127. Müəllimin auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə
aiddir?
A) Siyasi
B) İşgüzar
C) Bədii
D) İnzibati-idarə
E) Akademik
128. Biri nitqin növlərinə aid deyil:
A) Məhkəmədə söylənilən nitq
B) Akademik nitq
C) Məişət nitqi
D) Tərcümeyi-hal
E) İctimai-siyasi nitq
129. İşgüzar kommunikasiya təcrübəsində metodlar. Birinin izahı səhvdir.
A) Fundamental metod – faktların və konkret məlumatların şərhi
B) Ziddiyyət metodu – opponentin fikirlərində ziddiyyətlərin aşkarlanması
C) Nəticə çıxarılma metodu – dəqiq arqumentə əsaslanır, lazım olan nəticəyə gətirib
çıxarır
D) Müqayisə metodu – mülahizələrə aydınlıq gətirir, onu daha əyani edir
E) Replikanın seçmə üsulu - rəqib diqqətini müzakirə olunan məsələdə ya yalnız
üstünlüklərinə, ya müzakirə edilən problemin həllinə, ya da yalnız zəif tərəflərinə
yönəltdiyi halda istifadə olunur
130. “Təmiz danış, az danış” atalar sözündə mədəni nitqin hansı xüsusiyyəti əks
olunub?
A) Yığcamlıq
B) Orijinallıq
C) Münasiblik
D) İfadəlilik
E) Sadəlik
131. İşgüzar kommunikasiyaya aid deyil:
A) Rəsmi
B) Bədii təsvir və ifadə vasitələrindən istifadə
C) Aydındır
D) Dəqiqdir
E) Yığcamdır
132. Aşağıdakı ifadələr işgüzar ünsiyyətdə etik qaydaların hansına aiddir?
“Muştuluğumu ver”, “Gözün aydın olsun”, “Sənə bir şad xəbər gətirmişəm” və s.
A) Qarşılama məqamında
B) Danışmağa başlamaq məqamında
C) Şad xəbərin çatdırılması
D) Bəd xəbərin çatdırılması
E) Təskinlik vermək, razı salmaq məqamında
133. Nitqdə sözlər və cümlələr arasında əlaqələr düzgün qurulmursa, hansı
norma pozulur?
A) Leksik
B) Fonetik
C) Qrammatik və fonetik
D) Qrammatik
E) Fonetik və leksik
|