Lakin gələcəyin indidən yaxşı olacağı hər zaman illüziya
deyil. İndi qorxu və narahatlaq yarada bilər ancaq gələcəkdə isə
hər şey yaxşı olar bilər; çox zaman elə belə də olur.
Adətən gələcək keçmişin kopyası olur. Bəzi ötəri və
səthi forma dəyişiklikləri ola bilər, lakin real dəyişikliklər
çox az olur və o insanın İndiki ana yol taparaq, keçmişi
86
aradan qaldıra biləcək qədər mövcud ola bilməsindən
asılıdır. Sənin gələcək kimi qəbul etdiyin şey şüurunun
indiki durmunun əsl hissəsidir. Əgər idrakın keçmişin
ağırlığı ilə yüklənibsə, sən bundan yalnız böyük bir ağır-
lıq hiss edəcəksən. Anda mövcud olmayanda keçmiş özü-
nü təsdiqləyib əbədiləşdirir. Gələcəyi sənin indiki andakı
şüurunun keyfiyyəti formalaşdırır və bu əlbəttə, yalnız
İndiki an kimi hiss oluna bilər.
Sən 10 milyon dollar uda bilərsən, ancaq bu sənin
daxilinə təsir etməyən zahiri bir dəyişikliklə nəticələnər.
Sən yenə də əvvəlki şablonlarla hərəkət edəcəksən, sadə-
cə daha rahat şəraitdə. İnsanlar artıq atomu hissələrə
ayırmağı öyrəniblər. Əgər əvvəllər insan dəyənəklə on və
ya iyirmi adam öldürə bilirdisə, indi bir düyməyə bas-
maqla milyonları məhv edir. Məgər bu real dəyişiklik-
dirmi?
Əgər sənin şüurunun indiki dərinliyini və keyfiyyə-
tini gələcək müəyyənləşdirirsə, onda şüurunun özünün
keyfiyyətini nə müəyyən edir? Bu sənin anda mövcudluq
dərəcəndir. Beləliklə, əsl dəyişikliyin baş verə biləcəyi,
keçmişin ortadan qalxa biləcəyi yeganə zaman İndiki
andır.
&
Bütün mövcud neqativlər psixoloji zamanın yadırğa-
nılmasından doğur və indiki anı inkar edir. Təhlükə duy-
87
ğusu, həyəcan, gərginlik, stress, narahalıq qorxunun növ-
ləridir və səbəb gələcəkdə həddən artıq çox olmaq, indidə
isə az mövcüd olmaqdır. Günahkarlıq hissi, qəzəb, nara-
zılıq, qüssə, ümidsizlik, bağışlamamağın istənilən forması
da keşmişin çox böyük olması, indinin azlığıyla bağlıdır.
İnsanların əksəriyyəti şüurun neqativlikdən tam azad
olmasının mümkünlüyünə inana bilmirlər. Lakin mənəvi
təlimlərin təlqin etdiyi azad durum məhz budur.
İztirablarının səbəbinin, problemlərinin varlığının za-
man olduğunu etiraf etmək sənə çox çətin ola bilər. Sən
onların həyatında yaranan, müəyyən şərtlər, yaxud ba-
xışlar kontekstində nəzərdən keçirilən xüsusi situasiya-
larla bağlı olduğuna əminsən və bu belədir. Ancaq nə qə-
dər ki idrakının keçmişə və gələcəyə bağlılığından, yəni
idrakının pozulmasına səbəb olan və İndiki anı inkar
edən əsas şeydən qurtulmamısan, problemlər həqiqətən
daim bir-birinin ardınca gələcək. Əgər bu gün sənin
bütün problemlərin, yaxud əzablarının və narahatlıqları-
nın görünən səbəbləri sirli şəkildə aradan qaldırılsaydı,
ancaq daha şüurlu olmasaydın, indiki anda daha çox
mövcud olmasaydın,
tezliklə yenidən özünü
hara
getməyindən asılı olmayaraq arxanca kölgə kimi sürü-
nən bir yığın problem içində görərdin. Nəticə etibarilə
hər şey gəlib bir məsələyə dirənir: zamanın qandalladığı
idrakın özünə.
88
Haçansa problemlərdən tam azad olacağım bir nöqtəyə ça-
tacağıma heç cür inana bilmirəm.
Haqlısan. Sən o nöqtəyə heç vaxt çata bilməyəcəksən,
ona görə ki, indinin özündə elə o nöqtədəsən.
Zaman daxilində heç bir qurtuluş yoxdur. Sən gələ-
cəkdə də azad ola bilməyəcəksən. Azadlığın açarı indidə-
dir, ona görə də, ancaq indi azad ola bilərsən.
Öz Həyat Şəraitinin Altındakı
H
əyatı Necə Axtarmalı?
Dostları ilə paylaş: |