AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
§ 3. ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT 

 

Ədəbiyyat.  A zərbaycan  qədim  zəngin  ədəbi  ənənə  və  irsə  malik  bir 

ölkədir.  Onun  nümayəndələri  20-30-cu  illərdə  xalq ın  həyatında  baĢ  verən 

ictima i-siyasi,  sosial-iqtisadi  proseslərə  laqeyd  deyildilər.  Azə rbaycanda  yeni 

cəmiyyətin  təĢəkkülü,  yetkin ləĢməsində  öz  yerin i  axtaran  yeni  yaradıcı 

ziyalıların  -  yazıçı,  rəssam,  musiqiçi  və  sənətĢünasların  formalaĢ ması  sahəsində 

ilk  addımlar  atılırdı.  1928-ci  il  yanvarın  13-dən  16-dək  Bakıda  respublika 

yazıçılarının  birinci  qurultayı  keçirildi.  Bu  qurultaydan  sonra  Azərbaycan 

Proletar Ya zıçıla rı Assosiasiyası (Az.PYA) rəs mi fəa liyyətə baĢladı

168


. Süleyman  

Rüstəm  Assosiasiyanın  vəzifələri  haqqında  məru zə  ilə  qurultayda  çıxıĢ  etdi. 

Qurultay  idarə heyəti seçdi, bura  R.A xundov, T.Hüseynov, M.Yurin, S.Rüstəm, 

M.Kamski,  A.Qu liyev  (Gəncə),  Z.Zakirov  (ġəki),  A.Petrosyan  (DQM V), 

H.Nəzə rli  da xil  id ilə r.  Assosiasiyanın  üzvləri  arasında  istedadlı  gənc  Ģairlər 

S.Vurğun, R.Rza, M.MüĢfiq və b. var id i. 

Assosiasiyanın  sədri  Teymur  Hüseynov  qurultayı  Azərbaycan  proletar 

yazıçıların  qurultayı  kimi  səciyyələndirərək  qeyd  etdi  ki  qurultay "mədəni  inqilab 

dövrünə  daxil  olduğumuz  zaman" toplanmıĢdır,  "vəzifələrimiz  böyük  və  ağırdır, 

ancaq  onlar  proletar  maraqları  və  proletar  inqilabı  nöqteyi-nəzərindən  yüksək 

səviyyədə fədakarlıqdır". Beləliklə, ədəbi mühitə, yaradıcılığa "sinfi yanaĢma"-nın ilk 

təməl daĢı qoyuldu. 



308 

 

1928-ci  ilin  yanvarında  Tiflisdə  Zaqafqaziya  proletar  yazıçılarının  (ZPY) 



qurultayı  keçirildi.  Qurultayın  qərarı  ilə  rus  dilində  "Na  rubeje  Vostoka"  jurnalı 

buraxıldı,  onun  redaksiya  kollegiyasına  Azərbaycandan  Ə.ġərif  və  S.Rüstəm  daxil 

idilər

169


.  Həmin  ilin  iyulundan  Azərbaycan  PYA  orqanı  "Ədəbiyyatın  keĢiyində" 

qəzeti nəĢrə baĢladı. 

Birinci  beĢillik  p lanın  qəbul  edilməsi  ilə  əlaqədar  Bakıda  1929-cu  il 

oktyabrın  20-dən  27-dək  Azərbaycan  proletar  yazıçılarının  11  qurultayı  keçirildi. 

Qurultay  Azərbaycan  ədəbiyyatının  inkiĢafını  qiymətləndirərək,  beĢillik  planla 

əlaqədar  yazıçıların  vəzifələrini  müəyyən  etdi.  Əsas  məruzə  ilə  çıxıĢ  edən  maarif 

komissarı  Mustafa  Quliyev  diqqəti  gənc  yazıçı  və  nasirlərin  yaradıcılığına  cəlb 

edərək,  Azərbaycan  sovet  ədəbiyyatının  formalaĢmasında  onların  xüsusi  rolunu 

vurğuladı

170


. Ona görə də bu illərdə Azərbaycanda gənc Ģairlərin yaradıcılığının siyasi 

kəskinlik və aktuallıqla fərqlən məsi təsadüfi deyild i. 

1930-cu  ildə  mətbuatda  S.Rüstəmin  Ģeirləri,  S.Vurğunun  "ġairin  andı" 

Ģeirlər  toplusu  çap  olundu.  Bu  Ģeirlərdə  əməkçilərin,  yeni  cəmiyyət  qurucularının 

əhvali-ruhiyyə  və  hissləri  əks  olunmuĢdu.  S.Vurğun "Raport" Ģerində Azərbaycan 

kəndində baĢ verən yeni dəyiĢiklikləri tərənnüm edird i.  

Gənc Ģair Mikayıl MüĢfiqin Ģeirləri məzmun zənginliyi və forma aydınlığı ilə 

seçilirdi.  Rəsul Rza, Məmməd  Rahim öz Ģeirlərində Azərbaycan xalq təsərrüfatının 

inkiĢafı uğrunda mübarizədə əməkçilərin fədakarlıqlarını əks etdirirdilər. 

O dövrdə Azərbaycan poeziyasına, gənc sovet Ģairlərinin yaradıcılığına rus 

Ģairlərinin,  xüsusilə  V.Mayakovskinin  təsirini  inkar  etmək  olmaz.  S.Vu rğun  etiraf 

edirdi  ki,  "biz,  gənc Ģairlər  Mayakovskiyə  baxıb  düzlənərək,  kəĢf olunmamıĢ  yeni 

mövzular tarlasında irəliyə doğru hərəkət edird ik" 

171


Bu  illərdə  dramaturgiya  da  inkiĢafda  idi.  Ə.Haqverdiyevin  "Köhnə  dudman" 

pyesi Azərbaycan  kəndlilərinin  ağır  vəziyyətini,  istismarçılara  qarĢı  çıxıĢlarını  əks 

etdirirdi.  H.Nəzərli  və  S.Rüstəm  "Yanğın"  pyesini  kənddə  baĢlayan 

"kollektivləĢdirmə"nin müxtəlif cəhətlərinə həsr etmiĢdilər. 

20-30-cu 

illər 

Azərbaycan 



dramaturgiyasının 

yaranması 

və 

formalaĢmasında C.Cabbarlının böyük rolu olmuĢdu. 1928-1932-ci illərdə o, bir sıra 



pyeslər yaratmıĢ, Azərbaycan xalqının tarixi keçmiĢini, onun azadlıq və müstəqillik  

uğrunda  mübarizəsini  dərindən  dərk  etməyə  cəhd  etmiĢdi.  Onun  "Od  gəlini", 

"Sevil"  (1928),  "Almaz" (1930), "1905-ci  ildə" (1931) və "YaĢar" (1932) pyesləri 

Azərbaycan dramaturgiyasının  gələcək  inkiĢaf  istiqamətini  müəyyən etdi.  1933-cü 

ilin  martında  respublika  Xalq  Maarif  Komissarlığı  yazırd ı:  " Cəfər  Cabbarlı  öz 

əsərlərində  sosializm  quruculuğunun  ən  mühüm  məsələlərini  əks  etdirən  gənc 

Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biridir"

172


. Həmin vaxtı 

ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilmiĢdi

173



309 

 

Görkəmli  bədii  söz  ustası  Hüseyn  Cavid  yeni  ədəbiyyata  mürəkkəb  və 



ziddiyyətli  yol  keçərək  gəlmiĢdi.  Rəsmi  tənqid  Ģairi  günahlandırırdı  ki,  o,  öz 

əsərlərində "sovet yeniliklərini partiya və rəhbərliyin tələb etdiyi kimi əks etdirmir, 

öz oxucularmı uzaq keçmiĢə aparır, keçmiĢin iĢğalçılarını ideallaĢdırır". 20-ci illərin 

sonunda tənqidin təzyiqi altında onun yaradıcılığında müəyyən dəyiĢikliklər nə zərə  

çarpırdı.  Bu cəhətdən onun "Azər" poeması diqqəti cəlb edir.  Bu poemasında və 

"Knyaz"  pyesində  H.Cavid  istismar  əleyhinə  çıxır,  sovet  hakimiyyəti  uğrunda 

mübarizəni əks etdirir. Onun Azərbaycan mühacirəti mövzusuna müraciəti xüsusən 

maraqlıdır. Ancaq H.Cavid ömrünün sonunadək hakim ideologiya ilə barıĢa bilmədi, 

onun  bir  çox  "ayələri"  ona  yad  idi.  "Kommunist"  qəzetində  çap  edilən  "Matəm 

səhnəsi" Ģerində bu, xüsusilə kəskin Ģəkildə əks olunmuĢdu

174

, Ģair yalan, yaltaqlıq, 



nadanlıq və satqınlığın hökm sürdüyü cəmiyyətə qarĢı öz etirazını birmənalı  ifadə 

edirdi. 


Azərbaycan  nəsri  tədricən  yeniləĢirdi.  1930-cu  ildə  Ə.Əbülhəsənin 

"YoxuĢlar"  romanı  çapdan  çıxdı.  Romanda  Azərbaycan  kəndinin  yeni  mürəkkəb 

sosial-iqtisadi  prosesləri  öz  əksini  tapmıĢdı.  Həmin  ildə  S.  Rəhimovun 

Azərbaycanda vətəndaĢ müharibəsinə həsr olunmuĢ "ġamo" ro man ı çap olundu. 

C.Məmmədquluzadənin  "Molla  Nəsrəddin"  jurnalı  satira  və  yumor 

janrına  dəyərli  töhfə  verdi.  Hökumət  "Molla  Nəsrəddin"  jurnalının  redaktoru 

C.Məmmədquluzadəyə  böyük  qayğı  göstərirdi.  1928-ci  il  aprelin  4-də  ona  Ģəxsi 

təqaüd müəyyən edildi 

175



Klassik ədəbi əsərlərin nəĢrinə diqqət artmıĢdı. Azərbaycanda Nizaminin  



poema və Ģeirləri, ġekspirin, ġillerin faciələri və digər əsərlər A zərbaycan dilində 

nəĢr olunmuĢdu. 

ġifahi xalq yaradıcılığı və aĢıq sənəti Azərbaycanda Ģöhrət qazanmıĢdı. 

AĢıq Ələsgər, M.Bayramov, H.Boza lqanlı, Ə.Rzayev və bir çox baĢqaları

176

 həyat, 


əmək, məhəbbət, gözəllik haqqında yeni mahnılarını qoĢurdular. 1928-ci ildə 

Bakıda keçirilən Azərbaycan aĢıqlarının birinci qurultayı xalq yaradıcılığının 

inkiĢafında mühüm rol oynadı

177


. Qurultay folklor materiallarının toplanması, xalq Ģeir 

janrının yazıya alınması və nəĢrinə xüsusi diqqət yetirdi. 20-ci illərdə xalq 

bayatıları, A zərbaycan nağılları (iki cilddə), "Koroğlu" xalq eposu buraxıld ı. 

Azərbaycan 

yazıçılarının 

müttəfiq 

respublikaların 

ədəbiyyat 

nümayəndələri  ilə  əlaqələri  möhkəmlənirdi.  V.Mayakovski  1928-ci  ildə  Bakıda 

olmuĢ, "Paytaxtın yaranması", "Bakıda Amerika", "Üsyanlar gurultusu ilə" Ģeirləri 

ilə fəhlələr qarĢısında çıxıĢ etmiĢdi. 

Həmin il M.Qorki də Bakıya gəlmiĢdi. M.Qorki Azərbaycanın iqtisadi və 

mədəni  həyatındakı  dəyiĢikliklər,  onun  nailiyyətləri  barədə  təəssüratlarını  "Sovet 

Ġttifaqına səyahət" oçerklərində təsvir etmiĢ dir.  Rus ədəbiyyatının nümayəndələri 



310 

 

N.Aseyev,  A.Bezımenski,  V.ViĢnevski,  V.KirĢon,  A.Lunaçarski  və  b.  müxtəlif 



vaxtlarda Bakıda olmuĢdular. 

QonĢu  xalqların  görkəmli  ədəbiyyat  nümayəndələrinin  yubileylərini 

təntənəli  qeyd  etmək  ənənəvi  hal  almıĢdı.  1928-ci  ildə  Bakıda  L.N.Tolstoyun 

anadan olmasının 100 illiyi, özbək Ģairi ƏliĢir Nəvainin anadan olmasının 500 illiyi, 

həmçinin M.F.Axundov və M.Ə.Sabirin yubileyləri Azərbaycan mədəniyyətinin əsil 

bayramına çevrild i. 

QarĢılıqlı  ədəbi  tərcümələr  mü xtəlif  xalqların  yazıçıları  arasında  dostluq 

əlaqələrini  möhkəmləndirirdi.  "Na  rubeje  Vostoka"  jurnalında  və  ayrıca  kitab 

Ģəklində  müntəzəm  olaraq  Azərbaycan,  gürcü,  özbək  və  proletar  yazıçılarının  ən 

yaxĢı əsərlərinin tərcümələri çap edilird i. 

Zaqafqaziya  yazıçılarının  əlaqələrin i  gücləndirmək  məqsədilə  1929-cu  

ildə  qarĢılıqlı  yaradıcılıq  səfərlərini  nəzərdə  tutan  xüsusi  aylıqlar  təĢkil  olunurdu. 

1929-cu ildə həmç inin tatar yazıçılarının bir qrupu Ba kıya gəlmiĢdi.  

Azərbaycan  yazıçıların ın  xarici  ölkələrin  ədəbiyyat  nümayəndələri  ilə 

əlaqələri yaran mıĢdı. A.Barbüs, Ġ.Bexer, Ġ.Vayyan-Qutırye, R.Veyskonf, M.Zalka, 

B.ĠlleĢ,  məĢhur  yazıçı  və  Ģairlər  və  b.  mü xtəlif  dövrlərdə  Bakıda  olmuĢdular. 

Türkiyənin görkəmli Ģair oğlu Nazim Hikmət ilk dəfə Bakıya gəlmiĢdi. 

ÜĠK(b)P  MK-nın  qərarına  (1932-ci  il  23  aprel)  müvafıq  ədəbi-bədii 

təĢkilatların yenidən qurulması pərdəsi altında bütün mövcud ədəbi-bədii təĢkilat və 

qruplar  buraxıldılar

178

.  Azərbaycanda  da  bütün  yaradıcı  təĢkilat  və  birliklər  ləğv 



olundu, onların əvəzinə "sovet" yazıçı, bəstəkar, rəssam və memarlar  ittifaqlarının 

təĢkilat komitələri yaradıldı. Yaradıcılıq təĢkilatlarının mərkəzləĢdirilməsi partiyaya 

bu  təĢkilatların  fəaliyyətini  ciddi  nəzarət  altında  saxla mağa,  onların  iĢini  lazımi 

məcraya  istiqamətləndirməyə  imkan  verdi.  Bu  "yenidənqurma"  ədəbiyyat  və 

incəsənət iĢinə partiya müdaxiləsini gücləndirmək, onlara ideoloji təsir göstərmək 

məqsədi güdürdü. 

1934-cü  ilin  iyununda  Bakıda  Azərbaycan  sovet  yazıçılarının  birinci 

qurultayı  oldu

179

.  Qurultayda  Azərbaycan  nəsri  və  poeziyasının  vəzifələri  müzakirə 



edildi

180


. Qurultayda S.Vurğun, S.Hüseyn, Y.V.Çəmənzəminli, C.Cabbarlı, Mir Cəlal, 

R.Rza və b. çıxıĢ etdilər. 

1934-cü il 17 avqust - 1 sentyabrda M. Qorkinin təĢəbbüsü ilə Moskvada 

sovet  yazıçılarının  I  Ümumittifaq  qurultayı  toplandı

181

.  Qurultayda  qəbul  edilmiĢ 



Ġttifaqın Nizamnaməsində ilk dəfə olaraq sosialist realizmi  metodu rəsmi olaraq əsas 

yaradıcılıq  metodu  kimi  qəbul  edildi.  Qurultayda  C.Cabbarlı  parlaq  nitqlə  çıxıĢ 

edərək, Azərbaycan ədəbiyyatının nailiyyətlərindən danıĢdı. 

Ġttifaqda  birləĢəndən  sonra  Azərbaycan  yazıçılarının  yaradıcılığınd a 

partiya  orqanlarının  direktiv  göstəriĢlərinə  uyğun  olaraq  "sovet  gerçəkliyi" 

problemlərinə, ən mühüm inqilabi-tarixi mövzulara diqqət gücləndirildi. Partiya bu 



311 

 

dövr  ədəbiyyatı  qarĢısında  "sosializm  quruculuğu  ruhunu"  daha  parlaq  əks 



etdirmək,  yeni  cəmiyyət  qurucuları  olan  insanları  tərbiyə  etmək  vəzifəsini 

qoymuĢdu. 

30-cu  illə rdə  Azərbaycan  poeziyasının  ön  cərgələrinda  S.Rüstəm, 

S.Vurğun,  M.MüĢfiq,  M.Rahim,  R.Rza  və  b.  dururdular  S.Vurğun  pambıq  ustası 

Bəsti Bağırovaya xüsusi poema ("Bəsti"ı həsr etmiĢ, məĢhur "Komsomol poeması" 

əsərinin bir çox hissələrini yazmıĢdı. S.Rüstəmin "Bakı misraları", R.Rzanın "Bakı" 

M.Rahimin  "Neft",  M.MüĢfiqin  "Cəbi  dayı"  Ģeirləri  sovet  yeniliklərinə  həsr 

olunmuĢdu. 

Bu  illərdə gənc Ģairlər O.Sarıvəlli, Z.Xəlil,  Ə.Cəmil, Ģairə  M.Dilbazi və 

N.Rəfibəyli Azərbaycan yazıçıları sırasına qoĢuldular. Azərbaycanda yaĢayan rus və 

baĢqa millətlərin nümayəndələri olan yazıçılar da məhsuldar çalıĢırdılar. 

1938-ci  ildə  Bakıda  Azərbaycan  aĢıqlarının  ikinci  qurultayı  keçirildi. 

Qurultayda görkəmli  mədəniyyət xadimləri  Ü.Hacıbəyov, M.Ġbrahimov, M.Bülbül 

və  O.Sarıvəlli  əsas  məruzələrlə  çıxıĢ  etdilər  və  aĢıq  yaradıcılığ ı  haqqında  böyük 

məhəbbətlə danıĢdılar. 

Həmin  dövrdə  bədii  nəsr  xeyli  in kiĢaf  etmiĢdi.  Azərbaycan  yazıçıları  öz 

əsərlərində  xalqın  həyatını,  məiĢətini  əks  etdirir,  respublikada  baĢ  verən  sosial-

iqtisadi  dəyiĢiklikləri  göstərirdilər.  30-cu  illərdə  Ə.Əbülhəsən  "Dünya  qopur", 

M.Hüseyn "Tərlan", Mir Cəlal "Bir gəncin manifesti", A.ġaiq "Araz", M.S.Ordubadi 

"Dumanlı  Təbriz"  romanları  ilə  həm  müasir,  həm  də  tarixi  mövzulara  müraciət 

etmiĢdilər. 

M.Ġbrahimovun  1935-ci  ildə  yazdığı, o dövrdə öz tarixinin  mürəkkəb və ağır 

dövrlərindən  birini  yaĢayan  Azərbaycan  kəndində  kolxoz  həyatına  həsr  etdiyi 

"Həyat"  pyesi  çox  məĢhur  idi.  Müəllif  Həyat  surəti  ilə  kənddə  yeni  quruluĢ 

uğrunda  mübariz  kimi  "azərbaycanlı sovet qadınını" göstərmiĢdi.  O  vaxt  hökumət 

bu pyesi "Azərbaycan sovet ədəbiyyatının böyük nailiyyəti" kimi qeyd etmiĢdi. 

C.Cabbarlı  ənənələri  ilə  yetkinləĢmiĢ  Azərbaycan  sovet  dramaturgiyası 

S.Vurğun  yaradıcılığı  ilə  yeni  pilləyə  qalxdı  və  onun  ―Vaqif‖  (1939),  "Xanlar" 

(1939), "Fərhad və ġirin" (1941) pyesləri ilə zənginləĢdi. 

H.Cavid orijinal, dərin ictimai, fəlsəfi mənalı əsərlərlə çıxıĢ edirdi. Böyük söz 

ustası  öz  əsərlərində  feodal  özbaĢınalığını,  zorakılığı,  nadanlığı,  mövhumatçılığı, 

zülmkar, vicdansız, istismarçı adamları tənqid edirdi. Bu cəhətdən onun "SəyavuĢ" 

(1933)  və  "Ġblisin  intiqamı"  (1936)  pyesləri  səciyyəvidir.  H.Cav id  "Xəyyam" 

(1935) dramına görə Xalq Komissarları ġurasının qərarı ilə mükafata layiq görülmüĢdü. 

S.Rüstəm  özünün  XIX  əsrdə  Azərbaycanda  qaçaq  hərəkatının  

qəhrəmanına həsr olunmuĢ "Qaçaq Nəbi" (1941) dramı ilə Ģöhrət qazanmıĢdı. 

Sabit  Rəhmanın  "Toy",  "XoĢbəxtlər"  və  b.  diqqətəlayiq  komediyaları 

Azərbaycan teatrlarının səhnəsində müvəffəqiyyətlə nümayiĢ etdirilirdi. 



312 

 

Azərbaycan  ədəbiyyatının  ayrılmaz  hissəsi  kimi  mühacir  ədəbiyyatı  da 



yaĢayırdı.  Sovet  hakimiyyətinin  ilk  dövründə  vətəni  tərk  etmiĢ  yazarların  çoxu 

xaricdə  ədəbiyyatımızı  inkiĢaf  etdirirdilər.  Onların  arasında  Məmməd  Əmin 

Rəsulzadə,  Əmin  Abid  (Gültəkin),  Almas  Ġldırım  və  Yaycılı  Kərimin  əsərlərində 

Vətənə  məhəbbət,  müstəqillik  idealına  sədaqət,  onun  yenidən  həyata  keçəcəyinə 

inam tərənnüm olunurdu. 

Sovet  respublikaları  ədəbiyyatlarının  ünsiyyəti  daha  geniĢ,  çoxcəhətli 

formalar kəsb edirdi. Bu cəhətdən, əvvəllərdə olduğu kimi, əsas yeri bədii əsərlərin 

qarĢılıqlı  tərcüməsi tuturdu.  Rus yazıçılarının  köməyi  ilə  Azərbaycan  klassikləri  və 

müasir yazıçıların ən yaxĢı əsərləri rus dilinə tərcü mə edilirdi. 

"Azərbaycan  poeziyası  antologiyası"  1939-cu  ildə  Moskvada  çapdan 

çıxdı.  O,  rus  və  Azərbaycan  Ģair  və  yazıçılarının  yaradıcı  əməkdaĢlıq 

nümunələrindən  biri  id i.  Kitabın  bədii  tərtibatını  rəssamlar  Əzim  Əzimzadə  və 

Rüstəm  Mustafayev  vermiĢdilər

182


,  tərcümələri  məĢhur  rus  yazıçı  və  Ģairlə rind ən 

Marqarita  Aliger,  Pavel  Antokolski,  Yevgeni  Dolmatovski,  Vladimir  Luqovskoy, 

P.Pançenko və Konstantin Simonov etmiĢdilər.  

Antologiyaya  daxil  edilmiĢ  çoxsaylı  poetik  əsərlərin  yüksək  səviyyədə 

tərcüməsinə  görə  1940-cı  il  martın  20-də  V.Luqovskoy,  P.Antokolski  və 

P.Pançenko Azərbaycan SSR Ali Sovetinin fəxri fərman ları ilə təltif o lundular

183



1937-ci  ildə  A.S.PuĢkinin  ölümünün  100  illiyinin  qeyd  edilməsi  üə 



əlaqədar "Yevgeni Onegin" və gürcü klassiki ġota Rustavelinin 750 illiyi ilə əlaqədar 

"Pələng  dərisi  geymiĢ  pəhləvan"  əsərləri  Azərbaycan  dilində  S.Vurğunun 

tərcüməsində nəĢr olundu. N.V.Qoqol, A.P.Çexov,  L.N.Tolstoy və N.Ostrovskinin 

əsərləri Azərbaycan dilinə tərcü mə edilirdi. 

1940-c ı  ilin  may ında  Moskvada  keçirilən  A zərbaycan  ədəbiyyatı 

ongünlüyü  Azərbaycan  ədəbiyyatının  qazandığı  müvəffəqiyyətlərin  parlaq  

nümayiĢi  oldu.  Bu  tədbir  paytaxt  ictimaiyyətinin  Azərbaycanın  bədii  ədəbiyyat 

nümunələri ilə geniĢ tanıĢ olmasına kö mək etdi

184



Azərbaycan  sovet  ədəbiyyatının  formalaĢ ma  və  inkiĢaf  yolu  heç  də 



hamar deyildi, respublikadakı ədəbi  mühit ço x  mürə kkəb və ziddiyyətli  idi. Tez-

tez  amiranə  "ideya"  təzyiqinə,  hətta  siyasi  təqiblərə  məru z  qalırd ı.  Mətbuat 

səhifələrində  -  "Kommun ist"  qəzetində,  "Ġnqilab  və  mədəniyyət"  jurnalında 

aparıcı  Ģair  və  yazıç ılara  qarĢı  hücumla r  edilir,  onlar ı  təqsirləndirirdilə r  ki, 

yaradıcılıq ları  "günün  tələblərinə"  cavab  vermir  və  bir  sənətkar  kimi 

köhnəlmiĢlər.  Əsil  sənətə  qarĢı  çıxan  həmin  tənqid  və  hücumlar  daha  çox 

Y.Çəmən zəminli,  Əli  Nəzmi,  Seyid  Hüseyn,  Hüseyn  Cavid,  Əh məd  Cavad,  

Ə.Haqverdiyev və M.S.Ordubadiyə ünvanlanırdı. 

Azərbaycan  yazıçı  və  Ģairləri  arasında  birlik  yo x  id i.  Bu  illərdə  onlar 

əhatə  olduqları  gerçəkliyə  baxıĢlarına  görə  aydın  Ģəkildə  "köhnə"  və  "yeni" 



313 

 

yazıçı  və  Ģairlərə  bölünmüĢdülər.  Ancaq  yeni  nəsil  arasında  da  birlik  yo x  id i. 



Be lə ki, tara qarĢı ka mpaniya baĢlayarkən, M.MüĢfıqin gö zəl  - "Oxu tar" Ģerinə  

qarĢı S.Rüstəm dövrün "ruhunda" yazırdı: 

 

     Oxuma, tar, o xuma, tar! 



Ġstəmir proletar, 

Səndə bulunsun "Qatar"! 

Sus tar, 

Səsində matəm var! 

 

Təbii,  bu  qarĢıdurma  xüsusilə  ədəbi  cəbhə nümayəndələrini  əhatə  edən 



kütləvi  repressiyaların  baĢlanğıcında  respublikada  ədəbı  həyata  mənfı  təsir 

göstərməyə  bilməzdi.  Azərbaycanın  ədəbi-mədəni  ictimaiyyətinin  ən  yaxĢı 

nümayəndələri  totalitar-bürokratik  rejimin  qurbanı  olu rdular,  onların  içərisində 

tək köhnə nəslin mütərəqqi nümayəndələri deyil, habelə yeni həyat quruculuğuna 

qoĢulub  təzə  yaradıcılığa  baĢlayan  gənc  istedadlar,  yazıçı,  Ģair  və 

ədəbiyyatĢünaslarda  da  olurdu.  Öz  yaradıcı  qüvvələrin in  çiçəklənən  dövründə 

cinayətkarcasına  məhv  edilmiĢ  Y.Çəmənzəmin li,  H.Cav id,  Ə.Cavad,  S.Hüseyn, 

S.Mü mtaz, B.Çobanzadə, T.Simurq, M.MüĢfiq, Ə.Nazim və bir ço x baĢqalarının  

adları Azərbaycan ədəbiyyatı salnaməsində əbədi həkk o lunmuĢdur. 

Azərbaycan  yazıçı  və  Ģairləri  həmiĢə  öz  xalq ı  ilə  birgə  olur,  onun  arzu 

və  diləklərini  əks  etdirən  əsərləri  ilə  20-30-cu  illərdə  dövrün  məĢəqqətlərini 

yüngülləĢdirməyə də cəhd edirdilər. 



Teatr.  Azə rbaycan  teatr  sənətinin  xa lqın   ict ima i-mənəvi  həyatında 

təsirli rolu yüksəlird i. Teatr ta maĢaların ın bədii və siyasi fəa liyyətinin "ideyaca" 

istiqamət ləndirilməsində 1928-c i  ilin avqustunda qəbul olunan "Bakı teatrlarının  

mədəni  təbliğat  iĢi  haqqında"  partiya  qərarı  xüsusi  rol  oynadı.  Xalq  Maarif 

Ko missarlığı nəzdində bütün teatrlar ü zərində "ideya rəhbərliyini" həyata keçirən  

vahid orqan "TamaĢa Müəssisələri Ġdarəsi" (TMĠ) yaradıldı.  Ġdarənin nəzarət i ilə  

partiya, həmkarlar, ictimai,  mətbuat və yazıçı təĢkilatların ın nümayəndələrindən 

təĢkil  olunan  bədii  Ģuralar  fəaliyyətə  baĢladı

185

.  Təbii  ki,  teatr  tamaĢalarının  



repertuarı,  bu  və  ya  digər  tamaĢanın  taleyi  tamamilə  bədii  Ģuranın  qərarından 

asılı olurdu. Bununla belə "Azərbaycan sovet teatrı"nın formalaĢ ması dövrü milli 

və  klassik  dramaturgiyanın  tamaĢaları,  həmçin in  müasir  mövzu larda  pyeslərlə 

səciyyəvi  idi.  C.Cabbarlının  dramaturgiya  yaradıcılığ ının  çiçəklən məsi  xüsusilə 

fərqlənirdi,  onun  pyesləri  Azərbaycan  dram  teatrının  səhnəsində  aparıcı  yer 

tuturdu.  Yeni  milli  dramaturgiyanın  q ızıl  fonduna  daxil  o lan  "Aydın",  "Sevil", 

"Oqtay Eloğlu" pyesləri  müasir həyat qurucuların ı  mə fku rə və  mənəvi cəhətdən 

zənginləĢdirird i.  "Sevil"  pyesi  daha  çox  müvəffəq iyyət  qazanmıĢdı.  Dövrün 



314 

 

tələbindən  doğan  bu  səhnə  əsəri  Azərbaycan  qadınlığ ını  tam  ictimai-sosial 



azadlığa  səsləyən  qızğın  çağırıĢ  id i.  Sevil  rolunda  Azərbaycan  səhnəsində  ilk 

dəfə gənc aktrisa Mərziyyə Davudova çıxıĢ etmiĢdi. Tezliklə pyes Bakıda rus və 

erməni,  sonra  isə  türkmən,  tatar  və  tacik  teatrlarında  böyük  uğurla  tamaĢaya 

qoyuldu 


186

"Bakı fəhlə teatrı" da dövrün mühüm hadisələri  ilə səsləĢən pyeslərlə öz 



repertuarını  müasirləĢdirməyə  çalıĢırdı.  Onun  səhnəsində  rus dramaturgiyasının  

əsərləri  -  V.Bil-Belotserkovskinin  "Qiyam",  S.Lavrenyevin  "Hücum"  və 

V.ViĢnovskinin "Nikbin faciə"si tamaĢaya qoyulmuĢdu. Görkəmli sovet teatr və 

kino  ustaları  -  istedadlı  a ktyorlar  M ixail  Jarov,  Fa ina  Ranevskaya  Bakı  teatr 

səhnəsinin  yetiĢdirməsidir

187


.  Bakı  erməni  teatrında  klassik  və  müasir  əsərlər 

tamaĢaya qoyulurdu. 1928-1930-cu illərdə rus və Azərbaycan fəhlə uĢaq teatrları 

meydana  gəldi,  Azə rbaycan  və  rus  bölmə ləri  olan  fəhlə  gənclər  teatrı  təĢkil 

edildi. 


Azərbaycan dram teatrı SSRĠ  xalq ları teatrlarının 1930-cu ilin  iyununda 

Ümu mittifaq olimp iadasında iĢtirak etdi və Moskvada "Hacı Qara", "Sev il", "Od 

gəlini",  "Namus",  "Gülən  adam",  "Zaqmuk"  tamaĢaların ı  göstərdi

188


.  Yeni 

pyeslərlə  yanaĢı,  müttəfiq  respublikaların,  habelə  Azərbaycan  teatrının 

səhnələrində  bu  illərdə  formalizmin  üstünlük  verildiy i  py eslər  də  göstərilir, 

tamaĢalara  konstruktiv dekorasiyalarla tə rtibat verilird i.  ÜĠK(b )P M K-n ın 1932-

ci  il  23  aprel  ta rixli  "Ədəbi-bədii  təĢkilatların  yenidən  qurulması  haqqında" 

qərarı  teatr  sənəti  iĢçilərini  "formalist"  incəsənətdən  azad  olmağa 

istiqamətləndirdi.  Bu qərar teatrı real gerçəkliyə yaxınlaĢ mağa istiqamətləndirən  

müsbət cəhətlərinə baxmayaraq, eyni zamanda faktiki olaraq yaradıcı təĢəbbüsü, 

fikir orijinallığın ı boğur, səhnədə yalnız "sosialist" yeniliklərini göstərməyi tələb  

edirdi. 


Respublikada  milli  teatr  kadrları  hazırlamaq  üçün  teatr  texniku mu  

fəaliyyət  göstərirdi.  1930-cu  ilin   martında  AK(b)P  M K  teatr  üçün  kadrlar 

hazırlan ması  vəzifə lərinə  həsr  olunmuĢ  xüsusi  müĢavirədə  texn iku mda  fəhlə 

gənclərin  üstünlüyünün  təmin  edilməsi,  texn iku ma  "yad  ünsürlərin"  daxil 

olmasının  yolverilməzliyi  zəruriyyəti  qeyd  olunmuĢdu.  Partiya  təkcə  teatr 

repertuarına  deyil,  habelə  teatr  kadrları  hazırlayan  müəssisələrə  də nəzarət  edir, 

Ģagirdlərin  sosial  tərkibinə  yerli  kadrların,  o  cü mlədən  Azərbaycanlı  qadınların  

cəlb  cdilməsinə  də  ciddi  fikir  verird i

189

.  Ġstedadlı  gənc  aktyorlar  həmçinin  



RSFSR teatr tədris müəssisələrinə oxu mağa və fəhlə teatrlarına təcrübə keçməyə  

göndərilirdi 

190

. ZəhmətkeĢ əhalinin teatr sənətinə geniĢ cəlb edilməsi sahəsində 



böyük  iĢ  aparılır,  bu  məqsədlə  qəzalara  və  fəhlə  rayonlarına  teatr  briqadaları 

göndərilirdi.  1928-ci  ildə səyyar Azərbaycan kənd təĢviqat teatrı yaradıldı

191

. Bu 


illərdə  təĢkil  edilən  teatr  və  aktyorların  rayonlara  səfərləri,  anket  sorğularının  

315 

 

keçirilməsi,  tamaĢaçı  konfransları  və  söhbətlər  zəh mətkeĢ   kütlələri  teatrlara 



yaxınlaĢdırırd ı.  Beləliklə,  respublikada  teatrların  sayı  artırdı,  1927-ci  ildə  beĢ 

teatr var idisə, 1933-cü ildə onların sayı ona çatmıĢdı

192



Bu  dövrdə  tez-tez  teatr  məsələsinə  həsr  olunmuĢ  partiya  müĢavirələri 



keçirilir,  teatr  tamaĢalarının  repertuarı  mü zakirə  olunur,  teatr  səhnəsi 

"kommun ist ideologiyası" və partiya siyasətini yayan təbliğ edən tribunaya, daha 

bir mühü m "ideolo ji məntəqəyə" çevrilirdi. 

1930-cu  ildə  A zərbaycan  fəhlə  teatrının  Len inqrad  (Sankt -Peterburq) 

Böyük  dram  teatrı  ilə  mədəni  əlaqələri  geniĢləndi

193


.  Həmin  il  respublika 

hökuməti  teatr  texniku munda  Türkmən istan,  Özbəkistan  və  Dağıstan 

nümayəndələri üçün otuz yer ayırd ı

194


Bu  illərdə  Azərbaycan  teatrının  görkəmli  aktyorlar  nəsli  forma laĢır, 

onlara  diqqət  və  qayğı  da  artırdı.  Azərbaycan  ictimaiyyəti  1929-cu  ildə  Abbas 

Mirzə  ġərifzadənin  yarad ıcılığının  20  illiyin i  qeyd  etdi,  onun  V.ġekspirin  

"Otello",  "Ha mlet",  ġillerin  "Qaçaqlar",  M.Qorkinin  "Həyatın  dibində", 

C.Cabbarlın ın  "Aydın",  "Od  gəlini",  H.Cavidin  "ġey x  Sənan"  və b.  əsərlərində 

baĢ rollarda böyük müvəffəqiyyətlə çıxıĢ etməsi yüksək q iy mətləndirildi 

195


Azərbaycanın  görkəmli  səhnə  ustaları  -  Sidqi  Ruhulla,  M irzə  Ağa 

Əliyev, Ülv i Rəcəb, Ġsmay ıl Hidayətzadə A zərbaycan SSR xalq artisti, Mərziyyə 

Davudova,  Sona  Hacıyeva,  Rza  Da rablı  -  ə mə kdar  artist  fə xri  ad ları,  Əh məd  

Qəmərlinski,  M.M.Kazımovski,  Əzizə  xanım  Məmmədova,  M.Mərdanov, 

M.Sənani,  Rza  Təh masib  və  Rüstəm  Mustafayev  fəxri  fəmanlar  ilə  təltif 

olundular

196


Bakıda rus fəhlə teatrı, habelə  Bakı və Xankəndində erməni dram teatrı 

fəaliyyət  göstərirdi.  1933-cü  ilin   fevralında  A zərbaycan  fəhlə  teatrı  Gəncəyə 

köçdü, AK(b)P M K-nın  1937-ci il 17 iyun qərarı əsasında ona xüsusi teatr binası 

tikild i və C.Cabbarlın ın adı verildi. 

Eyni  zamanda,  rayon  mərkəzlərində  zəh mətkeĢlərin  özfəaliyyət 

yaradıcılığ ı,  bədii  fəaliyyəti  tədricən  inkiĢaf  edirdi

197


.  ġamaxı,  ġamxor,  Ağdam, 

ġuĢa,  AğdaĢ,  Quba,  Qaryagin  (indiki  Fü zuli)  və  Lənkəranda198  teatr 

kollektivləri  yaradılmıĢdı.  Respublikada  14  dram  teatrı,  o  cü mlədən  Naxçıvan , 

Xankəndi  və  Nu xada  teatrlar  fəaliyyət  göstərirdi

199

.  YaĢlı  nəslə  (A.Tuqanov, 



R.Darab lı,  R.Təh masib,  Ġ.Hidayətzadə)  Y.Uldu z,  Ə.ġərifov,  Ə.Ġskəndərov, 

M.AĢurov,  S.Turabov,  Ə.Ələsgərov,  Ə.Əliyev,  ġ.Bədəlbəyli  kimi  gənc 

sənətkarlar  qoĢuldular.  Ġstedadlı  rəssam  Rüstəm  Mus tafayevlə  yanaĢı  teatr 

rəssamları nəsli - N.Fətullayev, Ġ.A xundov, A.Abbasov, B.Əfqanlı, K.Kazımzadə 

və  b.  yetiĢdi.  Azərbaycan  teatr  kollektiv ləri  həm  də  yeni  dramaturgiyaya 

cəsarətlə müraciət edirdilər. 



316 

 

Azərbaycan dram teatrının səhnəsində milli  klassiklərin bir sıra əsərləri 



-  N.Və zirovun  "Müsibəti-Fə xrəddin"  (1939),  C.Mə mmədquluzadənin  "Ölülər"  

(1940)  və  S.S.A xundovun  "EĢq  və  intiqam",  (1941)  yeni  quruluĢda  tamaĢaya 

qoyuldu.  S.Vurğunun  "Vaqif  (1938)  və  S.Rüstəmin  "Qaçaq  Nəbi"  (1941) 

tamaĢaları  göstərildi  böyük  Ģair  Vaq ifin  unudulmaz  surətini  istedadlı  aktyor 

Ə.Ələsgərov yaratdı. Teatrda C.Cabbarlının "Od gəlini" (1939), Mehdi Hüseynin 

"ġöhrət"  (1939)  və  b.  əsərlərin  müasir  o rijinal  səhnə  tamaĢaları  kütlələrin  

məhəbbətini qazan mıĢdı. 

Azərbaycan teatrı artıq rus və Qərbi Avropa  klassik dramaturgiyasında 

mühü m  yer  tutan  görkəmli  sənətkarların  məĢhur  əsərlərinin  ö zünəməxsus 

üslubda dərindən dərk edilmiĢ yeni səhnə təcəssümünü yaradırdı

200

. Azərbaycan 



teatrının  səhnəsində  F.ġillerin  "Məkr  və  məhəbbət"  (1938),  O.Balzakın  "Ögey 

ana"  (1939),  P.Bo marĢenin  "Fiqaronun  toyu"  (1940),  N.Ostrovskinin  "Cehizsiz 

qız" (1939) əsərləri və b. pyeslər tamaĢaya qoyulurdu. 

Bəzən  o  illərin  mətbuat  səhifələrində  bu  və  ya  digər  Qərbi  Avropa 

müəlliflərin in  pyeslərinin  tamaĢaya  qoyulmas ma  etiraz  bildirən  yazılara  rast 

gəlinirdi. Məsələn, 1929-cu il 1  iyul tarixli "Ko mmunist" qəzetində azərbaycanlı 

qadınların  qızğ ın  müdafiəçisi  kimi  çıxıĢ  edən  müəllif  V.ġekspirin  "ġıltaq  qızın 

yumĢalması"  komed iyasının  tamaĢaya  qoyulmasının  əleyhinə  çıxaraq  yazırd ı: 

"Bütün  cəmiyyət  yeni  türk  qadını  yaratmaq  və  ümu miyyətlə,  qadınları  azad 

etmək uğrunda amansız  mübarizə aparırkən, Türk Akademik Teatrosu ġekspirin 

köhnə  "ġıltaq  qızın  yu mĢalması"  əsəri  ilə  türk  qadınlarını  yu mĢaltmaq  fıkrinə 

düĢdü".  Sonra  müəllif  teatr  truppasının  bəzi  müvəffəqiyyətlərindən  danıĢaraq 

teatrın  adını  dəyiĢməyi  təklif  edir,  belə  ki,  onun  fıkrinə  görə,  "Akademik  adı 

gənc və yeni yetiĢən teatra mühafızəkar bir rəng verərək qətiyyən uyğun gəlmir". 

Yazıda baĢqa təhrif və əyintilər də var idi 

201


Tezliklə  qəzetlər  sevinclə  xəbər  yaydılar  ki,  iĢçi  teatrının  kütlələrlə 

əlaqəsinin yeni forması tapılmıĢdır.  Bundan sonra hər bir pyesin premyerasından 

əvvəl  rejissorlarla  fəhlələrin  görüĢünü  keçirmək  plan laĢdırıldı.  Bu  görüĢlərdə 

quruluĢun  təhlilindən  sonra  gələcək  tamaĢaçıların   qeydlərinə  qulaq  asılmalı, 

bunlardan  sonrakı  iĢ  prosesində  istifadə  edilməli  id i.  Qəzetin  fıkrinə  görə, 

teatrların  bacarıqsız  bədii  Ģuraları  geniĢ  iĢçi  kütləsinin  nəzarəti  ilə  əvəz 

ediləcəkd ir.  Belə liklə,  populizmin  xeyrinə  peĢəkarların  fıkri  qurban  edilir, 

bununla da diletantlıq in kiĢaf ed irdi 

202


Teatr sənətində bir növ formal "özfəaliyyət" inkiĢaf edirdi. 1939-cu ildə 

Bakıda  yaradılan  xalq  yaradıcılığı  evi  bədii  özfəa liyyət  kollektivlərinə  kö mək 

göstərirdi.  1940-cı  ildə Azərbaycanda onların sayı 320-yə çatmıĢdı.  Həmin  ildə 

özfəaliyyət xalq incəsənəti olimpiadası keçirild i 

203




317 

 

O  illərin  repressiyasına  məruz  qalanlar  aras ında  teatr-səhnə 



xadimlərindən  Azərbaycan  səhnəsində  faciəli  ro lların  görkəmli  ifaçıları 

A.M.ġərifzadə,  Ülv i  Rəcəb  və  cəhənnəm  girdabından  möcüzəli  Ģəkildə  xilas 

olmuĢ Kazım Ziya Kazımzadə və b. var id i. 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin