10
yil, hər bir formanın daxilində də mövcuddur. Bu o
deməkdir ki, o elə sənin üçün öz mənliyin, əsl xasiyyətin
qədər əlçatandır. Ancaq onu ağlınla dərk etməyə çalışma.
Onu anlamağa cəhd etmə. Sən onu yalnız ağlın sakitlə-
şəndə dərk edə bilərsən. Sən mövcudluq durumunda
olanda, diqqətin tam olaraq cəmlənəndə və yüksək sə-
viyyədə günümüzün anına fokuslanan zaman Varlığı
hiss edə bilər amma onu zehni olaraq dərk edə bilməz-
sən. Varlığın dərkinə qayıdış, “hiss-dərk” durumunda ol-
maq elə aydınlanma deməkdir.
“İndiki Anın Gücü” kitabını birnəfəsə oxumaq müm-
kün deyil, onu gərək arabir kənara qoyub, düşünəsən,
oxuduqların həyat təcrübənlə tutuşdurasan. Bu kitab mü-
kəmməl bələdçidir, meditasiya və realizasiya üzrə tam
kursdur. Dönə-dönə qayıtmalı olduğumuz bu kitabı hər
dəfə əlimizə alanda yeni dərinliklərə dalacaq, onda yeni
mənalar tapacağıq. Bu kitabı, mən də daxil olmaqla bir
çox insanlar bütün ömürləri boyu oxuyacaqlar.
“İndiki Anın Gücü” kitabıyla maraqlanan oxucuların
sayı artır. Onu artıq şedevr adlandırırlar; ancaq hər necə
adlandırsalar da, haqqında nə yazsalar da, bu kitabın
həyatımızı dəyişmək, bizi kim olduğumuzu dərk etməyə
oyatmaq gücü var.
Dostları ilə paylaş: