Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   10   11   12   13   14   15   16   17   ...   78
İndiki Anın Gücü

Varlıq  sözünü  tələffüz  edərkən,  siz  Tanrı  haqqında  danı- 
şırsınız?  Əgər  belədirsə,  onda  niyə  Tanrı  sözündən  istifadə 
etmirsiniz? 
 
Min  illər  boyu  Tanrı  sözündən  düzgün  istifadə  olun- 
maması  nəticəsində  o  bütün  mənasını  itirib.  Mən  hərdən 
ondan  istifadə  edirəm,  ancaq  çox  nadir  hallarda.  Mən 
düzgün  istifadə  olunmaması  dedikdə  onu  nəzərdə  tutu- 
ram ki, bu müqəddəs səltənətə bircə dəfə də olsa ötəri to- 
xunmamış,  bu  sözün  dolu  olduğu  sonsuzluğu  hiss  etmə- 
yən insanlar ondan elə əminliklə bəhs edirlər ki, sanki nə 
dediklərini  bilirlər.  Ya  da  buna  qarşı  çıxırlar,  kaş  ki  nəyi 
inkar  etdiklərin  biləydilər.  Bu  cür  sui-istifadə  absurd  eti- 
qadların,  müddəaların,  mühakimələrin  və  eqoist  yanıl- 
maların çoxalmasına gətirib çıxarır. Məsələn, “Mənim 


26 
 
Tanrım və ya bizim Tanrımız ancaq bizimdir, əsl tək-yega- 
nə  Tanrı  odur,  sizin  Tanrınız  isə  həqiqi  deyil”,  yaxud  da 
Nitsşenin məşhur “Tanrı ölüb” kimi ifadəsi. 
Tanrı  sözü  məhdudiyyətləri  nəzərdə  tutan  anlayışa 
çevrilib. Elə ki onun adı gəlir, təsəvvürümüzdə dərhal ağ 
saqqalı rahibə bənzər bir zehni obraz yaranır. Lakin bu 
sadəcə səndən kənarda olan nəyinsə və ya kiminsə zehni 
təsəvvürdür və hökmən bu nəsə və ya kimsə kişi cinsinə 
aid biri kimi başa düşülür . 
Nə Tanrı, nə Varlıq, nə də heç bir başqa kəlmə bu sö- 
zün  arxasında  dayanan  ifadəolunmaz  və  təsvirəgəlməz 
reallığı müəyyənləşdirə bilməz. Ona görə də, yeganə mə- 
nalı  sual  belə  olacaq:  bu  söz  göstərdiyi  şeyi  təcrübədən 
keçirməyinizə kömək edir, yoxsa qarşısını alır? 
O  özünün  arxasındakı  üstün  bir  reallığımı  işarə  edir, 
yoxsa  yalnız  inandığınız  bir  fikrə,  zehni  bir  bütə  çevril- 
mənizə köməkçi olur? 
Varlıq  sözü  də,  Tanrı  sözü  kimi  heç  bir  şeyi  izah  et- 
mir.  Bununla  belə,  Varlıq  sözünün  müəyyən  üstünlüyü 
var, çünki daha açıq bir qavramdır. 
O,  sonsuz  və  görünməz  olanı  sonlu  bir  varlıq  kimi 
kiçiltmir.  Onun  zehni  obrazını  yaratmaq  qeyri-mümkün- 
dür. Heç kəs Varlığa tək başına sahib olduğunu iddia edə 
bilməz.  O  özü  sənin  mahiyyətindir,  öz  varolma  duyğun 
şəklində  istənilən  məqamda  sənin  üçün  əlçatandır,  özünü 
Mən varam kimi dərk etməyindir, özünü bu və ya digər 


27 
 
bir  şeylə  eyniləşdirənə  qədər.  Beləliklə,  bu  sadəcə  Varlıq 
sözündən Varlığın hiss edilməsinə doğru kiçik bir addım- 
dır. 
 

Bu reallığı hiss etməyə ən çox mane olan nədir? 
 
Ağlınızla  eyniləşmə,  beləki,  bu  düşüncələrinizin  qar- 
şısı alınmaz və qeyri-iradi hala gəlməsinə səbəb olur. 
Fikir  axınını  dayandıra  bilməmək  dəhşətli  bəladır, 
lakin  biz  onu  dərk  etmir  və  demək  olar  ki,  hamımız  
ondan əziyyət çəkirik. Amma bu normal sayılır. Bu aram- 
sız zehni gurultu Varlığın ayrılmaz hissəsi olan daxili sa- 
kitliyimizi  tapmağımıza  mane  olur.  Bundan  başqa,  bu 
gurultu qorxu və əzab kölgəsi yayan saxta zehin məhsulu 
olan bir mənlik yaradır. İrəlidə bu barədə daha ətraflı da- 
nışacağıq. 
Filosof Dekart məşhur “düşünürəmsə, varam” sözlə- 
rini deyərkən, əsas həqiqəti tapdığına inanırdı. 
Amma faktiki olaraq ən əsas səhvi edib: o düşünməyi 
Varlığa,  şəxsiyyəti  isə  düşünməyə  bərabər  tutmuşdu. 
Qeyri-iradi düşünüb ki, hər kəs aşkar bir ayrılıq halı için- 
də,  davamlı  problemlərdən  və  qarşıdurmalardan  ibarət 
qarışıq  bir  dünyada,  ağlın  davamlı  artan  parçalanmasını 
əks etdirən bir xülyada yaşayır 


28 
 
Aydınlanma  –  bütövlükdür,  varlığın  “tək-vahid”  du- 
rumudur,  deməli,  rahatlıq  durumudur.  O  həm  həyatın 
təzahür  etmiş  üzü  ilə,  dünya  ilə  bir  olmaq,  həm  də  ən 
dərin mənliyinizlə yəni təzahür etməmiş həyatla, Varlıqla 
bir olmaqdır. 
Aydınlanma – yalnız iztirabın, içinizdəki və ətrafınız- 
dakı  mübarizənin  bitməsi  deyil,  o  həm  də  davamlı  dü- 
şünməkdən  dəhşətli  asılılığın  sonudur.  Bu  təsvirəgəl- 
məz, ağlagəlməz bir azadlıqdır! 
Ağlınızla eyniləşmə bütün həqiqi münasibətlərin qar- 
şısını  kəsən  solğun  anlayışlar,  etiketlər,  obrazlar,  sözlər, 
mühakimələr və təsvirlər pərdəsi yaradır. 
O, səninlə sənin “mən”inin, səninlə sənin dostlarının 
və rəfiqələrinin arasına girir, səninlə təbiətin, səninlə Tan- 
rının  arasına  girir.  Yəni  ayrılıq  illüziyası,sənin  digər 
insanlardan  ayrı  olduğuna  dair  illüziyanı  bu  düşüncə 
pərdəsi  yaradır.  O  zaman  sən  əlahiddə  formaların  fiziki 
təzahürlərinin  əsasında  duran  təməl  faktı,  var  olan  hər 
şeylə  vəhdətdə  olmağınla  bağlı  faktı  unudursan. 
"Unudursan"  dedikdə,  mən  sənin  bu  birliyi  aşkar  bir 
reallıq olaraq hiss edə biməməyini nəzərdə tuturam. 
Sən onun həqiqət olduğuna inana bilərsən, ancaq hə- 
qiqət  olduğunu  bilmərsən.  Bir  inanc  rahatladıcı  ola  bilər. 
Lakin sən onu şəxsi təcrübəndən keçirməyinlə o azad edə 
bilmə gücünə malik ola bilər. 


29 
 
Düşünmək bir xəstəliyə çevrilib. Axı xəstəlik tarazlı- 
ğın pozulmasımdan əmələ gəlir. Məsələn, bədən hüceyrə- 
lərinin  bölünüb-çoxalmasında  anormal  heç  bir  şey  yox- 
dur,  ancaq  bu  proses  bütövlükdə  orqanizmlə  razılaşma- 
dan  davam  edirsə,  hüceyrələr  nəzarətsiz  çoxalırsa,  xəstə- 
lik yaranar. 
Qeyd:  İdrakdan  düzgün  istifadə  olunduqda  o,  mü- 
kəmməl və misilsiz bir vasitədir. Yanlış istifadə olunduq- 
da isə son dərəcə dağıdıcı olur. Daha dəqiq ifadə etsək, o 
sənin  yalnış  şəkildə  istifadə  etdiyin  yox,  ümumiyyətlə 
istifadə  etmədiyin  bir  şey  olur.O  səndən  istifadə  edir. 
Xəstəlik  də  budur.  Sən  öz  düşüncən  olduğuna  inanırsan. 
Bu isə yalnışdır. Beləliklə alət səni özünə tabe edib və səni 
idarə etməkdədir. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin