrısının
aktiv və passivliyindən asılı olaraq özü də ya zorakıya, ya
da zorun qurbanına çevrilir. Digər tərəfdən, bu insanlar
220
potensial olaraq aydınlanmaya daha yaxın ola bilərlər.
Şübhəsiz bu ancaq potensiallada reallaşmır, amma əgər
sənə gecə kabusları əziyyət verirsə, adi yuxunun eniş-çı-
xışlarını yaşayan bir insanla muqayisədə oyanma motiva-
siyanı daha güclü şəkildə hiss edə bilərsən.
Tam şüurlu olana qədər hər bir qadın şəxsi ağrısın-
dan başqa, kollektiv qadın ağrısı kimi təsvir etdiyimiz
şeydəndə payını alacaq. Bu pay qadınların ötən min illər
ərzində kölə edilmələri, istismar olunmaları, zorakılığa
məruz qalmaları, uşaq doğmaları, uşaqlarını itirmələri və
s. nəticəsində yaşadıqları toplanmış ağrılarından əmələ
gəlib. Qadınların əksəriyyətində aybaşı dövrü başlamaz-
dan qabaq və ya onunla müşayiət olunan emosional fiziki
ağrı kollektiv aspektə olan ağrıdır, bu zaman kollektiv
ağrı mürgülü vəziyyətdən ayılır. Bununla belə, o istənilən
digər vaxtlarda da aktivləşə bilər. Fiziki ifadəsi aybaşı
olan ağrı bədəndə həyat enerjisinin sərbəst axınına mane
olur. Gəlin bu məsələnin üzərində bir qədər dayanaq və
onun aydınlanma üçün necə əlverişli imkan ola biləcəyi-
nə baxaq.
Həmin günlər qadın çox zaman ağrı tərəfindən “ələ
keçirilir”. Bu ağrının son dərəcə güclü enerji yükü var, o
səni çox asanlıqla şüursuzlaşdıraraq özüylə eyniləşdirə
bilər. O zaman sən daxilini işğal edən və sən kimi görü-
nən - amma, əlbəttə, qətiyyən, sən olmayan, enerji sahəsi
tərəfindən ələ keçirilmiş olursan. O, sənin vasitənlə da-
221
nışır, sənin vasitənlə hərəkət edir, sənin vasitənlə düşü-
nür. O, sənin həyatını neqativ situasiyalarla doldurur ki,
yaranacaq enerjidən qidalana bilsin.
O daha çox ağrı istəyir, həm də istənilən formada.
Mən artıq bu prosesi təsvir etmişdim. O, amansız və dağı-
dıcı ola bilir. O, saf ağrıdır, keçmiş ağrıdır və o sən deyil-
sən.
Hazırda tam şüurluluq vəziyyətinə yaxınlaşan qadın-
ların sayı kişiləri ötür və yaxın zamanlarda daha sürətlə
artacaq. Kişilər axırda onlara çata bilərlər, ancaq hələ bir
müddət qadınların və kişilərin şüur səviyyələrindəki fərq
qadınların xeyrinə olacaq. Qadınlar yenidən anadangəl-
mə haqları olan funksiyaya yiyələnirlər və nəticə etibarilə
buna kişilərdən daha təbii şəkildə qayıdırlar: bu, Aşkar
dünya ilə Aşkar olmayan dünya, fizikilik və mənəvilik
arasında körpü olmaqdır. Sənin əsas vəzifən qadınlar ki-
mi öz ağrını elə bir şəklə salmaqdır ki, o bir daha səninlə
sənin həqiqi mənliyinin arasına girə bilməsin; yəni sənin-
lə sənin əsl mahiyyətin arasına. Əlbəttə, sən aydınlanma
yolundakı digər maneəni də aşmalı olacaqsan. Bu düşü-
nən idrakdır. Ağrının öhdəsindən gələrkən yaranacaq də-
rin mövcudluq səni idrakınla eyniləşməkdən də xilas
edəcək.
Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, nə qə-
dər ki ağrıdan özünə kimlik yaradacaqsan ondan xilas ola
bilməyəcəksən. Nə qədər ki hisslərini ağrıya yönəldirsən,
222
bu ağrının sağalması üçün etdiyin hər cəhdə qarşı şüural-
tı mübarizə aparacaq, onu sabotaj edəcəksən. Niyə? Ona
görə ki, ağrı sənin mahiyyətinin bir hissəsi olduğu halda,
özünü toxunulmaz saxlamaq istəyirsən. Bu şüursuz bir
prosesdir və onun öhdəsindən gəlməyin yeganə üsulu
onu şüurlu hala gətirməkdir.
Öz ağrına bağlı olduğunu qəfil görmək, yetərincə
heyrətləndirici ola bilər. Bunu dərk etdiyin anda, bu bağ-
lılığı dağıtmış olursan. Ağrı bir obyekt kimi, daxili
məkanında müvəqqəti yerləşən enerji sahəsidir. O, tələyə
düşmüş həyat enerjisidir, o artıq axmayan enerjidir. Şüb-
həsiz, ağrı keçmişdəki müəyyən hadisələr nəticəsində ya-
randığından ordadır. O, səndə yaşayan keçmişdir və əgər
sən özünü onunla eyniləşdirirsənsə, deməli, keçmişlə ey-
niləşdirirsən. Özünü qurban verərək, fədakarcasına eyni-
ləşdirmə keçmişin indidən daha güclü olduğuna inamdır
ki, bu da həqiqətə heç cür uyğun gəlmir. Bu başqa insan-
ların, sənə etdiklərinin indi sənin kim olmağına, emosio-
nal ağrılarına, ya da həqiqi mənliyin olmağı bacarma-
dığına görə cavabdeh olmasına inanmaqdır.
Həqiqət isə ondadır ki, var olan yeganə güc indiki
andadır: bu sənin mövcudluğunun gücüdür. Bir dəfə
bunu dərk etsən, biləcəksən ki, indi sən özünsən, başqa
heç kəs deyilsən, öz daxili məkanına cavabdehsən və keç-
miş İndiki anın gücünə üstün gələ bilməz.
223
&
Beləliklə, eyniləşmə sənin ağrının öhdəsindən gəl-
məyinə mane olur. Artıq yetərincə şüurlu yaşayan və şəx-
si planda özünü fədakar kimliyindən eyniləşdirməkdən
xilas olan bəzi qadınlar, buna baxmayaraq, kollektiv
planda özlərini qurban hesab etməyə davam edir,
“kişilərin qadınların başına gətirdikləri” mövzusunda ah-
vay edirlər. Onlar eyni zamanda həm haqlı, həm də haq-
sızdırlar. Kollektiv qadın ağrısının qadınalara qarşı edi-
lən minillik kişi zorakılığı və bütün planetdə qadın hü-
quqlarının pozulması nəticəsindən qaynaqlandığını nəzə-
rə aldıqda onlar haqlıdırlar. Amma kimlik hisslərini bu
fakt əsasında formalaşdırırlarsa, özünü kollektiv qurban-
la eyniləşdirməyin girovuna çevrilirlərsə, onda onlar haq-
sızdırlar. Əgər qadın kindən, inciklik duyğusundan və
mühakimə etməkdən əl çəkmirsə, ağrıdan da qurtula bil-
mir. Bu ona özünü başqa qadınlarla eyniləşdirmək və
həmrəylik rahatlığı verə bilər, amma eyni zamanda onu
keçmişdən güclü asılılıqda saxlayır, öz mahiyyətinə və əsl
gücünə yolunu bağlayır. Əgər qadınlar özlərini kişilərdən
ayırsalar, bu bölücülük duyğusunu qidalandırar, nəticədə
eqolarınıda gücləndirərlər. Eqon nə qədər güclüdürsə, öz
həqiqi təbiətindən bir o qədər uzaqsan.
Ona görə də, özünü ağrınla eyniləşdirmə. Ondan ay-
dınlanma üçün istifadə et. Onu şüura çevirin. Bunun
üçün ən yaxşı imkanlardan biridə aybaşı vaxtlarıdır. Mən
224
inanıram ki, vaxt gələcək qadınların bir çoxu məhz bu
dövrdə tam şüurluluq halına girəcəklər. Adətən məhz bu
dövr qadın üçün şüursuz dövrdür, çünki kollektiv qadın
ağrısı məhz bu zaman onu ələ keçirir. Lakin bircə dəfə
şüurluluğun müəyyən səviyyəsinə çatsan, bunun əksini
edərək hər şeyi kənara atıb daha şüurlu ola bilərsən. Mən
artıq təməl prosesi təsvir etmişəm, ancaq icazə verin bu-
nu bir daha, ancaq bu dəfə kollektiv qadın ağrısına isti-
nad edərək edim.
Aybaşı dövrü yaxınlaşarkən, ilkin gərginlik
əlamətləri, yəni kollektiv qadın ağrısının oyandığı vaxt,
xüsusilə ayıq-sayıq ol və bütün diqqətini mümkün
olduğu qədər bədəninin daxili məkanına keçir. İlk
təzahürlər ortaya çıxanda ağrı səni ələ keçirməmiş, sən
onu ələ keçirmək üçün üçün yetərincə diqqətli olma-
lısan. Məsələn, bunun ilk təzahürü güclü əsəb və ya qə-
zəb partlayışı ola, yaxud da sırf fiziki simptom kimi orta-
ya çıxa bilər. Hər nə olur-olsun, onu fikirlərinə və davra-
nışlarına hakim olana qədər ələ keçir. Bu o deməkdir ki,
diqqətinin şüasını sadəcə ona yönəlt. Əgər bu, emosiya-
dırsa, onun arxasındakı güclü enerji yükünü hiss et. Bil
ki, bu elə ağrıdır. Eyni zamanda idrak ol; necə deyərlər,
öz şüurlu mövcudluğunu dərk elə və onun gücünü hiss
et. Sənin şüurlu mövcudluğa gətirdiyin istənilən emosiya
tezliklə sakitləşəcək və çevrilmə edəcək. Əgər bu sırf fizi-
ki simptomdursa, ona ayırdığın diqqətinin emosiyaya
225
və ya fikrə çevrilməsinə əngəl olacaq. O zaman göz-qulaq
olmaqda davam et və ağrının əmələ gəlməsinin növbəti
əlamətini gözlə. Təzahür peyda olanda, onu əvvəlki
qaydada ələ keçir.
Sonradan ağrı mürgülü vəziyyətindən tamamilə ayı-
landa, sən ola bilər ki, müəyyən müddət öz daxili məka-
nında çox güclü qarışıqlıq, dalğa hiss edəcəksən. Bu, bir
neçə gün davam da edə bilər. Onun hansı formanı alma-
sından asılı olmayaraq, mövcud olaraq qal. Bütün diq-
qətini ona ver. İçindəki bu coşqunluğu müşahidə et.
Onun orada olduğunu bil. Bu biliyi saxla və bu biliyin
özü ol. Unutma: ağrının idrakından istifadə etməsinə və
təfəkkürünü ələ keçirməsinə yol verməməlisən. Onu izlə.
Bu enerjini bilavasitə bədəninin daxilində hiss et. Artıq
bildiyin kimi, tam diqqət , tam qəbullanma deməkdir.
Transformasiya davamlı diqqətdən və qəbul etmək-
dən keçərək gəlir. Ocağa atılan da alovlanan odun parçası
kimi ağrıda parlaq bir şüura çevrilir. O zaman aybaşı
dövrü təkcə sevincli deyil, həm də sənin qadınlığının şü-
urlu ifadəsi olacaq. Yeni şüurunun doğmasına imkan ve-
rən, müqəddəs transformasiyanın ifadəsi. O zaman sənin
əsl təbiətinin işığı sənin qadın aspektindəki İlahə kimi
yox, həm də sənin kişi və qadın duallığından kənarda
olduğun İlahi Varlıq kimi üstün tərəfi içindən çıxmağa
başlayacaq.
226
Əgər kişi partnyorun kifayət qədər şüurludursa, o sə-
nə indicə təsvir etdiyim praktikada dərin mövcudluq
titrəyişini saxlamaq yoluyla kömək edə bilər; xüsusilə də,
bu dövrdə. Əgər sən ağrıyla şüursuz eyniləşməyə qayı-
danda (ilkin dövrlərdə bu hökmən baş verir) partnyorun
mövcud olaraq qalsa, tamamilə mümkündür ki, onun
mövcüdiyyət halına girmək üçün, yenidən birləşmək
imkanın olsun. Bu o deməkdir ki, ağrı səni müvəqqəti,
aybaşı dövründə, yaxud istənilən başqa vaxtda ələ keçir-
məyindən asılı olmayaraq partnyorun onu yanlış olaraq
səninlə qarışdırmayacaq. Hətta sənin ağrın onun üzərinə
hücuma keçsə də (bu isə tamamilə mümkündür), o bunu
“sən” hesab edərək reaksiya verməyəcək. Yəni nə ondan
üzünü döndərəcək, nə də müdafiə olunacaq. O, dərin
mövcudluq məkanını saxlayacaq. Transformasiya üçün
başqa heç nə tələb olunmur. Başqa vaxt o özünü öz təfək-
kürü ilə eyniləşdirəndə, lazım olsa, sən də onun üçün ey-
ni şeyi edə, onun diqqətini Bura və İndiyə cəlb etməklə,
şüurunu idrakından geri çəkməsinə kömək edə bilərsən.
Bu yolla sizin aranızda təmiz və ali titrəyişin daimi
enerji sahəsi yaranmağa başlayacaq. Nə illüziya, nə ağrı,
nə konflikt, sənin olmadığın heç bir şey, sevgi olmayan
heç bir şey onda varlığını davam etdirə bilməz. Bu sizin
münasibətlərinizin ilahi fövqəl insan hədəfinin reallaşma-
sıdır. Bu şüurun bir çoxlarını özünə çəkən burulğanıdır.
227
Özünlə Münasibətdən İmtina Et
Dostları ilə paylaş: |