Yəni şəfqət budur?
Bəli. Şəfqət özünlə digər bütün varlıqlar arasında də-
rin rabitənin dərk olunmasıdır. Lakin şəfqətin, yəni şəfqət
bağının iki tərəfi var. Bir halda ki sən burada bir tərəfdən
fiziki bədənsən, deməli, öz fiziki formanın zəifliyini və
ötəriliyini başqaları ilə, hər bir canlı varlıqla bölüşürsən.
Növbəti dəfə “mənim bu adamla ortaq heç nəyim
yoxdur” deyəndə, yadına sal ki, onunla aranda ortaq şey-
lər çoxdur. Bir neçə ildən, iki ildən, yaxud yetmiş ildən
sonra olmasından asılı olmayaraq, hər ikiniz çürüyən me-
yit, ondan sonra bir ovuc kül, daha sonra isə heç nə ola-
caqsınız. Bunu dərk etmək insanı o qədər ayıldır və sakit-
ləşdirir ki, qürur üçün heç bir yer qoymur. Məgər bu ne-
qativ fikirdir? Yox, bu faktdır. Buna niyə gözlərini yu-
mursan? Bu mənada səninlə istənilən digər varlıq arasın-
da tam bərabərlik var.
Ən güclü mənəvi təcrübələrdən biri səninki də daxil
olmaqla fiziki formaların faniliyi ilə bağlı dərin meditasi-
yadır. O “ölmədən əvvəl ölmək” adlanır. Onun dərinliyi-
nə get. Sənin bədənin əriyir və yox olur. Sonra idrakın
yaratdığı bütün forma və fikirlərin öldüyü məqam yetişir.
Ancaq sən hələ oradasan. Buna sənin İlahi mövcudluğun
257
deyilir. İşıqlı, parlaq, tam ayılma. Real olan heç bir şey
heç vaxt ölməyib, ölənlər ancaq adlar, bədənlər, formalar
və illüziyalardır.
&
Öz həqiqi təbiətinin ölümsüzlüyünün dərk olunması
şəfqətin digər tərəfidir. Sən dərin hissi planda təkcə öz
ölümsüzlüyünü deyil, istənilən digər varlığın ölümsüzlü-
yünü də dərk edirsən. Sən formalar müstəvisində mövcu-
diyyətin faniliyi və təsadüfiliyi fikrini bölüşürsən. Varlıq
müstəvisində isə əbədi, parlaq həyatı bölüşürsən. Bu, şəf-
qətin iki tərəfidir. Bir-birinə zidd kimi görünən kədər və
sevinc hissləri şəfqətdə qovuşaraq dərin daxili dincliyə
çevrilirlər. Bu, Tanrının dincliyidir. O, insan məxluqunun
hiss etməyə qadir olduğu ən gözəl və möhtəşəm duyğu-
lardan biri olmaqla yanaşı, həm də şəfaverici və dəyişdi-
rici gücə malikdir. Ancaq haqqında bəhs etdiyim həqiqi
şəfqətə çox az rast gəlinir. Başqa bir varlığın əzabını hiss
etmək üçün güclü şüur dərəcəsinə malik olmalısan, lakin
bu şəfqətin yalnız bir tərəfidir. Bu, tam şəfqət deyil. Hə-
qiqi şəfqət duyğuları, anlayaraq bölüşəbilmə qabiliyyəti-
nin hüdudlarını aşır. Nə qədər ki bu şəfqət kədər sevinci
ilə, Varlığın formadan kənar sevinci ilə, əbədi həyatın
sevinci ilə birləşə bilməyəcək, o reallaşmayacaq.
258
F
ərqli Reallıq Nizamına Doğru
Mən bədənin ölməli olduğuna inanmıram. Bizim fiziki
ölümə qalib gələ biləcəyimizə inanıram. Bədən biz ölümə inan-
dığımız üçün ölür.
Bədən sən ölümə inandığın üçün ölmür. Bədən sən
ölümə inandığın üçün var və ya var kimi görünür. Bədən
və ölüm eqoist şüurun doğurduğu eyni illüziyanın bir
hissəsidir, o bu çərçivədə fəaliyyət göstərdiyindən, həya-
tın mənbəyini dərk etmək qabiliyyətindən məhrumdur,
ona görə də, özünü əlahiddə bir şey kimi daimi təhlükə
altında görür. Beləcə, o sənin daimi təhlükə altında olan
bərk fiziki hərəkət vasitəsi olmağın haqda illüziya yara-
dır.
Özünü doğulan və bir qədər sonra ölən bədən kimi
qəbul etmək illüziyadır. Bədən və ölüm tək və bütöv illü-
ziyadır. Biri olmadan o biri də ola bilməz. Sən illüziyanın
bir hissəsini özündə saxlayıb, o birindən xilas olmaq istə-
yirsən. Ancaq bu mümkün deyil. Sən ya bunun hamısına
malik olmalısan, ya da hamısından imtina etməlisən.
Lakin öz bədənindən qaça bilməzsən, bunu etmə- yinə
də ehtiyac yoxdur. Bədənini həqiqi təbiətin kimi qə- bul
etməyin son dərəcə yanlışdır. Ancaq nə qədər ki bə- dən
həqiqi təbiətinə giriş üçün yeganə nöqtədir, bu
259
təbiət də həmin illüziyadan kənarda yox, onun içərisində-
dir.
Əgər sən bir mələk görüb, onu yanlış olaraq daş hey-
kəl hesab eləmisənsə, etməli olduğun yeganə şey nəzərlə-
rini yenidən kökləyib, başqa bir şeyə yox, həmin “daş
heykələ” daha diqqətlə baxmaqdır. Onda görəcəksən ki,
orda daş heykəl olmayıb.
Dostları ilə paylaş: |