277
stereotiplərini dağıdan mövcudluq məhz budur. Onlar
hələ bir müddət fəal qala bilərlər, ancaq sənin həyatını ar-
tıq idarə edə bilməzlər. Adətən buna müqavimət göstərən
xarici amillər də dəyişmə tendensiyasına malikdirlər və
ya təslimiyyət yoluyla tez aradan qalxırlar. Təslim olmaq
həm situasiyanın dəyişməsi, həm insanların transformasi-
yası üçün çox güclü vasitədir. Əgər şərait dərhal dəyiş-
mirsə, indiki anı qəbul etmək sənə onun fövqünə qalxma-
ğa imkan verir. Istənilən halda sən azad olursan.
Şəxsi
Münasibətlərdə Təslim Olmaq
Yaxşı bəs məndən istifadə etmək, məni aldatmaq və ya ida-
rə etmək istəyən insanlarada təslim olmalıyam?
Onlar Varlıqdan qopduqları üçün, şüursuz şəkildə
səndən enerji almaq istəyirlər. Burası həqiqətdir ki, baş-
qalarından istifadə etməyə, yaxud başqalarını aldatmağa
yalnız şüursuz adamlar cəhd göstərirlər, ancaq o da doğ-
rudur ki, yalnız şüursuz insan istifadə oluna və ya alda-
dıla bilər. Əgər başqalarının şüursuz davranışına müqa-
vimət göstərir, yaxud ona qarşı mübarizə aparırsansa,
özün də şüursuzlaşırsan. Lakin təslim olmaq heç də baş-
qalarına səndən istifadə etməyə imkan vermək anlamına
gəlmir. Qətiyyən belə deyil. Bir adama qəti və aydın şə-
kildə “yox” deyərək, yaranmış vəziyyətdən çıxmaq, eyni
278
zamanda, daxili müqavimətsizlik halında olmaq tama-
milə mümkündür. Hər hansı insana, ya da situasiyaya
yox deyəndə, bu cavab sadəcə əlehinə çıxmaq niyyəti ilə
yox, doğru və ya yanlış olan məqamın aydın dərkindən
qaynaqlanmalıdır. Qoy bu yüksək səviyyəli “yox”
neqativdən təmizlənmiş, beləliklədə hər hansı əzab və
iztirabı artırmayan “yox” olsun.
Dostları ilə paylaş: