Tam şüurlu olan adamın qarşılıqlı münasibətlərə yenə eh-
tiyacı olacaqmı? Kişi yenə qadına əvvəlki tək meyil edəcəkmi?
Qadın kişisiz özünü yenə natamam hiss edəcəkmi?
Aydınlanmış olub-olmamağından asılı olmayaraq,
sən ya kişisən, ya da qadın. Ona görə də, forma kimliyi
səviyyəsində tam deyilsən. Sən yalnız bütövün yarısısan.
Bu yarımçıqlıq nə qədər şüurlu olursan-ol, kişiylə qadının
qarşılıqlı meylində, əks enerji qütbünə çəkilmə formasın-
da hiss olunur. Ancaq mənəvi qovuşma halında olarkən
sən qarşılıqlı meyli haradasa öz həyatının səthində,
kənarlarında hiss edə bilərsən. Bu durumda sənə nə olur-
sa-olsun, o yalnız bu şəkildə hiss olunur. Bütün dünya
nəhəng və dərin okeanın səthindəki dalğa və ya ləpə kimi
qəbul olunur. Sən bu okeansan və təbii ki, bununla yanaşı
həm də ləpəsən, ancaq okeanla öz həqiqi eyniliyini dərk
edən ləpə. Ancaq okeanın sonsuzluğu və dərinliyi ilə mü-
qayisədə dalğalar və ləpələr dünyası o qədər də əhəmiy-
yətli deyil.
Ancaq bu o demək deyil ki, artıq başqa insanlarla və
ya partnyorunla dərin əlaqələrin yoxdur. Əslində
başqaları ilə yalnız Varlığı dərk edəndə dərindən bağlı
ola bilərsən. Varlıqdan çıxış edərək pərdə arxasındakı
formaları görə bilərsən. Varlıqda kişi və qadın eynidir.
228
Sənin forman hələ müəyyən ehtiyaclar tələb etməyə da-
vam edə bilər, amma Varlıqda bu yoxdur. O mükəmməl
və bütövdür. Əgər bu ehtiyaclar ödənilibsə, bu çox gözəl-
dir, ancaq onların qarşılanıb-qarşılanmaması, sənin dərin
daxili durumun üçün heç nəyi dəyişmir. Ona görə də,
aydınlanmış insan üçün, kişi və ya qadın qütblərindəki
ehtiyaclar ödənməsə də daxilən bütöv, reallaşmış və sakit
olmaq, mümükündür; yəni kişi və ya qadının həyatında
yarımçıqlığın və ya çatışmazlığın olması önəmli deyil.
Gey olmaq aydınlanma axtarışına kömək edir, mane olur,
yoxsa bunun da əhəmiyyəti yoxdur?
Yetkinlik yaşına çatanda hamı kimi “olmadığını”
dərk etməyinin ardınca gələn seksual orientasiyanın qey-
ri-müəyyənliyi səni cəmiyyətdə qəbul olunan düşüncə və
davranış standartlarından imtinaya vadar edə bilər. Bu
sənin şüur səviyyəni avtomatik olaraq digər miras alın-
mış obrazları sorğulamadan qəbul edən şüursuz əksəriy-
yətin üzərində yüksəldəcəkdir.
Bu mənada gey olmaq kömək edə bilər. Hər hansı
səbəbdən müəyyən mənada digərləri tərəfindən təcrid
olunmaq, ətrafdakılara qaynayıb-qarışmamaq həyatı çə-
tinləşdirib, mürəkkəbləşdirsə də, söhbət aydınlanmadan
gedirsə, bunun bəzi üstünlükləridə var. Bu səni, demək
olar ki, şüursuzluqdan zorla çıxarır.
229
Digər tərəfdən, əgər homoseksuallığına əsaslanan
şəxsiyyət duyğusu inkişaf etdirirsənsə, bir tələdən çıxıb, o
birinə düşürsən. Bu durumda homoseksual kimi mövcud
olan zehni imicin diktəsi ilə hərəkət edəcəksən. Beləliklə
şüursuz olacaqsan. Saxta olacaqsan. Öz eqonun maskası
altında çox bədbəxt olacaqsan. Əgər belə olacaqsa, gey
olmaq böyük maneədir. Ancaq, şübhəsiz sənin daim
başqa şansın da var. Böyük bədbəxtlik oynama üçün
motivasiya ola bilər.
Məgər başqa biri ilə mükəmməl əlaqələr qurmazdan qabaq
insanın öz-özüylə əlaqə yaratması, özünü sevməsi doğru deyil-
mi?
Əgər təklikdə, öz-özünlə olanda rahat deyilsənsə, na-
rahatlığını ört-basdır etmək üçün yeni münasibətlər axta-
racaqsan. Ancaq əmin ola bilərsən ki, tapacağın bu müna-
sibətlər çərçivəsində həmin narahatlıq özünü yenidən
ayrı cür göstərəcək və buna görə məsuliyyəti müna-
sibətdə olduğun partnyorunun üzərinə atacaqsan.
Sənin real olaraq edə biləcəyin yeganə şey içinə düş-
düyün anı bütövlükdə və tam olaraq qəbul etməyindir.
Bundan sonra sən burada və indi, həm də öz-özünlə ra-
hat olacaqsan.
Lakin öz-özünlə münasibət ümumiyyətlə sənə lazım-
dırmı? Niyə sadəcə özün olmursan? Öz-özünlə münasi-
230
bətin olanda, özünü ikiyə bölürsən: “Mən” və “özüm”
subyekt və obyektdir. Bu idrakın yaratdığı duallıqdır və
sənin həyatındakı bütün lüzumsuz dolaşıqlıqların, bütün
problemlərin və konfliktlərin əsas səbəbidir. Aydınlanma
halında sən özünsən, yəni “sən” və “özün” bütövləşir.
Sən özünü mühakimə etmir, özünə yazığın gəlmir, özün-
lə fəxr etmir, özünü sevmir, özünə nifrət etmirsən və s.
Şüurun səbəb olduğu özünə qapanan və özünü düşünən
ikiləşmə yox olur və əzablar bitir.
Artıq qoruyacağın, müdafiə edəcəyin və qida-
landıracağın “özün” yoxdur. Əgər aydınlanmısansa, bu
əlaqələrdən biri artıq səndə yoxdur: yəni sənin öz-özünlə
münasibətin yoxdur. Bir dəfə bunu etməklə, bütün müna-
sibətlərini sevgi münasibətləri edəcəksən.
231
IX
fəsil
Dostları ilə paylaş: |