Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   62   63   64   65   66   67   68   69   ...   78
İndiki Anın Gücü

Məgər neqativ emosiyada mühüm mesaj ola bilməz? Məsə- 
lən, mən tez-tez depresiyada oluram, bəlkə, bu mənim həyatım- 
da  nəyinsə  qaydasında  olmadığının  əlamətidir.  Bu  məni  həyat 
şəraitimə diqqət yetirməyə və onda nəyisə dəyişməyə vadar edə 
bilər.  Yəni  mənə  bu  emosiyanı  neqativ  qiymətləndirib,  kənara 
atmaq, nəyi xəbər verdiyinə qulaq asmaq lazımdır. 
 
Bəli, mütəmadi təkrarlanan emosiyalarda bəzən həqi- 
qətən hər hansı mesaj və xəstəliklər də olur. Lakin həyata 
keçirəcəyin  istənilən  dəyişiklik,  sənin  işinə,  münasibətlə- 
rinə,  yaxud  ətrafına  aid  olmasından  asılı  olmayaraq,  nə 
qədər  ki  şüur  səviyyəndəki  dəyişikliklərdən  qaynaqlan- 
mayacaq, nəticə etibarilə aldadıcı olacaq. Söhbət şüurdakı 
dəyişiklikdən  gedəndə  isə  bu  o  deməkdir  ki,  sənin  möv- 
cudluğun  artır.  Mövcudluğun  müəyyən  səviyyəsinə  ça- 
tanda,  neqativliyin  sənə  yaranmış  həyat  şəraitində  nə  et- 
məli  olduğunu  xatırlatmasına  ehtiyacın  qalmayacaq.  An- 
caq  neqativlik  varsa,  ondan  istifadəet.  Ondan  daha  çox 
mövcud  olmağa  olduğunu  xatırladan  özünəməxsus  işarə 
kimi istifadə et. 
 
Neqativliyin yaranmasının qarşısını necə alaq və əgər artıq 
varsa, ondan necə can qurtaraq? 
 
Artıq  dediyim  kimi,  sən  onun  qarşısını  yalnız  tam 
mövcud olmaqla ala bilərsən. Ancaq bu səni ruhdan sal- 
masın. Bütün planetdə mövcudluq halında daimi qala 


250 
 
bilən cəmi bir neçə adam var, ancaq buna yaxın olanlar 
da yox deyil. İnanıram ki, belələri tezliklə çoxalacaq. 
Daxilində  nə  zaman  hər  hansı  formada  bir  mənfilik 
olduğunu  hiss  etsən,  ona  uğursuzluq  kimi  yox,  səni 
xəbərdar edən lazımlı siqnal kimi bax: 
“Oyan. İdrakından çıx. Mövcud ol”. 
Oldos  Hakslinin  mənəvi  təlimlərlə  maraqlandığı  ahıl 
yaşlarında yazdığı “Ada” adlı bir romanı var. O, gəmi qə- 
zasına  uğrayıb,  uzaq  bir  adaya  düşən  insan  haqqındadır. 
Bu  adada  unikal  sivilizasiya  var.  Onun  dünyanın  qalan 
hissəsindən  fərqlənən  qeyri-adiliyi  odur  ki,  bu  adada  hə- 
qiqətən ağıllı insanlar yaşayırlar. Bu adamın diqqətini ilk 
cəlb  edən  ağaclarda  oturan  alabəzək  tutuquşuların  civil- 
tili səslərlə aşağıdakı sözləri tələffüz etmələri olur: 
– “Diqqət. Burada və İndi. Diqqət. Burada və İndi” 
Sonradan bilirik ki, ada sakinləri bu sözləri onlara ona 
görə öyrədiblər ki, quşlar insanlara daim mövcud qalmalı 
olduqlarını xatırlatsınlar. 
Beləliklə,  içində  xarici  amillərin  və  fikirlərin,  ya  da 
dərk  edilməsi  mümkün  olan  nəsə  qeyri-müəyyən  bir  şe- 
yin  təsiri  ilə  əmələ  gələn  neqativliyi  hiss  edən  kimi,  bu- 
nun sənə xəbərdarlıq olduğunu hesab et: 
“Diqqət. Burada və İndi. Oyan”. 
Hətta  zəif bir qıcıqlanma belə, çox əhəmiyyətlidir və 
diqqətli araşdırma tələb edir, bunu etməsəniz, izlənilmə- 


251 
 
yən  reaksiyaların  kumulyativ
10 
artımı  baş  verəcək.  Qıcıq- 
lanmanı hiss  edən kimi, daxilində  bu  enerji sahəsini istə- 
mədiyin  halda,  onu  ata  biləcəyini  və  ümumiyyətlə  onun 
heç  bir  məqsədə  xidmət  etmədiyini  anlayacaqsan.  Ancaq 
onu  atanda,  bütövlükdə  və  tamamilə  atdığına  əmin  ol. 
Əgər  ata  bilmirsənsə,  onda  sadəcə  olduğu  kimi  qəbul  et  
və diqqətini, əvvəl göstərdiyim kimi hissiyyatına yönəlt. 
Neqativ  reaksiyanı  aradan  qaldırmaq  üçün,  onu  kə- 
nara atmaqdan əlavə, onun xarici səbəbləri üçün açıq hala 
gələ bilərsən. Başlanğıc üçün sənə əhəmiyyətsiz, adi şey- 
lər  üzərində  məşq  etməyi  məsləhət  görürəm.  Tutaq  ki, 
otaqda sakitcə oturmusan. Birdən küçədən avtomobil siq- 
nalının  səsi  eşidilir.  Sənin  qıcıqlanmanın,  əsəbləşməyinin 
məqsədi nədən ibarətdir? Heç nədən. Bəs onu niyə yarat- 
dın?  Hə,  onu  sən  yox,  idrakın  yaratdı  və  onu  tamamilə 
avtomatik  olaraq  yaratdı.  Bəs  idrak  onu  niyə  yaratdı? 
Çünki o, şüuraltı olaraq inanır ki, guya sənin mənfilik  və 
narazılıq  kimi  hiss  etdiyin  müqaviməti,  bu  arzuolunmaz 
şəraiti  hansısa  şəkildə  aradan  qaldıracaq.  Bu,  şübhəsiz, 
doğru  deyil.  Bu  halda  idrakın  yaratdığı  müqavimət  yəni 
qıcıqlanma və ya qəzəb, onu aradan qaldırmaq istədiyi il- 
kin səbəbdən daha çox narahat edəcək. 
Bunların hamısını mənəvi təcrübəyə də çevirmək olar. 
Özünü açıq durumda, sanki möhkəm cismani bədəni ol- 
 
 
10 
Kumulyasiya 
– orqanizmdə dərman maddələrinin və ya zəhərlərin toplanması. 


252 
 
mayan  kimi  hiss  et.  Sonra  bu  səsə,  ya  da  səndə  neqativ 
reaksiya  yaradan  başqa  hər  hansı  bir  şeyə  səndən  gəlib 
keçmə  imkanı  ver.  Onda  o  daha  sənin  içindəki  möhkəm 
“divara”  dəyməyəcək.  Dediyim  kimi,  təcrübəyə  xırda 
şeylərdən  başla.  Maşın  siqnalı,  adi  it  hürüşü,  uşaq  ağla- 
ması,  avtomobil  tıxacı.  Kənardan  gələn  ağır  “lüzumsuz” 
zərbələri  qəbul  edən  daxili  müqavimət  divarını  aradan 
qaldır  və  bütün  bunların  səndən  ötüb  keçməsinə  imkan 
ver. 
Tutaq  ki,  kimsə  səni  incitmək  üçün  kobud,  təhqira- 
miz  şeylər  söyləyir.  Ona  şüursuz  reaksiya  vermək,  hü- 
cum  etmək,  müdafiə  olunmaq  əvəzinə,  bu  təhqirin  sən- 
dən  ötüb  keçməsinə  imkan  verirsən.  Müqavimət  göstər- 
mə.  Sanki  daxilində  incidiləcək  biri  yoxdur.  Bu  elə 
bağışlamadır.  Beləcə,  sən  incidilməz  olursan.  Sən  o  ada- 
ma  sakitcə  davranışının  yanlış  olduğunu  söyləyə  bilər- 
sən.  Şübhəsiz,  əgər  bunu  istəyirsənsə.  Onda  həmin  adam 
artıq  sənin  daxili  durumunu  idarə  edə  bilməyəcək.  Sən 
özünü  idarə  edəcək,  başqasının  təsirinə    düşməyəcəksən 
və  idrakın  bir  daha  səni  ələ  ala  bilməyəcək.  Bunun  av- 
tomobil  siqnalı,  kobud  adam,  sel,  zəlzələ,  yaxud  bütün 
var-dövlətinin əlindən çıxmasının olması vacib deyil; mü- 
qavimət mexanizmi həmişə eyni olacaq. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin