Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi


Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix06.09.2017
ölçüsü1,16 Mb.
#29065
1   2   3   4   5

 

Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq 

müdafiəçilərinin həbsi    

Azərbaycan  hakimiyyətinin  müxalifəti  susdurmaq  və  etirazları  boğmaq  üçün  təzyiq  vasitəsi  kimi  həbs 

metodundan  istifadədə  böyük  təcrübəsi  vardır.  Son  illərdə  jurnalistlərin,  bloggerlərin  və  fəalların  peşə 

fəaliyyətləri ilə bağlı olaraq (məs, diffamasiya ittihamı əsasında) həbs olunması tendensiyası onların yeni 

ittihamlar  (xuliqanlıq,  odlu  silah  saxlama,  narkotik  vasitə  əldə  etmə  və  saxlama,  ədavəti  qızışdırma, 

terrorizmə  dəstək  vermə,  vergidən  yayınma,  hədə-qorxu  ilə  tələb  etmə,  kütləvi  iğtişaşa  çağırma,  və  s.) 

əsasında həbs olunması tendensiyası ilə əvəz olunmuşdur. 

 

2012-ci ilin sonunda Azərbaycanda ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbs 



olunmuş səkkiz jurnalist olmuşdur: 

 

1.



 

Nicat Əliyev, azadxeber.az saytının baş redaktoru 

2.

 



Vüqar Qonaqov, Xəyal TV müxbiri 

3.

 



Araz Quliyev, xeber44.com saytının baş redaktoru  

4.

 



Zaur Quliyev, Xəyal TV müxbiri 

5.

 



Fuad Hüseynov, müstəqil jurnalist 

6.

 



Hilal Məmmədov, “Tolışi Sədo” qəzetinin baş redaktoru 

7.

 



Fərəməz Novruzoğlu, müstəqil jurnalist 

8.

 



Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru 

 

Jurnalistlərə əlavə olaraq, 2012-ci ilin sonunda Kür Vətəndaş cəmiyyətinin fəalı hüquq müdafiəçisi İlham 



Əmiraslanov da ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbsdə qalmışdır. İlham 

Əmiraslanov yerli məmurları 2010-cu il Kür daşqınlarından əziyyət çəkən ailələr üçün nəzərdə tutulmuş 

pulların mənimsənilməsində ittiham etdikdən sonra odlu silah əldə etmə və saxlama ittihamları ilə həbs 

olunmuş və 2 il həbs cəzasına məhkum olunmuşdur. 

 

 

Jurnalistlərin cari tutulma və həbs halları (2012-ci il 31 dekabra qədər) 



 

“Azadxeber.az”  saytının  baş  redaktoru  Nicat  Əliyev  2012-ci  ilin  mayın  20-də  “Memar  Əcəmi”  metro 

stansiyası  yaxınlığında  yerləşən  "Killer"  kişi  geyimləri  mağazasının  qarşısında  saxlanılaraq  Yasamal 

rayonu  Polis  İdarəsinin  27-ci  Polis  Bölməsinə  aparılıb.  Daha  sonra  baş  redaktora  qarşı    Cinayət 

Məcəlləsinin  (CM)  234.1-ci  maddəsi  (qanunsuz  olaraq  narkotik  vasitələri,  psixotrop  maddələri  və  ya 

prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli 

sürülüb  və  barəsində  2  ay  müddətində    həbs  qətimkan  tədbiri  seçilib.  Hesab  olunur  ki,  N.Əliyev 

hökumətin  dini,  LGBT  hüquqları  və  digər  məsələlərlə  bağlı  siyasətini,  habelə  Avroviziya  Mahnı 

Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdikdən sonra həbs olunmuşdur. Əliyevin barəsində seçilmiş 

həbs qətimkan müddəti bir neçə dəfə uzadılmış, müstəntiq ona qarşı yeni ittihamların irəli sürüləcəyini 

bildirmişdi.  Lakin  bu  ittihamlar  ilin  sonuna  qədər  elan  olunmamış,  və  Əliyev  istintaqı  davam  etməklə 

Kürdəxanı təcridxanasında qalmışdır. Narkotik ittihamı ilə günahkar elan olunarsa Nicat Əliyev 3 il həbs 

cəzasına məhkum oluna bilər.  

Qubanın  Xəyal  TV  kanalının  icraçı  direktoru  və  baş  redaktoru,  Vüqar  Qonaqov  və  Zaur  Quliyev

martın 13-də həbs olunublar. Hər iki jurnalist martın 1-də Qubada baş vermiş kütləvi etiraz aksiyasının 

baş  verməsinə  və  icra  hakiminin  istefaya  göndərilməsinə  səbəb  olmuş  videonu  (keçmiş  icra  hakiminin 

Qubalıları təhqir etdiyi sujeti) YouTube video portalına yerləşdirməklə iğtişaşları qızışdırmaqda ittiham 

olunurlar.  Xatırladaq  ki,  baş  verən  hadisələrdən  sonra  icra  başçısı  Rauf  Həbibov  prezident  tərəfindən 

vəzifəsindən  uzaqlaşdırılmışdı.  Qonaqov  və  Quliyev  Cinayət  Məcəlləsinin  233-cü  (İctimai  qaydanın 

pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür  hərəkətlərdə  fəal  iştirak  etmə)  və  309-cu 

(Vəzifə  səlahiyyətlərini  aşma)  maddələri  ilə  ittiham  olunur.  İstintaqın  gedişində  jurnalistlərin  həbs 

qətimkan  müddəti  bir  neçə  dəfə  uzadılmış,  habelə  müstəntiq  V.Qonaqovu  öz  vəkili  Elçin  Sadıqovun 

xidmətlərindən  imtina  etməyə  məcbur  etmişdi.  Qonaqov  və  Quliyev  də  istintaqı  davam  etməklə 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

21 

Kürdəxanı  təcridxanasında  qalmaqdadırlar.  Məhkəmə  tərəfindən  günahkar  elan olunarlarsa, jurnalistləri 



10 il həbs cəzası gözləyir. 

 

 



 

Xeber44.com  saytının  redaktoru  Araz  Quliyev  Masallıda  keçirilmiş  beynəlxalq  folklor  festivalını 

pozmağa cəhd etməkdə, iki vətəndaşa və polisə xəsarət yetirməkdə  və avtomobilin şüşələrini qırmaqda 

ittiham  olunaraq  sentyabrın  8-də  həbs  olunmuşdur.  Jurnalistin  qardaşı  Azər  Quliyev  bu  iddiaları  rədd 

edərək qardaşının rayonda hicab qadağasına qarşı etirazları işıqlandırdığı üçün həbs olunduğunu bildirib. 

Azər həmçinin qardaşının həbsdə olarkən polis zorakılığına məruz qaldığını iddia edib. Dekabrın 11-də 

jurnalistə  qarşı  Cinayət  Məcəlləsinin  (CM)    228.1  (Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt 

hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 

(İctimai  qaydanın pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və  ya  bu  cür hərəkətlərdə fəal iştirak 

etmə),  283.1  (Milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin 

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının 

məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya 

kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla  törədildikdə),  315.2  (Hakimiyyət  nümayəndəsinə 

qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  barədə  təhqiredici  hərəkətlər)  maddələrində  nəzərdə  tutulan 

ittihamlar irəli sürülüb. İlin sonunda Araz Quliyev də istintaqı davam etməklə Kürdəxanı təcridxanasında 

qalıb



 



Müstəqil jurnalist Fuad Hüseynov Ucarda polis əməkdaşlarının qanunsuz əməllərini (narkotik və insan 

alveri) ifşa etdikdən sonra 2010-cu ilin oktyabrında xuliqanlıq ittihamları ilə həbs olunmuşdur. Hüseynov 

26 sentyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 6.5 il müddətinə azadlıqdan məhrum 

edildi. Hüseynovun əleyhinə ifadə verən “şahid”lərdən biri sonradan etiraf etdi ki, ifadəsini yerli mafia 

qrupunun  təzyiqi  altında  verib.  Hüseynov  bundan  əvvəl  də  Ucar  polisinin  rəisini  narkotik  cinayətində 

ittiham etdikdən sonra xuliqanlıq ittihamı ilə həbs olunaraq 3.5 il azadlıqdan məhrum edilmiş, və cəzanın 

2 ilini çəkmişdi. Hesabat hazırlanarkən Fuad Hüseynov cəza müddətini 12 saylı cəzaçəkmə müəssisəsində 

çəkməyə davam edib

.

 

 



 

"Talışi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini Hilal Məmmədov 21 

iyunda həbs olunmuş və növbəti gün Nizami Rayon  Məhkəməsinin qərarı ilə barəsində narkotik vasitə 

əldə etmə və saxlama və dövlətə xəyanət ittihamları ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Məmmədova 

qarşı sonradan milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salma ittihamı da irəli sürülüb.  

 

Jurnalist  İranın  gizli  xidmət  agentlikləri  ilə  əlbir  olaraq  Azərbaycanın  ərazi  bütövlüyünə  və 



təhlükəsizliyinə qarşı fəaliyyətdə günahlandırılıb. "Talışi sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli 

Məmmədov da 2008-ci ildə oxşar ittihamlarla həbs olunmuş və  2009-cu ildə həbsxanada vəfat etmişdi.  

 

Hilal  Məmmədovun  həbs  qətimkan  müddəti  bir  neçə  dəfə  uzadılmış  və  jurnalist  2012-ci  ili  Kürdəxanı 



istintaq təcridxanasında  başa  vurmuşdu.  Məhkəmə  jurnalisti  ona  qarşı  qaldırılmış ittihamlarla  günahkar 

hesab etsə, o, 12 ilə qədər həbs cəzası ala bilər.  

 

Müstəqil  jurnalist  Fərəməz  Novruzoğlu  avqustun  22-də  Cinayət  Məcəlləsinin  220.2-ci  (Kütləvi 



iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılıq  etməyə  çağırışlar  etmə  -  guya  F.Novruzoğlu  gənclərin 

2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində Facebook sosial şəbəkəsində 

Elçin  İlqaroğlu  təxəllüsü  ilə  xalqı  kütləvi  iğtişaşa  dəvət  edib,  özünü  isə  aksiya  zamanı  yandıracağını 

bildirib)  və  318.1-ci  (Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən  edilmiş 

sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin  nəzarət-buraxılış  məntəqələrindən  kənarda  keçmə  -  guya 

F.Novruzoğlu  2010-cu  ilin  noyabrından    2011-ci  ilin  oktyabr  ayına  qədər  qanunsuz  olaraq  Azərbaycan 

Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum 

edildi. Novruzoğlu ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, Azərbaycanın idxal-ixrac siyasəti ilə 

bağlı tənqidi məqalələr yazdığına görə həbs olunduğunu bildirib. 2012-ci ilin sonunda Novruzoğlu 1 saylı 

cəzaçəkmə müəssisəsində qalıb.   

 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

22 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hədə-qorxu ilə pul tələb etmə və məhkəmə qərarını yerinə 



yetirməmə  ittihamları  ilə  həbs  olunmuşdur.  Baş  redaktor  irəli  sürülmüş  ittihamlarla  10  ilə  qədər  həbs 

cəzasına  məhkum  oluna  bilər.  Hesabat  dərc  olunarkən,  28  oktyabr  2011-ci  ildə  həbs  olunmuş  Əvəz 

Zeynallının  həbsdə  saxlandığı  müddət  artıq  bir  ili  keçmişdir.  Jurnalistin  şəxsən  bildirdiyinə  görə 

həbsxanada ikən onun səhhətində problemlər yaranıb- o, bir neçə xəstəlikdən əziyyət çəkir.    

 

Ə.Zeynallıya  qarşı  cinayət  işi  o  vaxtkı  deputat  Gülər  Əhmədova  tərəfindən  edilmiş  şikayət  əsasında 



açılmışdı.  Əhmədova  şikayətində  Zeynallının  onu  şantaj  edərək  pul  tələb  etdiyinin  iddia  edirdi. 

Ə.Zeynallının  həbs  olunduğundan  bir  ilə  yaxın  vaxt  keçdikdən  sonra  isə  YouTube  video  portalında 

yayılmış  iki  qalmaqallı  video  G.Əhmədovanın  deputat  yerinə  görə  rüşvət  “bazarlığı”

7

  etdiyini  açıb 



göstərdi.  Əhmədova artıq ilk video yayılandan sonra deputat mandatından istefa verdi. Onun bu cür ifşa 

olmasından  sonra  yerli  hüquq  müdafiəçiləri  və  fəallar  onun  tərəfindən  Zeynallıya  qarşı  qaldırılmış 

ittihamların ləğv olunması tələbini irəli sürdülər. 

 

Digər həbslər 



 

2012-ci  ildə  bir  çox  digər  jurnalistlər,  bloqçular  və  hüquq  müdafiəçiləri  də  ifadə  azadlığı  hüququndan 

istifadə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına salınmış, şərti həbs cəzasına məhkum edilmiş və ya 

onlara qarşı cinayət işi açılmışdı.  

İyunun  12-də  İranın  “Səhər”  telekanalının  Azərbaycandakı  müxbiri  Anar  Bayramlı  Binəqədi  rayon 

məhkəməsinin qərarı ilə  2 il müddətinə azadlıqdan məhrum  olunub.  Bayramlı fevralın 17-də Binəqədi 

rayon  4-cü  polis  bölməsinin  əməkdaşları  tərəfindən  saxlanılıb  və  onun  üzərindən  0,  0387  qram  heroin 

tapıldığı  bildirilib.  Jurnalistə  qarşı  Cinayət  Məcəlləsinin  (CM)  234.1-ci  maddəsi  (qanunsuz  olaraq 

narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, 

daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Bayramlı dekabrın 26-da prezidentin əfv fərmanı 

ilə azad olunan 86 məhbusdan biri olub. 

2011-ci ilin avqustunda həbs olunan “İslamazeri.az” saytının baş  redaktoru  Ramin Bayramov 2012-ci 

ilin martında Xırdalan şəhər Məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına 

məhkum edilib. Ramin Bayramov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq 

narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə  etmə və ya 

saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu 

ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, 

başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib. Jurnalist avqustun 

17-də şərti olaraq azadlığa buraxılıb.  

 

“Kür”  vətəndaş  cəmiyyəti  qərargahının  koordinatoru  və  “Şəffaflıq”  jurnalının  baş  redaktoru  Oqtay 



Gülalıyev aprelin  8-də  Sabirabad  rayonunun  Minbaşı  kəndində  daşqınlarla  bağlı  monitorinq  apararkən 

həbs  olunaraq  barəsində  əvvəlcə  12  sutka  inzibati  həbs  tədbiri  seçilib.  Aprelin  17-də  jurnalist  vəkilinə 

polis  əməkdaşları  və  Sabirabad  Rayon  Polis  Bölməsinin  rəis  müavini  Rauf  Məcidov  tərəfindən 

döyüldüyünü  bildirib.  Aprelin  19-da  Sabirabad  Rayon  Prokurorluğu  O.Gülalıyev  barəsində  Cinayət 

Məcəlləsinin  220.2-ci  maddəsi ilə  (  hökumət  nümayəndəsinin tələblərinə  fəal şəkildə  tabe  olmamaq  və 

kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılığa  çağırışlar  etmə)  cinayət  işi  açıb  və  Sabirabad 

Rayon  Məhkəməsi  onun  barəsində  2  ay  müddətinə  həbs  qətimkan  tədbiri  seçib.  Lakin  Gülalıyevin 

həbsinin əsas səbəbinin 2010-cu il Kür daşqınları ilə əlaqədar yerli hakimiyyət orqanlarını tənqid etməsi 

hesab  olunur.  İyunun  13-də  hakim  Firdovsi  Əliyevin  sədrliyi  ilə  Sabirabad  Rayon  Məhkəməsi  Oqtay 

Gülalıyevin  şərti  azadlığa  buraxılması  haqqında  qərar  qəbul  edib.  Lakin  hüquq  müdafiəçisinə  qarşı 

açılmış  cinayət  işinə  hələ  də  xitam  verilməyib  və  məhkəmə  tərəfindən  günahkar  hesab  olunarsa, 

Gülalıyev 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər.   

 

Blogger  və  internet  fəalı  Zaur  Qurbanlı  29  sentyabr  2012-ci  ildə  həbs  olunmuş  və  2  sutka  təcrid 



olunmuş  vəziyyətdə  saxlanmışdı.  Hakim  dairələr  yalnız  1  oktyabr  2012-ci  ildə  Qurbanlının  narkotik 

alveri faktını araşdıran polisə müqavimət göstərməsinə görə saxlandığını və 15 gün inzibati həbs cəzasına 

                                                 

7

 



http://bit.ly/10UBSmo

 

 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

23 

məhkum olunduğunu bildirən məlumat yaymışdır. Qurbanlının həbsi “Demokratiya naminə Oxu” (Sing 



for  Democracy)  kampaniyasında  və  NİDA  vətəndaş  hərəkatında  fəal  iştirakı  ilə,  həmçinin  üzərində 

prezidentin şəklini xatırladan şəkil və "Mən 2013-də gedərəm..." (2013-cü il prezident seçkilərinə işarə 

edir) yazısı olan broşürləri yayması ilə bağlı ola bilər. Qurbanlı 15 günlük həbs müddəti başa çatdıqdan 

sonra azadlığa buraxılmışdı.  

 

2011-ci ilin yanvarında bloqçu və gənc fəal Bəxtiyar Hacıyev barəsində cinayət işi açılıb. Elə həmin vaxt 



ondan  yaşadığı  yeri  tərk  etməmək  haqqında  iltizamnamə  alınıb,  fevralın  əvvəllərində  isə  bu  qətimkan 

tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 

may  2011-ci  il tarixində  Gəncə  şəhər  Nizami  rayon  Məhkəməsi   gənc  fəal  Bəxtiyar  Hacıyevin   Cinayət 

Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan 

məhrum  olunması   barədə  hökm  çıxarıb.  Hüquq  müdafiə  təşkilatları  hesab  edirlər  ki,   2010-cu  il 

parlament  seçkilərində  deputatlığa  namizəd  olmuş  gənc  fəal sosial  şəbəkədə  fəallığına,  xüsusilə  də 

Facebook-da  gənclərin  11  mart  “Böyük  xalq  günü”  etirazına  verdiyi  dəstəyə  görə  həbs  olunub.  4  iyun 

2012-ci  ildə  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi  Bəxtiyar  Hacıyevi  cəza  müddətinin  bitməsinə 

doqquz ay qalmış azadlığa buraxılması barədə qərar qəbul edib. 

 

 



RATİ-nin  foto-video  reportyoru  və  Azərbaycan  Gənclər  Media  Mərkəzinin  üzvü  Mehman  Hüseynov 

iyunun  12-də  Səbail  rayon  Polis  İdarəsinə  çağırılıb,  və  orada 3  saata  yaxın  dindirildikdən  sonra  şübhəli 

şəxs  qismində  saxlanıb.  İyunun  13-də  Mehman  Hüseynov  Cinayət  Məcəlləsinin  221.2.2-ci  (xuliqanlıq) 

maddəsi üzrə  təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə  göndərilib. Mehmana qarşı ittihamlara 

səbəb may 21-də Bakı Meriyasının qarşısındakı mitinqdə çəkiliş apardığı zaman polis zabiti ilə arasında 

baş  vermiş  şifahi  mübahisə  olmuşdur.  Peşə  fəaliyyətini  həyata  keçirən  Mehman  və  RATİ-nin  digər 

əməkdaşları, o cümlədən etirazçılar və jurnalistlər mitinq zamanı polis təzyiqinə məruz qalmışdırlar. Polis 

Mehmanın  çəkiliş  apardığı  kameranı  zədələmişdir.  Hüseynova  qarşı  cinayət  işinin  açılması  onun 

Avroviziya ərəfəsində Azərbaycanda demokratik inkişafa nail olmaq üçün aparılan “Demokratiya naminə 

Oxu” (Sing for Democracy) kampaniyasında fəal iştirakı, və ya yerli və beynəlxalq media qurumlarının 

dəfələrlə istifadə etdiyi və Azərbaycanda insan hüquqlarının pozulduğunu əks etdirən fotoları ilə bağlı ola 

bilər. Məhkəmə tərəfindən günahkar hesab olunarsa Hüseynov 5 ilə qədər həbs cəzasına məhkum oluna 

bilər. 

 

2011-ci  ilin  aprelində  hakimiyyətə  qarşı  etiraz  aksiyasında  iştiraka  görə  həbs  olunduqdan  sonra  hüquq 



müdafiəçisi və siyasi fəal Vidadi İskəndərov 2011-ci il aprelin 2-də hökumət əleyhinə etiraz aksiyasında 

iştirak  etdiyinə  görə  həbs  olunmuş,  avqustun  27-də  isə  2010-cu  il  parlament  seçkilərinə  müdaxilə 

etməkdə  ittiham  olunaraq  3  il  həbs  cəzasına  məhkum  olunub.  İskəndərov  86  digər  məhbusla  birlikdə 

prezidentin 26 dekabr əfv fərmanı ilə azadlığa buraxılıb.  

 

“Xural”  qəzetinin  bölgə  müxbiri  Aydın  Canıyev  8  sentyabr  2011-ci  ildə  həbs  olunmuş  və  21  noyabr 



2011-ci  ildə  xuliqanlıq  ittihamı  ilə  3  il  həbs  cəzasına  məhkum  olunmuşdur.  Canıyev  də  prezidentin  26 

dekabr əfv fərmanı ilə azadlığa buraxılıb.  

 

“Qanun və Hüquq 2010” MMC-nin rəhbəri blogger Taleh Xasməmmədov 12 noyabr 2011-ci ildə Ucar 



rayonunda  həbs  olunub.  Xasməmmədov  Cinayət  Məcəlləsinin  221.2.2(xuliqanlıq),  221.3(xuliqanlıq, 

silahdan və ya oxşar əşyadan istifadə etməklə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət 

göstərmə  və  ya  zor  tətbiq  etmə)  maddələri  ilə  ittiham  olunub.  Aprelin  20-də  Xasməmmədov  4  il 

müddətinə  həbs  cəzasına  məhkum  olunub.  Onun  həbsinin  əsas  səbəbinin  yerli  məmurların  cinayət 

əməllərinin  ifşası,  habelə  hüquq  pozuntuları  ilə  üzləşmiş  şəxslərin  müsahibələrini  YouTube  video 

portalında yerləşdirməsi ilə bağlı olduğu hesab olunur. Xasməmmədov prezidentin 26 dekabr əfv fərmanı 

ilə azadlığa buraxılıb.  

 

Avqustun  30-da  xuliqanlıq  ittihamı  ilə  həbs  olunmuş  “Gündəm  Xəbər”  qəzetinin  müxbiri  İlham 



Süleymanov Saatlı Rayon Məhkəməsi tərəfindən 6 aylıq şərti həbs cəzasına məhkum olunub. Jurnalistin 

Saatlı rayon icra başçısı Siracəddin Cabbarovu tənqid edən yazılar yazdığına görə həbs olunduğu hesab 

olunur.  

 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

24 

Fəsil 4: Mediaya dövlət nəzarəti

8

 

 

Azərbaycanda KİV-lərin və vətəndaş jurnalistlərinin fəaliyyətinə düşmən siyasi mühit hökm sürməkdədir. 



Hökumət ya birbaşa olaraq, ya da təzyiq yolu ilə ənənəvi teleradio yayımçılarını ciddi nəzarətdə saxlayır.  

 

Azərbaycanda çox az sayda müstəqil media qurumu mövcuddur, belə ki, hətta ənənəvi müxalif səslər belə 



təzyiq  və  digər  təsir  üsullarından  istifadə  etməklə  susdurulmuşdur  (məsələn,  hazırda  tikilməkdə  olan 

mənzil kompleksində jurnalistlərə, o cümlədən müxalif medianın nümayəndələrinə ev verilməsi nəzərdə 

tutulur).  Bəzi  müxalif  media  qurumları  hökumətdən  qrant  əldə  etdikdən  sonra  tənqidlərini  azaldıblar. 

Müstəqil media qurumlarının sayında ötən il baş vermiş kəskin dəyişiklikdən sonra artıq Azərbaycanda 

müstəqil  hesab  olunacaq  çox  az  sayda  media  orqanı  qalıb.  Belə  bir  şəraitdə  senzura  ilə  yanaşı  özünü-

senzura da böyük problemə çevrilmişdir.  

 

Siyasi plüralizmi təmin etməyə çalışan dörd müstəqil və müxalif qəzet əhalinin yalnız 3 faizinə çatımlıdır 



və onların çap dövriyyəsi çox aşağıdır. Reklam bazarı oliqarxlar tərəfindən idarə olunur ki, bu da, ölkədə 

müstəqil medianın inkişafına əlavə maneə törədir. Hətta orta sahibkarlar belə hakimiyyətin qəzəbinə tuş 

gəlməkdən  ehtiyat  edərək  müstəqil  və  müxalif  qəzetlərə  reklam  verməkdən  çəkinir.  Məhdud  reklam 

gəlirləri,  çap  və  yayım  problemləri,  eləcə  də  özəl  investisiyaların  kəskin  azlığı  nisbətən    müstəqil  olan 

azsaylı nəşrləri maddi cəhətdən çıxılmaz vəziyyətə salır.  

 

Nisbətən  müstəqil  medianı  təcrid  etməyin  daha  bir  üsulu  onların  yüksək  vəzifəli  dövlət  məmurlarına 



çatımlığının məhdudlaşdırılmasıdır. Yüksək çinli məmurlar və onların mətbuat işçiləri bir qayda olaraq 

ictimaiyyət üçün açıq olan brifinqlər keçirmir. Prezident Administrasiyasının mətbuat xidməti bu quruma 

sadiq  olan  və  sifarişlə  iş  görən  jurnalistlərdən  ibarət  qapalı  birlikdir.  Yüksək  elitaya  çatımı  olan 

jurnalistlər  vəzifəli  şəxslərə  xoş  gəlməyəcək  suallar  vermir,  soruşmağa  daha  çox  sualları  olan 

jurnalistlərin isə rəhbər dövlət məmurları ilə görüşünə imkan yaradılmır. 

 

Yayım mediasına nəzarət 

Hazırda Azərbaycan mediasının ən çox nəzarətdə olan seqmenti teleradio yayımçılarıdır. Ölkədə doqquz 

milli, 14 regional və 13 kabel televiziyası, və 12 radio stansiyası fəaliyyət göstərir. Hökumətin 2009-cu 

ildə  xarici  radioların  (BBC,  Azadlıq/Azad  Avropa  Radiosu  və  Amerikanın  Səsi)  milli  tezliklərdə 

yayınlanmasına  qadağa  qoymasından  sonra  ölkənin  yayım  mediasında  fikir  müxtəlifliyinin  təmin 

olunması  da  başa  çatdı.  Bu  radiolar  Azərbaycanlı  dinləyicilər  üçün  alternativ  informasiyanın  yeganə 

mənbələri idi. Hazırda milli tezliklərdə yayımlanan 12 radionun heç biri plüralizmi təmin etmir. 

 

Ölkənin 9 milli telekanalının üçü (AZTV, İdman Azərbaycan və Mədəniyyət) dövlətə məxsusdur. Bütün 



dünyada  dövlət  mediasının  özəlləşdirilməsi  prosesi  getdiyi  bir  vaxtda,  bunun  ziddinə  olaraq, 

Azərbaycanda  demək  olar  ki,  hər  iki  ildən  bir  yeni  dövlət  televiziyası  açılır.  Regionlarda  fəaliyyət 

göstərən  telekanallar  ölkədə  baş  verən  cari  hadisələrə  aid  məlumat  yaymaqdan  daha  çox  musiqi  və 

əyləncə tipli verilişlərə üstünlük verir.  

 

Azərbaycanın ictimai yayımçısı olan “İctimai Televiziya” bu sahəyə aid beynəlxalq standartlarda nəzərdə 



tutulmuş  funksiyaları  yerinə  yetirmir.  İctimai  TV  Avropa  Yayım  Birliyinə  üzvlüyü  çərçivəsində  bu 

qurumun tələblərinə (ictimai marağa xidmət etmək, plüralizmi təmin etmək, cəmiyyətin bütün sektorları 

üçün balanslı və fərqli proqramlar yayımlamaq və s.) əməl etmir. İctimai TV yarandığı 2005-ci ildən bəri 

dövlətin maraqlarına və təbliğatına xidmət edir. Xəbər yayımında isə bu telekanal praktiki olaraq müstəqil 

fəaliyyət  göstərmir.  İctimai  TV  ölkədə  baş  verən  mühüm  hadisələr  (məs.,  siyasi  partiyaların  və  ictimai 

birliklərin fəaliyyəti) haqqında çox yığcam, bəzən hətta yanlış məlumat verir. İTV  hər hansı şəxs və ya 

təşkilat barədə səhv məlumat yayımladığı zaman isə qarşı tərəfin cavab vermə hüququnu tanımır- onlara 

cavab vermələri üçün efir vaxtı ayrılmır. 

 

                                                 



8

Azərbaycanın  yayım  mediası  mühiti  ilə  bağlı  daha  ətraflı  məlumatı  RATİ-nin  2013-cü  ilin  martında  hazırladığı 

“Media  Nəzarət  Altında”  adlı  hesabatdan  əldə  edə  bilərsiniz.  Hesabatın  elektron  versiyası  aşağıdakı  internet 

ünvanındadır: 

http://bit.ly/103nXEe

  


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

25 

Azərbaycanda dövlət-vətəndaş ünsiyyətini təmin edən 9 milli televiziya kanalı “yuxarıdan aşağı” prinsipi 



əsasında  birtərəfli  fəaliyyət  göstərir,  yəni  yalnız  dövlət  məlumatları  vətəndaşlara  çatdırılır.  Bu 

telekanalların  xəbər  yayımı  prezident  aparatı  tərəfindən  tənzimlənir  ki,  nəticədə  də  onların  xəbər 

reportajları  bir-birinə  oxşar  olur.  Bu  nəzarət  forması  məcburi  xarakterli  deyil,  belə  ki,  televiziya 

kanallarının  rəhbər  şəxsləri  ölkənin  hakim  rejimə  yaxın  olan  siyasi  elitasının  nümayəndələridir.  Siyasi 

xəbərlərin  işıqlandırılmasına  gəlincə  burada  yalnız  bir  fikir  hakimdir:  Azərbaycanda  hansı  problemin 

mövcud  olmasından  asılı  olmayaraq  prezident  Əliyevin  hakimiyyəti  sarsılmazdır  və  ona  heç  bir  siyasi 

alternativ  yoxdur.  Bu  telekanallar  dövlətin  siyasi  məqsədlərinə  qulluq  edərək  müəyyən  məsələlərə, 

şəxslərə və statistikaya daha çox, bəzilərinə isə daha az əhəmiyyət verməklə, bəzilərinə isə ümumiyyətlə 

əhəmiyyət verməməklə ictimai fikri formalaşdırır və xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan 

fikirləri təlqin edir.  

 

Azərbaycanda  siyasi  müstəvidə  rəqabətin  olmadığı  kimi,  siyasi  xəbərlərin  çatdırılmasında  da  altı  özəl 



telekanal arasında rəqabət yoxdur. Əyləncə proqramlarına gəldikdə isə bu sahədə gərgin rəqabət mühiti 

hökm sürür. Altı özəl telekanalın hər biri reklam gəlirləri hesabına fəaliyyət göstərən kommersiya hüquqi 

şəxslər olsalar da, onlara dövlət tərəfindən ciddi nəzarət olunur.  

 

Dövlətin  təbliğatını  gəlirli  biznes  fəaliyyəti  ilə  birləşdirmək  işə  yarayır,  çünki  bu,  telekanalların  daha 



əyləncəli  olmasına,  izləyicilərin  və  reklam  sifarişlərinin  artmasına  səbəb  olur.  Qlobal  maliyyə 

böhranından əvvəlki illərdə reklam bazarı daha gəlirli olsa da, hazırda da milli telekanallar bu sahədən 

gəlir əldə etməkdə davam edirlər. Azərbaycanda bir çoxları üçün – rayon yerlərində yaşayanlar, yaşlılar, 

daha aşağı səviyyəli təhsilə malik şəxslər və imkansızlar üçün xidmət haqqı tələb etməyən milli televiziya 

əyləncənin  yeganə  əlçatan  formasıdır.  Telekanalların  teleserial  və  digər  əyləncəli  şoular  vasitəsilə 

topladığı tamaşaçı auditoriyası ölkədə baş verən hadisələr barədə xəbərləri də elə bu kanallardan izləyir.  

 

Dövlət  “Milli  Televiziya  və  Radio  Şurası”  (MTRŞ)  vasitəsilə  yayım  lisenziyalarının  verilməsinə  tam 



nəzarət  etdiyi  üçün,  lisenziyalaşdırma  prosesi  qeyri-obyektiv  və  qərəzli  olaraq  qalır.  MTRŞ  birbaşa 

prezident tərəfindən təyin olunan yeddi üzvdən ibarət olub tamamilə dövlət büdcəsindən maliyyələşir. Bu 

qurumun  müstəqil  olmasına  heç  bir  hüquqi  zəmanət  yoxdur.  Dövlət  himayəsində  olmayan  müstəqil 

yayımçılar (məsələn, Obyektiv TV) dəfələrlə cəhd etsələr də, yayım üçün lisenziya əldə edə bilmirlər.  

 

Son  zamanlar  hökumət  yeni  potensial  yayımçıların  boş  tezlik  əldə  etmələri  üçün  keçirilən  tenderlərin 



sayını  minimuma  endirib.  2010-cu  ilə  qədər  yayımçılara  lisenziyaların  verilməməsi  boş  tezliklərin 

olmaması  ilə  əsaslandırılırdı.  Lakin  həmin  vaxt  MTRŞ  teleradioyayımı  haqqında  qanunun  tələblərini 

pozaraq  yayım  üçün  boş  tezliklərin  siyahısını  dərc  etməkdən  imtina  edirdi.  İndi  isə,  MTRŞ  bildirir  ki, 

tezliklər kifayət qədərdir, amma Azərbaycan kimi kiçik ölkədə çoxsaylı telekanalların olmasına ehtiyac 

yoxdur. Habelə  MTRŞ  rəsmiləri  bəyan  edirlər  ki,  yeni  telekanalların  açılacağı  təqdirdə  mövcud 

telekanalların  reklamdan  gələn  gəlirləri  azalacaq  ki,  bu  da  nəticə  etibarilə  telekanalların  işinin 

keyfiyyətinə pis təsir göstərəcək.

9

 MTRŞ-nın bu arqumenti bir daha onu göstərir ki, hakimiyyət teleradio 



yayımı bazarına yeni müstəqil iştirakçıların daxil olmasına imkan vermək istəmir və bununla da medianın 

inkişafına mane olur. 

 

Efirə lisenziyanın alınmasının mümkünsüzlüyü onlayn telekanalların yaranması zərurətini ortaya çıxarıb. 



Bu gün ölkədə dörd onlayn televiziya var ki, onların da üçünün hazırladığı məzmunlar alternativ fikirləri 

əks  etdirir.  Amma  iri  həcmli  video  məzmunların  sayta  yüklənməli  olduğunu  nəzərə  alsaq,  mobil  və 

stasionar  internetin  sürətinin  az,  qiymətinin  isə  baha  olması  mövcud  seqmentin  inkişafını  ləngidir. 

Yalnız ölkədə  hamı  üçün  çatımlı  və  qiymətcə  münasib  olan  optik  şəbəkə  qurulduğu  təqdirdə  onlayn 

telekanallar kifayət qədər populyarlıq qazanıb, ənənəvi telekanallarla rəqabət apara bilər. 

 

Çap mediasının məhdudlaşdırılması      

Birbaşa siyasi nəzarət və iqtisadi təzyiqin tətbiq olunması, habelə ədalətli qaydaların mövcud olmaması 

Azərbaycanda  peşəkar  jurnalistikanın  inkişafına  ciddi  zərər  vurur.  Bu  hal  xüsusilə  çap  mediası  üçün 

xarakterikdir.  

 

Hakim  rejim  tənqidçi  qəzetlərin  reklam  gəlirlərinə  təsir  etməklə,  bu  qəzetlərin  yayımına  problem 



                                                 

9

http://bit.ly/PaLcLA



 

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

26 

yaratmaqla və onlara qarşı diffamasiya ittihamları irəli sürməklə onları susdurmağa çalışır. Bunun nəticəsi 



olaraq ictimai tənqid və mühüm ictimai məsələlərin müzakirəsi getdikcə daha da azalır. Hökumətə-meylli 

nəşrlərin yüksək satış imkanlarına malik olması və tərəfsizliyi təmin edən standartların mövcud olmaması 

Azərbaycanda çap mediası üçün qeyri-bərabər rəqabət mühiti yaradır. 

 

Dövlət çap mediasına iqtisadi təzyiq yolu ilə nəzarət edir. Dövlətə məxsus və hakimiyyətə yaxın media 



orqanları  həm  dövlət  idarələrinin  bu  nəşrlərə  icbari  abunəsindən,  həm  də  dövlət  şirkətlərinin  üstünlük 

təşkil  etdiyi  reklam  bazarından  əldə  etdikləri  gəlirlər  hesabına  maliyyələşir.  “Azadlıq”  qəzetinin  baş 

redaktor müavini Rahim Hacıyevin sözlərinə görə, şirkətlərin tənqidçi mediada reklam yerləşdirməsinin 

qarşısı hədə-qorxu ilə alınır.

10

 

 



Mətbuat yayımı şirkətlərinə nəzarət tənqidçi mətbu orqanları üçün bazarı daha da məhdudlaşdırır. 2012-ci 

ildə Bakı şəhəri ərazisində, xüsusilə şəhərin mərkəzində üzərində Press-Köşk yazılmış və içində qəzetdən 

başqa hər cür ərzaq və məişət mallarının satıldığı yaraşıqlı köşklər yerləşdirilib. Bu köşklərin yanında isə 

kiçik  stellajda   bir  neçə  nüsxə  qəzetə  rast  gəlmək  olar.  Kimə  məxsus  olması  barədə  məlumatın  gizli 

saxlandığı  bu  köşklər  “Qaya”  və  “Qasid”  mətbuat  yayımı  şirkətlərinə  məxsus  köşklərin  əvvəllər 

yerləşdiyi ərazilərdə qurulub.  

 

“Qaya”  və  “Qasid”  şirkətləri  abunədən  əldə  olunan  gəlir  baxımından  da  ağır  zərbə  alıblar.  “Qaya” 



Mətbuat  Yayımının  direktoru  Xanhüseyn  Əliyevin  verdiyi  məluma  görə,  bütün  dövlət  müəssisə  və 

təşkilatlarına  yalnız  “Kaspi”  Mətbuat  Yayımı  şirkətinə  abunə  olmaları  ilə  bağlı şifahi tapşırıq  verilib.

11

 

Mətbuat  yayımın  məhdudlaşdırılması  “Yeni  Müsavat”  və  “Azadlıq”  kimi  iri  tirajlı  qəzetlərin  satışdan 



gələn  gəlirlərinə  ciddi  şəkildə  təsir  göstərib.  Mətbuat  yayımın  bütün  istiqamətlərdə  (səyyar,  köşklər  və 

abunə)  inhisara  alınması  gələcəkdə  istənilən  qəzet  və  jurnalın  hökumət  tərəfindən  asanlıqla  satışdan 

çıxarılmasına şərait yarada bilər.  

  

 



                                                 

10

http://bit.ly/13UuBn6



  

11

Azərbaycan Redaktorlar Birliyinin 2012-ci ilin iyununda keçirilmiş konfransında qeyd olunub: 



http://bit.ly/ZaN73d

 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

27 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin