Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
İndiki Anın Gücü

Biz ağrılı bədənlə özümüzü eyniləşdirməyi dağıtmaq qabi- 
liyyətinə yiyələnəcək qədər dərrakəli olduqda, ağrıda nələr baş 
verir? 


59 
 
Ağrılı  bədən  şüursuzluqdan  yaranır,  şüurluluq  isə 
onu özünə, yəni şüurluluğa çevirir. Müqəddəs Pavel bu 
universal prinsipi çox gözəl ifadə edib: “İşığa çıxarılan 
hər şey görünür və işığa çıxarılan hər şey işıq halına çev- 
rilir”. 
Qaranlıqla  mübarizə  apara  bilmədiyin  kimi,  ağrılı 
bədənlədə  döyüşə  bilməzsən.  Bu  cür  səylər  daxili  müna- 
qişə  və  daha  çox  ağrı  yaradacaq.  İzləmək  tamamilə  kifa- 
yətdir. Onu izləmək, onu o anda olanın bir parçası olaraq 
qəbul etmək mənasına gəlir. 
Ağrı,  zehinlə  qeyri-təbii  eyniləşmə  prosesi  nəticəsin- 
də  sizin  ümumi  enerji  dairənizdən  ayrılıb  müvəqqəti  ola- 
raq  ayrıca  halda  olan  yaşam-enerjisindən  yaranır.  O  öz- 
özünə  qarşı  kəskin  şəkildə  çevrilərək,  öz  quyruğunu  ye- 
mək  istəyən  heyvan  kimi  anti-həyat  olur.  Necə  düşünür- 
sən,  niyə  bizim  sivilizasiya  həyatın  bütün  formalarına 
qarşı  münasibətdə  bu  qədər  dağıdıcı  olub?  Buna  baxma- 
yaraq  həyatı  məhv  edən  güclər  belə,  yenə  də  həyat  ener- 
jisi olaraq qalır. 
Sən  özünü  idrakınla  eyniləşdirməyi  dayandıranda  və 
müşahidəçiyə  çevriləndə,  ağrılı  bədən  hələ  bir  müddət 
aktivliyini  qoruyacaq  və  səni  ozüylə  eyniləşdirməyə  çalı- 
şacaq.  Sən  onunla  eyniləşərək  ona  enerji  verməməyinə 
baxmayaraq,  o  -  bir  müddət  fırlanan  təkər  kimi  qayıt- 
mağa  çalışacaq.  Mövcudluğunun  bu    mərhələsində    o 
sənin bədəninin müxtəlif hissələrində hələ fiziki ağrı 


60 
 
yarada bilər, ancaq bu ağrı davamlı olmayacaq. Odur ki, 
mövcud,  şüurlu  olaraq  qal.  Ayıq-sayıq  ol  və  öz  daxili 
məkanını qoru. Ağrılı bədəni izləmək və onun enerjisini 
birbaşa hiss etmək üçünsən kifayət qədər orada mövcud 
olmalısan. Onda o sənin təfəkkürünü idarə etməyi bacar- 
mayacaq. 
Elə  ki   
təfəkkürün  ağrının  enerji  sahəsinə 
köklənir,  bu  zaman  sən  onunla  yenidən  eyniləşir  və 
fikirlərini yenidən onunla qidalandırırsan. 
Məsələn,  əgər  hirs,  ağrılı  bədənin  üstün  enerjisidirsə 
və sən kiminsə haçansa sənə ziyan vurmasıyla bağlı kinli 
fikirlərə  qərq  olmusansa,  ya  da  o  şəxsin  hansısa  formada 
dərsini  vermək  istəyirsənsə,  o  zaman  şüursuz  hala 
gəlibsən  və  ağrılı  bədən  “sənə”  çevrilib.  Əgər  hirs  varsa, 
onun altında hər zaman ağrı var. Əgər sənə kədərli ovqat 
hakim  kəsilirsə  və  müxtəlif  neqativ  fikirlərə  dalmağa, 
həyatının  nə  qədər  miskin  və  əbəs  olduğunu  düşünməyə 
başlayırsansa,  onda  fikirlərin  ağrıyla  birləşir,  dərkedil- 
məz  olaraq,  ağrının  hücümlarına  məruz  qalırsan.  Mənim 
istifadə  etdiyim  “dərkedilməzlik”  sözü  burada  bəzi  zehni 
və  ya  emosional  eyniləşmələrə  uyğundur.  Bu  müşahidə- 
çinin tam olmaması deməkdir. 
Uzunmüddətli  şüurlu  diqqət  ağrılı  bədənlə  sənin  tə- 
fəkkür  prosesin  arasındakı  əlaqəni  qırır  və  transforma- 
siya  (bir  haldan  başqa  hala  keçmə)prosesini  həyata  keçi- 
rir. Bu ağrının şüurunuzun alovunun yanacağı halına gəl- 
məsi kimidir, o zaman o daha parlaq bir şəkildə yanır. 


61 
 
Qədim kimyagərlik sənətinin gizli mənası və təyinatı da 
elə budur: adi metalların qızıla, iztirabın şüurluluğa  dö- 
nüşdürülməsidir.  Beləliklə  şüurunun  laylara  ayrılması 
dayanır  və  o  bütövləşir,  yenidən  tam  olursan.  O  halda 
bundan  sonra  sənin  vəzifən  daha  çox  ağrı  yaratma- 
maqdır. 
İcazə  ver,  bu  prossesi  yekunlaşdırım.  Diqqətini  için- 
dəki  duyğularına  cəmlə.  Bil  ki,  bu  elə  ağrılı  bədəndir. 
Onun  varlığını  qəbul  et.  Onun  haqqında  düşünmə,  duy- 
ğularının  fikrə  çevrilməsinə  icazə  vermə.  Mühakimə  yü- 
rütmə  və  təhlil  etmə.  Öz  şəxsiyyətini  ondan  doğan  key- 
fiyyətlərlə  yaratma.  Müşahidəçi  olaraq  qal  və  daxilində 
baş  verənləri  izləməyə  davam  et.  Yalnız  emosional  ağrı- 
nın  varlığından  yox,  həm  də  “müşahidə  edənin”  səssiz 
izləyicinin  fərqində  ol.  İndiki  Anın  gücü  də  budur,  sənin 
şüurlu  mövcudluğunun  gücü.  Və  sonra  nə  baş  verəcəyini 
gör. 
 

Bir  çox  qadınlarda  ağrılı  bədən  aybaşı  dövrü 
ərəfəsində  xüsusilə  fəallaşır.  Bir  azdan  bu  haqda  və  bu 
oyanmanın  səbəbləri  haqqında  danışacağam.  İndisə  icazə 
verin,  bunları  deyim:  əgər  daxilində  hiss  etdiyin    şeyin 
səni  əzməsinə  imkan  verməkdənsə,  onu  izləyə  bilirsənsə, 
səndə ən güclü mənəvi praktika ilə məşğul olmaq 


62 
 
imkanı yaranır və onda bütün keçmiş ağrıların transfor- 
masiyası mümkün olur. 
 
Eqonun Ağrılı Bədənlə 
Eynil
əşdirilməsi 
 
İndicə təsvir  etdiyim proses son dərəcə  güclü  olmaq- 
la  yanaşı,  həm  də  sadədir.  Bunu  görə  bunları  hətta  uşaq- 
lara  da  öyrətmək  olar  və  çox  güman  ki,  nə  vaxtsa  bu 
uşaqların  məktəbdə  öyrənəcəkləri  ilk  dərslərdən  olacaq. 
Elə ki bir dəfə əsas, baza prinsiplərini, yəni daxilində baş 
verən  proseslərdə  müşahidəçi  qismində  mövcud  olmaq 
prinsipini  öyrəndin,  bunu  öz  duyğularından    “anla- 
yacaq”,  eyni  zamanda,  ən  güclü  dəyişiklik  alətini  də 
sərəncamına aldığını anlayacaqsan. 
Bu  o  demək  deyil  ki,  ağrından  ayrılma  prosesində 
güclü daxili müqavimətə rast gəlməyəcəksən. Əgər həya- 
tının  böyük  bir  hissəsini  emosional  ağrınla  dərindən  ey- 
niləşdirərək  yaşamısansa  və  duyğularının  hamısı,  ya  da 
mühüm  bir  hissəsi  ona  qapanıb  qalıbsa,  belə  bir  müqavi- 
mət  ola  bilər.  Bu  eyniləşmə  sənin  ağrılı  bədənindən  bəd- 
bəxt  bir  mənlik  yaradıb  və  səndə  bu  idrak  qurğusunun 
həqiqi  sən  olduğuna  inanıbsan.  Bu  halda  kimliyinizi  itir- 
mək  qorxusu bu  eyniləşmənin qırılmasına qarşı güclü  bir 
dirənc yaradacaq. Başqa sözlə, sən naməlum tərəfə istiqa- 
mətlənib, vərdiş etdiyin o narazı “mən”i itirməyə risk 


63 
 
etməkdənsə, ağrı içində olmağa, yəni ağrılı bədən olmağa 
üstünlük verə bilərsən. 
Əgər  bütün  bunlar  sənə  uyğun  gəlirsə,  içindəki  mü- 
qaviməti  müşahidə  et.  Ağrına  bağlılığını  müşahidə  et.  
Son  dərəcə  diqqətli  ol.  Narahat  duruma  düşməyindən 
aldığın  o  qəribə  həzzi  müşahidə  et.  Onun  haqqında  da- 
nışmaq  və  ya  düşünməklə  bağlı  içindən  gələn  məcbu- 
redici hissi müşahidə et. Elə ki bu müqaviməti dərk etdin, 
o  dərhal  yoxa  çıxacaq.  Bundan  sonra  bütün  diqqətini  ağ- 
rılı  bədəninə  keçirə,  mövcud  şahid  olaraq  qala  bilər  və 
beləliklə,  onun  bir  haldan  başqa  hala  keçməyinin  başlan- 
ğıcını qoya bilərsən. 
Bunu  ancaq  sən  edə  bilərsən.  Heç  kəs  bunu  sənin 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin