Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
İndiki Anın Gücü

ola bilərik? Axı onda can atmalı olduğumuz heç bir hədəf olma- 
yacaq.  Mən  hətta  kim  olduğumu  da  bilməzdim,  çünki  bu  gün 
məni  mən  edən  mənim  keçmişimdir.  Mənə  elə  gəlir  ki,  zaman 
çox qiymətli və əziz bir şeydir, biz ondan müdrikcəsinə istifadə 
etməyi öyrənməli, onu boş-boşuna sərf etməməliyik


73 
 
Zaman  qətiyyən  qiymətli  və  əziz  deyil,  çünki  zaman 
illüziyadır. Sənin qiymətli kimi qəbul etdiyin zaman yox, 
zaman xaricində olan yeganə nöqtədir – İndiki andır. Bax 
o,  həqiqətən  qiymətlidir.  Fikrini  nə  qədər  zamana,  keç- 
mişə  və  gələcəyə  cəmləşdirsən,  bir  o  qədər  İndiki  anı  əl- 
dən buraxacaqsan, bu isə var olan ən qiymətli şeydir. 
 
Niyə o ən qiymətlidir? 
 
Birincisi,  ona görə ki, yalnız o var. Və o var olan hər 
şeydir.  Sənin  bütün  həyatının  içində  olduğu  məkandır  və 
təkcə  bu  amil  sabit  kəmiyyət  olaraq  qalır.  Həyat  indidir. 
Sənin həyatının indiki anda axıb getmədiyi heç bir zaman 
olmayıb  və  olmayacaq.  İkincisi,  indiki  an  məhdudiyyət- 
ləri  aradan  qaldıran  və  səni  idrakın  hüdudlarından  kəna- 
ra  çıxaran  yeganə  nöqtədir.  O,  zamanın  xaricinə  çıxmaq 
üçün yeganə nöqtədir, sonsuz və formasız Varlıq aləminə 
tək giriş nöqtəsidir. 
 
İndiki Anın 
Xaricində Heç Nə Mövcud Deyil 
 
Keçmiş və gələcək indi qədər real deyilmi? Hər necə olsa 
da, keçmiş bizim indi kim olduğumuzu, necə qəbul edildiyimizi 
və  davrandığımızı  müəyyən  edir.  Bugünkü  fəaliyyətimizi  də 
gələcək hədəflərimiz müəyyənləşdirir. 


74 
 
Sən mənim dediklərimin mahiyyətini hələ anlamamı- 
san,  çünki  onu  idrakınla  başa  düşməyə  çalışırsan.  İdrak 
onu anlaya bilməz. Yalnız sən anlaya bilərsən. Lütfən, sa- 
dəcə dinlə. 
Haçansa indiki andan kənar nəsə etmiş, düşünmüş, 
yaxud duymusanmı? Buna nə vaxtsa qadir olacağına ina- 
nırsanmı?  İndiki  andan  kənar  nəsə  baş  verə  və  ya  ola 
bilərmi? Cavab aydındır, elə deyilmi? 
Keçmişdə heç nə olmayıb, hər şey İndiki anda baş ve- 
rib. Gələcəkdə heç nə baş verməyəcək, hər şey İndiki an- 
da olacaq. 
Sənin keçmiş olaraq gördüyün şey köhnə  İndiki anın 
zehində yığılmış xatirəsidir. Sən keçmişi xatırlayanda 
yaddaşındakı xatirəni canlandırırsan və bunu  indi edir- 
sən. Gələcək isə xəyal edilən İndiki andır, idrakın proyek- 
siyasıdır. Gələcək gələndə İndiki an kimi gəlir. Sən gələ- 
cək haqqında düşünəndə belə bunu indi edirsən. Eynilə 
ayın ayrıca bir işığa malik olmayıb, sadəcə  günəşin 
işığını əks etdirməsi kimi, keçmiş və gələcək də  yalnız 
indinin işığının, gücünün və reallığının  solğun əks 
olunmasıdır. 
Onların reallığı indiki andan 
götürülmüşdür. 
Mənim burada söylədiklərimin mahiyyətini  ağılla dərk 
etmək mümkün deyil. Onu qavradığınız anda idrak- dan 
Varlığa, zamandan anda var olmağa doğru şüur də- 


75 
 
yişikliyi baş verəcək. Birdən-birə hər şey sizə canlı görü- 
nər, hər şey enerji şüalandırar, Varlığı yayar. 
 
M
ənəvi  Harmoniyanın Açarı 
 
Həyata  təhlükə  olan  məqamlarda  şüurun  zamandan 
anda  mövcudluğa  doğru  hərəkəti  təbii  şəkildə  baş  verir. 
Keçmiş  və  gələcək  ani  olaraq  geri  çəkilir,  onların  yerini 
hədsiz  sakitlik  və  son  dərəcə  yüksək  ayıq-sayıqlıq  tutur.  
O  halda  necə  bir  reaksiyanın  göstərilməsi  lazımdırsa,  o 
şüur halından ortaya çıxır. 
Bəzi insanların alpinizm, avtomobil yarışları və digər 
bu  kimi  təhlükəli  əyləncələri  sevmələrinin  səbəbi,  özləri 
bilməsələr  də,  bütün  bunların  onları  məhz  İndiki  ana, 
zamandan,  problemlərdən,  düşüncələrdən  azad,  canlı, 
dolu  bir  duruma  itələməsidir.  Belə  hallarda  indiki  andan 
bircə saniyə belə uzaqlaşmaq ölümlə nəticələnə bilər. Tə- 
əssüflər  olsun  ki,  onlar  bu  anı  yaşamaq  üçün  bü  cür  fəa- 
liyyət  növləri  ilə  məğul  olmağa  möhtacdırlar.  Amma  bu- 
nun  üçün  sənin  dağların  zirvəsinə  qalxmağına  ehtiyac 
yoxdur. Sən bu hala elə indi də girə bilərsən. 
 

Qədim  zamanlardan  bütün  ənənələrin  mənəvi  ustad- 
ları İndiki anı mənəvi nizamın açarı kimi göstəriblər. Bu- 
na  baxmayaraq,  hər  şey  yenə  sirr  olaraq  qalır.  Onu  tam 
aydın şəkildə nə kilsələrdə, nə məbədlərdə öyrədiblər. 


76 
 
 
 
 
 
 
Kilsəni  ziyarət  edərkən  İncildən  bunların  oxunduğunu 
eşidirsən:  “Gələcəyi  düşünmə,  çünkü  sabahkı  gün  öz 
qayğısına özü qalacaq”, ya da “Hər hansı işə girişib, geri- 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin