Valentina Matviyenko: “Eurovision” müsabiq
əsi ilə bağlı Azərbaycanla eyni həyəcanı yaşayırıq”
Mübariz Aslanov/AZADİNFORM. “Rusiya Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi ilə
bağlı eyni həyəcanı yaşayır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında
Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
O qeyd edib ki, Rusiya daim bu cür t
ədbirlərdə Azərbaycanı dəstəkləyib və ötən il bu möhtəşəm
müsabiq
ənin Azərbaycanda keçirilməsi üçün 12 balı məhz Azərbaycana verib. “Mən əminəm ki, bu,
çox parlaq v
ə gözəl hadisə olacaq. Milyonlarla avropalı, o cümlədən dünyanın hər yerindən tamaşaçılar
müasir Az
ərbaycanı görmək imkanı əldə edəcəklər. Biz qonşuluqda baş verən belə bir möhtəşəm
hadis
ədən sevinc hissi duyuruq” - deyə o əlavə edib.
Dostları ilə paylaş: |