emovere sözündəndir, “pozmaq”, “rahatlıq verməmək”
deməkdir.
Sevgi, sevinc və rahatlıq Varlığın ən dərin hallarıdır,
daha dəqiq ifadə etsək, Varlıqla daxili vəhdətin üç tərkib
hissəsidir. Belə olduqları üçün əks tərəfləri yoxdur. Ona
görə ki, idrakın kənarıdan gəlirlər. Digər tərəfdən, emosi-
yalar dualist idrakın bir hissəsi olduqlarından, ziddiyyət
qanununa tabedirlər. Bu sadə dildə desək, sizin pis olma-
dan, yaxşıya sahib ola bilməyəcəyiniz mənasını verir.
Beləliklə, özünü idrakınla eyniləşdirdiyin halda, yalnış
bir şəkildə sevinc adlandırılan şey, çox vaxt, daim dəyi-
şən acı və həzz yerdəyişməsinin qısa sürən həzz hissəsi-
dir. Həzz həmişə səndən kənarda olan şeylərdən gəlir,
sevinc isə daxildən doğur. Bu gün səni sevindirən şey,
sabah ağrı verə, hətta tamamilə yoxa çıxa və yoxa çıxması
48
sənin üçün ağrılı ola bilər. Çox zaman sevgi adlandırılan
duyğu isə, əslində ancaq sənə həzz verən, ya da səni mü-
əyyən müddətə həyəcanlandıran bir şey ola bilər, amma
həqiqətdə o yoluxucu vərdişdir, yəni sənin əleyhinə çev-
rilə biləcək ehtiyac duyduğun durumdur. İlkin eyforiya
keçib getdikdə, bir çox “sevgi” münasibətləri güclü dəyi-
şikliyə məruz qalaraq, faktiki olaraq “məhəbbətdən” nif-
rətə, istəkdən yersiz öcəşməyə çevrilir.
Əsl məhəbbət heç vaxt özünə əzab vermir. Bu axı ne-
cə ola bilər? Sevgi heç vaxt qəfil nifrətə, əsl sevinc ağrıya
çevrilmir. Artıq qeyd etdiyim kimi, sən hətta aydınlana-
na, yəni özünü idrakından azad edənə qədər də əsl sevinc
işartılarını, əsl məhəbbəti, yaxud dərin daxili rahatlığı
görməyə başlaya bilərsən – səssiz, ancaq titrək, canlı
şəkildə. Bunlar həqiqi təbiətinin zehin tərəfindən
örtülüb saxlanan xüsuslarıdır. “Normal” münasibətlərdə,
nəsə daha həqiqi, əsl və ya zay olmamış şeyin mövcudluq
duyğusu meydana çıxa bilər. Ancaq bu yalnız ani parıltı-
lar ola bilər və idrakının müdaxiləsi nəticəsində tezliklə
yenidən yox olacaqdır. Onda sənə elə gələ bilər ki, qiy-
mətli nəyinsə olub və onu itirmisən, yaxud da idrakın
səni bütün bunların illüziya olduğuna inandıra bilər. Hə-
qiqət ondan ibarətdir ki, bu illüziya deyil və sən onu itirə
bilməzsən. Bu sənin təbii vəziyyətinin bir hissəsidir, idrak
onu pərdələyə bilər, ancaq məhv edə bilməz. Axı günəş
49
yoxa çıxa bilməz, hətta göy üzünü qara buludlar alsa da.
O öz yerindədir, qara buludların arxasında.
Budda, əzab və iztirabın arzulara görə yarandığını və əzab-
dan xilas olmaq üçün arzulardan xilas olmağımızın lazım oldu-
ğunu söyləyir.
Bütün arzular zehnin Varlığın sevinci əvəzinə, kənar
şeylərdə və gələcəkdə qurtuluş axtarmasının nəticəsidir.
Mən öz idrakım olduğum müddətcə, həm də arzularım,
təlabatlarım, ehtiraslarım, antipatiyalarıma bağlı oluram
və belə olduğu surətdə, bütün bunlardan ayrı “mən”
qətiyyən yoxam; bəlkə də, ancaq reallaşmamış potensial
imkan, cücərməmiş toxumlar istisna olunmaqla. Bu halda
mənim azad olmaq və ya aydınlanmaq arzum sadəcə bu-
na gələcəkdə nail olmağı arzulamaq olacaq. Odur ki,
arzulardan azad olmağa və ya aydınlanmağa “nail olma-
ğa” çalışma. İzləyici ol. İdrakını müşahidə edən ol. Bud-
dadan sitat gətirmək əvəzinə Budda ol, “ayıq” ol, budda
sözünün mənası da elə budur.
İnsanlar uzun zaman ağrıdan əziyyət çəkib, onun
məngənəsində sıxılıblar və Varlığın fərqindəliyini itirdik-
lərindən bəri, yəni minlərlə ildir ki, ağrının pəncəsində
olmuşlar. O məqamda onlar özlərini yad bir kainatda bir-
birindən qopmuş bir halda, mənasız parçalar kimi
anlamağa başlayıblar.
50
Ağrı sən özünü idrakınla eyniləşməyə davam edənə,
ya da başqa sözlə, mənəvi anlamda dərk olunmamış qal-
dıqca labüd olacaq. Mən burada daha çox mənəvi ağrı-
dan danışıram, çünki o həm fiziki ağrıların, həm də orqa-
nizmdəki xəstəliklərin başlıca səbəbidir. Qəzəb və hiddət,
nifrət, günahkarlıq duyğusu, kin, depressiya, qısqanclıq
və s hətta yüngül əsəb belə ağrının müəyyən formaları-
dır. İstənilən həzzin və ya emosional coşqunluğun tər-
kibində əvvəlcədən ağrı toxumu olur, yəni onlarda daim
özlərinə tamamilə zidd nəsə olur, onu müəyyənləşdirmək
və ayırmaq heç cür mümkün deyil və o hökmən tədricən
böyüyür.
Narkotika istifadə etmiş hər kəs duyulan yüksək həz-
zin nə vaxtsa itəcəyini, ağrıya çevriləcəyini bilir. Bir çox
insan eşitdiklərindən deyil, öz təcrübəsindən bilir ki,
intim münasibətlər asanlıqla və sürətlə həzz mənbəyi ol-
maqdan çıxıb, ağrı yaradan səbəbə çevrilə bilir. Mənfi və
müsbət ziddiyyətlər bir medalın iki üzüdür, onlar hər
ikisi arxalarında gizlənən (şüurun eqoist durmunun id-
rakla eyniləşdirilməsindən ayrı olmayan) ağrının tərkib
hissəsidir).
Sənin ağrının iki səviyyəsi var: özünə indi verdiyin
ağrı və keçmişdən gələn, idrakında və bədənində yaşa-
maqda davam edən ağrı. Necə edək ki, indi ağrı yaratma-
yaq, keçmişdən gələn ağrını necə əridək? İndi elə bu haq-
da danışmaq istəyirəm.
51
II
fəsil
Dostları ilə paylaş: |