Məndə sizin təsvir etdiyiniz kimi idrakdan və zamandan
qurtulma halları olub, ancaq keçmiş və gələcək o dərəcədə güclü
olublar ki, bu məni sarsıdıb və indiki anda uzun müddət qala
bilməmişəm.
Hər şeyin bir-birinə dolaşdığı və zamana bağlı şüur tərzi
insan psixikasının dərinliyinə işləyib. Ancaq bizim
burada məşğul olduğumuz şey həm planetimizin
kollektiv şüurunda, həm də ondan kənarda baş verən də-
rin transformasiyanın bir hissəsidir. Bu, şüurun maddi
forma və parçalanma xəyallarından oyanmasıdır. Zama-
nın aradan qalxmasıdır. Biz əsrlər boyu insanlara hökm-
ranlıq edən idrakın şablonlarını, stereotiplərini sındırırıq.
Bu şablonlar son dərəcə geniş yayılmış dəhşətli əzablar
gətiriblər. Mən “pislik” sözündən istifadə etmirəm. Bunu
şüursuzluq və ya dəlilik adlandırsaq daha doğru olar.
95
Bu, köhnə şüur tərzini pozur, yaxud daha doğrusu, şüur-
suzluğu dayandırır; bunu etməliyikmi, yoxsa hər necə olsa özü
keçib gedəcək? Mən belə bir dəyşikliyin labüd olub-olmadığını
nəzərdə tuturam.
Bu yanaşmadan asılıdır. Edilənlər və baş verənlər,
əslində eyni prosesdir; çünki sən öz şüurunun bütün son-
suzluğu ilə vəhdət halında olduğundan, birini digərindən
ayıra bilməzsən. Lakin insanların bunu etməyəcəyinə
mütləq təminat yoxdur. Proses nə labüd, nə də avto-
matikdir. Sənin əməkdaşlığın və mövcudluğun onun mü-
hüm bir hissəsini təşkil edir. Haradan baxırsan-bax, bu
şüurun təkamülündə nəhəng bir həmlə, eyni zamanda,
bütün insan nəslinin salamat qalması üçün yeganə şans-
dır.
Varlığın Sevinci
Özünü psixoloji zamanın mümkün təsiri altına düş-
mək təhlükəsindən qorumaq üçün sadə bir ölçüdən istifa-
də edə bilərsən. Özündən soruş: “İndi məşğul olduğum
şey məni sevindirir, rahatladır, yüngülləşdirirdmi?” Əgər
yox cavabı verirsənsə, deməli, zaman indiki anın qabağı-
nı kəsir, həyat ağır yükə, mübarizəyə çevrilir.
Əgər məşğul olduğun işdə nə sevinc, nə rahatlıq, nə
də yüngüllük yoxdursa, bu o demək deyil ki, gördüyün
işi mütləq dəyişməlisən. Onu necə gördüyünü dəyişmə-
96
yin yetərlidir. “Necə” həmişə “nə”dən önəmlidir. Əldə et-
mək istədiyiniz nəticədən çox, bunu necə etdiyinizə diq-
qət verin. Ən böyük diqqəti yaşanan anın təqdim etdiyi
şeyə verin. Bu həm də o demək olacaq ki, sən var olanı
qəbul edirsən, ona görə ki, diqqətini tam olaraq bir şeyə
yönəldə və eyni zamanda, ona müqavimət göstərə bil-
məzsən.
Elə ki indiki anı qiymətləndirir və ona hörmət etmə-
yə başlayırsan, bütün narahatlığın dağılır, mübarizə apar-
maq zərurəti yoxa çıxır, həyat sakit və fərəhlə axmağa
başlayır. Əgər indiki anı dərk edərək fəaliyyətdə olursan-
sa, elədiklərinin hamısında keyfiyyət, qayğı və sevgi hiss
edəcəksən, hətta ən sadə hərəkətlərində belə.
&
Odur ki, hərəkətinin nəticələrinə əhəmiyyət vermə,
sadəcə gördüyün işə diqqət et. Nəticələr öz-özünə ortaya
çıxacaq. Bu son dərəcə güclü mənəvi təcrübədir. Ən
qədim və gözəl mənəvi təlimlərdən olan Bhaqavat Gitada
öz əməyinin bəhrəsinə əhəmiyyət verməməyə Karma-
Yoqa deyilir. Onu “fəaliyyətə bağlılıq” yolu kimi xarakte-
rizə edirlər.
Onda yaxandan əl çəkməyən indiki andan uzaqlaş-
maq cəhdi yoxa çıxır və gördüyün bütün işlərə Varlığın
sevinci qarışır. Diqqətini indiki məqamda olana yönəltdi-
yin anda mövcudluq, sakitlik və dinclik hiss edirsən.
97
Sən artıq şəxsi məmnunluq və özünü daha tam realizə
etmək baxımından gələcəkdən asılı olmursan, öz xilasın
üçün daha onları axtarmırsan. Ona görə də, nəticəyə
bağlanmırsan. Uğursuzluq, müvəffəqiyyət, qələbə artıq
sənə hakim olmur, onların artıq sənin daxili Varlıq
durumunu dəyişməyə gücləri çatmır. Bu o deməkdir ki,
sən öz həyat şəraitinin altında həyat tapmısan.
Psixoloji zaman olmadıqda sənin mənlik hissin keç-
mişindən deyil, Varlıqdan doğur. Beləliklə, olduğundan
fərqli şəxsiyyət olmaq psixoloji ehtiyacı yoxa çıxır. Öz hə-
yat şəraitin səviyyəsində sən həqiqətən də varlı, ağıllı,
məlumatlı, uğurlu, müəyyən şeylərdən azad ola bilərsən,
lakin Varlığın daha dərin qatlarında sən artıq indinin
özündə mükəmməl və bütövsən.
Bütövlük halında ola-ola hər hansı kənar şeyləri istəyə,
onların ardınca düşə bilərik?
Əlbəttə. Ancaq səni gələcəkdə kiminsə xilas və ya
xoşbəxt edəcəyi ilə bağlı xəyali ümidlərin olmayacaq.
Sənin həyat şəraitinə gəldikdə isə, onda çata və ya nail
ola biləcəyin hədəflər ola bilər. Bu, formalar, qazanclar və
itkilər dünyasıdır. Bil ki, daha dərin qatda sən artıq
mükəmməlsən və elə ki buna nail oldun, etdiyin hər
şeydə şən və fərəhli enerji olacaq, onun gözlədiyi isə yal-
nız sənin onu azadlığa buraxmağındır. Psixoloji zaman-
98
dan azad olduqda, sən artıq qorxulu hərəkətlər, qəzəb,
narahatlıq, dilxorluq, yaxud kimsə olmaq ehtiyacı ilə mü-
şayiət olunan israrlı və inadlı məqsədlər güdməyəcəksən.
Daha heç vaxt eqo üçün şəxsiyyətini itirmək anlamına
gələn uğursuzluğa düçar olmaqdan qorxaraq, passiv və
fəaliyyətsiz qalmayacaqsan. Sənin dərin mənlik hissin
Varlıqdan qaynaqlananda, başqa biri olmağa ehtiyac
duymayanda, nə xoşbəxtliyin, nə də şəxsi mənlik duyğun
nəticədən asılı olmur və bu səni qorxudan azad edir. Sən
artıq daimiliyi onun olmadığı yerdə – formalar dünyasın-
da, qazanc və itki dünyasında, doğum və ölüm dünyasın-
da axtarmırsan. Artıq olduğun situasiyanın, şəraitin, ye-
rin, yaxud insanların səni xoşbəxt etməsini tələb etmir-
sən, onlar sənin ümidlərini doğrultmayanda, bundan
əzab çəkmirsən.
Hər şeyə hörmət edirsən, ancaq heç nəyə əhəmiyyət
vermirsən. Formalar doğulur və ölür, bununla belə sən
formanın arxasında dayanan əbədiliyi dərk edirsən. Hə-
qiqi olan bir şeyin hədələnə bilməyəcəyini bilirsən.
Bu sənin Varlıq halın olanda, necə ola bilər ki, məqsə-
dinə çatmayasan? Sən artıq ona çatmısan.
99
IV
fəsil
Dostları ilə paylaş: |