Musiqi. A zərbaycanın özünəmə xsus musiqi incəsənəti, çətin liklə də
olsa, tərəqqi edirdi. Bu dövrdə milli opera sənətinin inkiĢaf yolları barədə kəskin
diskussiya gedirdi. Ġnqilaba qədərki muğa m operalarını bir sıra " xadimlə r"
primitiv elan edir, hətta Avropa tipli operalar yarad ılanadək opera teatrını
bağlamaq məsələsini qald ırırd ılar. BaĢqa cür ifrata varanlar isə yaln ız muğam
əsasında yazılmıĢ operanı yeganə milli, dinləy icilərin estetik zövqlərinə cavab
verən opera hesab edirdilər. 20-30-cu illərdə milli musiqi alətlərini Avropa
alətləri ilə dəyiĢ məyi təklif edən "islahatçılar" da tapılmıĢdı.
Hətta, 1929-cu ilin fevralında Xalq Maarif Ko missarlığın ın qəbul etdiyi
qərarda deyilird i: "Konservatoriyanın bütün pillələrində peĢəkar kurslarda
məcburi təlim olan tarda çalmağı öyrən mək tədris planından çıxarılsın; bununla
əlaqədar, A zərbaycan konservatoriyası nəzdində olan ġərq orkestri ləğv olunsun,
tar üzrə təhsil alanlar Avropa alətləri sin iflərinə paylans ın"
204
. Bunu xa lq maarif
ko missarı M. Quliyev də etiraf edərək demiĢdi: "Musiqi məktəblərinə gəldikdə
isə siyasətimiz bu musiqi təhsilin i avropalaĢdırmağa yönəldilmiĢdir".
Azərbaycan Kommunist Partiyası MK da bunu bütünlüklə yo x, ancaq o dövr
üçün səhv saydı: "MK bəzi yoldaĢların türk (ġərq) musiqi alətlərin i Avropa
alətlərilə əvəz etmək haqqında təklifıni dü zgün hesab etmir. Türk zəh mətkeĢ
kütlələrin in mədəni inkiĢafının hazırkı mərhələsində belə təkliflər sovet
orqanların ın milli musiqiyə və hətta milli mədəniyyətə qarĢı çıxıĢı kimi baĢa
düĢüləcək"
205
. Səciyyəvi haldır ki, müəyyən qüvvələr tərəfindən təkcə xalq çalğı
alətlərinə deyil, həmçin in simfonik orkestr üçün yazılmıĢ ġərq musiqi əsərlərinə
qarĢı da etinasız münasibət göstərilirdi. Milli musiqi sənəti irsinə hücuma
keçənlərə qarĢı Ü.Hacıbəyov, M.Maqomayev və onların həmfikirləri çıxıĢ edirdilər.
Azərbaycan incəsənətinin qabaqcıl nümayəndələri canlı mahnı-musiqi folklor
ənənələrini inkar edən, hətta tar və digər musiqi alətlərindən istifadə olunmasına
qadağan qoyulmasını təklif edən nihilistlərin müqavimətini dəf edərək, Azərbaycan
musiqisinin inkiĢaf yolların ı düzgün müəyyənləĢdirməyə nail o ldular.
Ü.Hacıbəyovun 1931-ci ildə Azərbaycan Radio VeriliĢləri Ko mitəsi
nəzdində yaratdığı "notlu" xalq instrumental ansamblı milli musiqi ilə Avropa
musiqisinin uzlaĢdırılmasının mümkün və səmərəli olduğunu sübut edən ən tutarlı
dəlillərdən biri idi. Orkestrin repertuarı xalq lirikası nümunələri, klassik Avropa
(Motsart Mendelson, Bize, Qlinka) və Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyov,
M. Maqomayev) əsərlərindən ibarət idi.
318
Bu illərdə Azərbaycanın musiqi həyatı xüsusilə Bakıda mü xtəlifliyi və
coĢqunluğu ilə seçilirdi. 1923-cü ildə yaradılmıĢ "ġəhərin kəndlə rabitəsi cəmiyyəti"
(ġKRC) əlaqələndirici konsert mərkəzi rolunu oynayırdı. O, xüsusilə müntəzəm
olaraq fəhlə rayonlarında yay simfonik mövsümləri, simfonik konsertlər təĢkil
edərək simfonik musiqini təbliğ edirdi. Bakıda A.Pavlov, Arbenin, Suk, Qolovanov,
fransız Rene Batopa və digər məĢhur sovet və xarici dirijorların rəhbərliyi altında
Haydn, Motsart, ġubert, Bethoven, Qlinka, Rimski-Korsakov, Çaykovski, Rixard
ġtraus, Stravinski, Prokofyev, Vasilenko, Myaskovskinin əsərləri səsləndirilirdi.
Eyni zamanda milli bəstəkar yaradıcılığı da inkiĢaf edirdi. Ü.Hacıbəyov və
M.Maqomayev Azərbaycan mahnılarının geniĢ yayılmasının bünövrəsini qoydular.
Bunlar əsasən qəhrəmanlıq-vətənpərvərlik mahnı-marĢları (Ü.Hacıbəyov "Qızıl
əsgər", "Süvari əsgər", A.Zeynallı "Qızıl bayraq") və sovet adamlarının əməyini
tərənnüm edən mahnılar (M.Maqomayev "Kəndimiz") idi. Ancaq Ü.Hacıbəyovun
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı musiqi əsərlərinin ifası qadağan
edilmiĢdi.
Azərbaycanın birinci tam ali musiqi təhsili almıĢ bəstəkarı, qısa ömür
yaĢamıĢ Asəf Zeynallı (1909-1932-ci il) ilk Azərbaycan romanslarını yaratdı, öz
əsərlərində milli və Avropa incəsənətinin qarĢılıqlı əlaqələrini dərinləĢdirdi. Onun
"Ölkəm", "Çadra", "Sərhədçi" romanslarına yüksək vətənpərvərlik ruhu
aĢılanmıĢdır. A.
Zeynallı instrumental kamera musiqisi sahəsində çıxıĢ edən ilk
Azərbaycan bəstəkarlarından idi.
Xalq musiqi yaradıcılığı və ifaçılığı geniĢ vüsət aldı. Bu sahədə xalqın
böyük nüfuzunu, məhəbbətini qazanmıĢ xanəndələr Cabbar Qaryağdı, Seyid ġuĢinski,
tarzənlər Qurban Primov, Bəhram Mansurov öz fəaliyyətləri ilə xüsusən
fərqlənirdilər.
Musiqi sənətinin inkiĢafında 1932-ci ildə müasir A zərbaycan
professional vokal sənətinin banisi Bülbülün təĢəbbüsü ilə yaradıl mıĢ elmi-
tədqiqat musiqi kabineti mühüm rol oynadı
206
. O, respublikada Azərbaycan xalq
musiqisin in demək olar ki, bütün janrları üzrə zəngin material toplayan elmi-
tədqiqat qurumu idi.
1933-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında musiqi qabiliyyətli
uĢaqlar üçün xüsusi qrup açılmıĢdı. Bu qrupdakı uĢaqlarla təcrübəli pedaqoqlar və
Konservatoriyanın istedadlı məzunları məĢğul olurdular. 1937-1938-ci illə rdə gənc
istedadlar qrupu o dövrdə təĢkil olunmuĢ musiqi məktəbinə, sonra isə təcrübəli
pianoçu-pedaqoq K.X.Səfərəliyevanın uzun illər rəhbərlik etdiyi xüsusi uĢaq musiqi
məktəbinə daxil oldular
207
.
30-cu illərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında Bakının
teatr-musiqi həyatına çox tez daxil olmuĢ opera sinfi açıldı. 1937-ci ildə opera sinfi
319
Dzerjinskinin "Sakit Don", Rossinin "Siviliya bərbəri", həmçinin Draqomıjskinin "Su
pərisi" operasının birinci pərdəsini tamaĢaya qoymuĢdu.
1934-cü ildə musiqi mədəniyyətinin görkəmli nümayəndələrini -
bəstəkarların ı, tanın mıĢ musiqi xadimlərin i birləĢdirən A zərbaycan Bəstəkarlar
Ġttifaqı yaradıldı
208
.
Həmin ildə R.M.Qliyerin C.Cabbarlının librettosu əsasında "ġah Sənəm"
operasının yeni redaksiyada səslənməsi musiqi aləmində mühüm hadisə oldu.
Azərbaycan opera yaradıcılığının təkamülünü sübut edən M.Maqomayevin yeni,
inkiĢaf etmiĢ opera formaları -xor, ariya, arioza və reçitativlərdən geniĢ istifadə
olunmuĢ "Nərgiz" operası ilk dəfə 1935-ci ildə tamaĢaya qoyuldu.
Ü.Hacıbəyovun "Koroğlu" operası (1937) A zərbaycan opera musiqisinin
ən uca zirvəsi, milli opera sənətinin klassik nümunəsi, bəstəkarın böyük və
mürəkkəb yaradıcılıq yolunun kulminasiya nöqtəsi oldu. Ü.Hacıbəyov bu əsəri ilə
xa lqın ölməz qəhrəmanlıq ruhunu tərənnüm edən dahiyanə musiqi epopeyası
yaratmıĢdır. Azərbaycan bəstəkarlarının musiqi yaradıcılığ ı da hakim
"ideologiya"nın təsir dairəsindən kənarda qala bilməzdi. Ü.Hacıbəyovun
"Kolxo z tarlalarında" kantatası, M.Maqomayevin əsərləri, gənc bəstəkar
Niya zinin simfon ik orkestr üçün "Azərbaycan tarlala rında", "Azad Azərbaycan
qadınının rəqsi", "Zaqatala süitası" yaradıldı.
1936-c ı ildə Azə rbaycan Dövlət Fila rmoniyasının əsası qoyuldu
Azərbaycan Dövlət xoru və xalq rəqsləri ansamblı fəaliyyətə baĢladı.
Həmin dövrdə ilk A zərbaycan musiqili ko mediyaları meydana gəldi.
S.Rüstəmovun "BeĢ manatlıq gəlin" (M.S.Ordubadinin lib rettosu əsasında),
S.Hacıbəyovun ―Qızılgü l‖ (1940) musiqili ko med iyaları uğurla göstərild i.
Ə.Bədəlbəylinin klassik balet və xalq rəqslərinin sintezi zəmin ində yazılmıĢ "Qız
qalası" əsərinin tamaĢası milli baletin əsasını qoydu.
1938-c i ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü xalqın
çoxsahəli zəngin mədəniyyətinin, o cü mlədən musiqisinin yeni nailiyyətlərinə
baxıĢ oldu. Ongünlük dövründə moskvalılar "ġah Sənəm", "Nərgiz" və
"Koroğlu" operaları, "ArĢın mal alan" musiqili ko mediyası ilə tanıĢ oldular.
SSRĠ Böyük Teatrında yekun konsertində gənc bəstəkar Qara Qarayevin "Ürək
mahnısı" kantatası ifa olundu. Paytaxt ictimaiyyəti "Azərbaycan incəsənətinin
böyük yaradıcı yüksəliĢini" ehtiramla qeyd etdi. Azərbaycan Dövlət Opera və
Balet Teatrı Lenin ordeni ilə təltif o lundu. Ü.Hacıbəyov, R.M .Qliyer, Bü lbül və
ġ.Məmmədova SSRĠ xalq artisti fəxri adına layiq görüldülər. Azərbaycan musiqi
ifaçıların ın böyük bir qrupu orden və medallarla təltif o lundu
209
. 1940-cı ildə
Ü.Hacıbəyovun "Koroğlu" operasına SSRĠ Dövlət mükafatı verildi.
Bu illərdə C.Hacıyev "Sosialist Azərbaycanı" və "Sibirə məktub"
(A.S.PuĢkinin motivləri əsasında) simfonik süitasını, Q.Qarayev " Azərbaycan
320
süitası"nı yaratdı. Ü.Hacıbəyov adına Dövlət simfonik orkestri yarad ıld ı,
musiqili ko med iya teatrı təĢkil o lundu. Rejissor Ġ.Hidayətzadə, müğənni-
aktyorlar Bü lbül, ġövkət Məmmədova, Fatma Mu xtarova, Həqiqət Rzayeva,
Azərbaycanın ilk qadın balerinası Qəmər A lmaszadə kimi istedadlı incəsənət
xadimləri məĢhurlaĢdılar. Ü.Hacıbəyovun rəhbərlik etdiyi Azərbaycan Dövlət
Konservatoriyası yeni istedadlı kadrlar hazırlamağa baĢladı. Respublikada böyük
musiqi tədris müəssisələri Ģəbəkəsi, o cümlədən Bakı, Gəncə və ġuĢada musiqi
məktəbləri müvəffəqiyyətlə fəaliyyət söstərirdi. Təkcə Bakı və onun neft
rayonlarında 12 ibtidai musiqi məktəbi var idi. Naxçıvan, Xankəndi, Ağdam,
Nu xa və Qubada musiqi məktəbləri açılmıĢdı.
Azərbaycan musiqi sənətinin ön səhnəsində ona dünya Ģöhrəti gətirən
bəstəkarların yeni nəsli - Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Fikrət Əmirov,
Sultan Hacıbəyov, Süley man Ələsgərov kimi ustalar yetiĢdi.
1931/32-c i tədris ilində Konservatoriyada təhsil alan 530 tələbədən 304
nəfəri azərbaycanlı idi
210
.1938-ci ildə Konservatoriyanın bəstəkarlıq fakü ltəsinin
tələbələri Qara Qarayev və Cövdət Hacıyev təhsillərini davam etdirmək üçün
Moskva Ģəhərinə göndərildilər və onlara fərdi təqaüd verildi
211.
1939-cu ildə Konservatoriyanın müəllim və tələbələri 38 ha milik
konserti keçirmiĢdilər. 1940-c ı ilin martında Ü.Hacıbəyov Konservatoriyanın
rektoru təyin edildi
212
.
Ki no. Azərbaycan kino sənəti təĢəkkül tapıb müasir inkiĢaf yoluna
çıxırd ı.
Respublika kinematoqrafıyasında hələ də milli rejissor və operatorlara
ehtiyac çox, lazımi yaradıcılıq təcrübəsi zəif idi. Halbu ki onun qarĢısına yeni
cəmiyyət quruculuğunda fəal iĢtirak etmək vəzifəsi qoyulmuĢdu. Ən kütləvi
tamaĢa sənəti kimi kinonun əhəmiyyətini, hakim "ideologiyanın" təbliğində
onun imkan larını nəzərə alaraq, ÜĠK(b ) P MK 1928-ci ilin martında kino üzrə
Ümu mittifaq partiya müĢavirəsi keçirdi və 1929-cu ilin yanvarında
"Kinematoqrafıyanın rəhbər iĢçi kadrları haqqında" qərar qəbul etdi. Qərarda
partiyanın kino qarĢısında qoyduğu vəzifələ r müəyyən edild i.
Respublikada kino kadrlarının hazırlan ması, kinematoqrafiyanın texniki
bazasının möhkəmləndirilməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirild i.
Azərbaycan kinematoqrafiyası yüksək bədii əhəmiyyətli f ilmlərin yaradılması
sahəsində ilk addımlar atdı.
1928-c i ildə Bakı proletariatın ın inqilab i mübarizəsinə həsr olunmuĢ
"Vulkan ü zərində ev" bədii filmi Ümu mittifaq ekranına çıxdı. 1929-cu ildə isə
A.M.ġərifzadə Azərbaycanda dram əsərlərinin ekranlaĢdırılmasının baĢlanğıcını
qoyan "Hacı Qara" kino-filmini çəkdi. Filmin yaradılmasında istedadlı aktyorlar
321
M.Əliyev (baĢ rolun ifaçısı), Q.A.Abasova, S.Ruhulla, Əzizə xanım Hacıyeva iĢtirak
etmiĢdi.
C.Cabbarlının ssenarisi üzrə çəkilmiĢ "Sevil" filmi (1929) ictimaiyyət
tərəfindən rəğbətlə qarĢılandı. Filmin qəhrəmanı mübariz Azərbaycan qadını Sevil
rolunda ixtisasca kimyaçı, sonralar isə Azərbaycan Elmlər Akadcmiyasının həqiqi
üzvü olmuĢ Ġzzət Orucova məharətlə çıxıĢ etmiĢdi. Partiya sifariĢi ilə Bakı
kommunası haqqında film yaratmağa cəhd edildi, hətta AK(b)P MK 1928-c i ilin
iyununda "26-la r" kinofilmin in çəkiliĢinə ümu mi rəhbərlik üçün partiya və dövlət
xadimlərindən H.Sultanov, M.Quliyev, A.NikiĢin və T.Hüseynovdan ibarət "partiya
komissiyası" yaratdı
213
. Yalnız 1931-ci ildə, əlbəttə, zamanın konyunktur siyasi
sifariĢi
səviyyəsində
rejissor
N.ġengeliyanın baĢçılığı
altında gürcü
kinematoqrafçıları ilə əməkdaĢlıqda "26 Komissar" fılmi çəkildi
214
. Bu, həmin dövrdə
Bakı Xalq Komissarları Sovetinin ("Bakı kommunası") fəaliyyət tarixini
öyrənməklə əlaqədar idi. Lakin bədii kino əsəri olan bu filmdə o dövrün tarixi
saxtalaĢdırılmıĢdı.
Gənc Azərbaycan kino rejissoru M.Mikayılovun kollektivləĢdirmə
prosesində balaca kəndli balası Lətifın taleyindən bəhs edən eyni adda filmi ekrana
çıxdı. Filmdə istedadlı aktyorlar Əjdər Sultanov, Ələkbər Ələkbərov, Mustafa
Mərdanov və Məcid ġamxalov çəkilmiĢdilər.
1930-cu ilin sonunda Bakıda səsli kinonun meydana çıxması ilə əlaqədar
səsli kinofabrikin və dörd kinoteatrın tikintisinə baĢ landı
215
. Bakıda kino
mütəxəssisləri hazırlayan kino yaradıcılığı studiyası var idi
216
. Burada A.Litvinov,
Ġ.Tartakovski, A.Maxovski, Ġ.Manakov kimi rejissor və operatorlarla birlikdə
M.Mikayılov, S.Bədəlov, S.Mərdanov, M.DadaĢov və b. çalıĢırdılar
217
.
Kino respublikanın uzaq rayon və kəndlərinə da daxil olurdu. Səyyar kino
Ģəbəkələri geniĢlənir, kənd rayonlarının kinolaĢdırılması güclənirdi. 1935-ci ilin
yanvarında Moskvada kino problemlərinə həsr olunmuĢ Ümu mittifaq müĢavirəsi
keçirildi. MüĢavirə kino haqqında əhəmiyyətli qərarlar qəbul etməklə bərabər, kine
matoqrafiya xad imlərini "sovet həyat tərzini", sovet quruluĢunu təbliğ edən
filmlər yaratmağa çağırırdı
218
. AK(b)P MK da ona uyğun qəbul etdiyi qərarda
fəhlə sinfi və kolxozçu kəndlilərin sinfi mübarizəsini
219
, "sovet adamlarının" həyatını
təsvir etməyi Azərbaycan kino iĢçilərinin qarĢısında əsas vəzifə qoydu. Rejissor
M.Mikayılovun "Ġsmət" filmi (1934) ilk azərbaycanlı təyyarəçi qadın Leyla
Məmmədbəyovaya həsr olunmuĢdu
220
. 1935-ci ildə M.Mikaylov neft sənayesinə
həsr edilmiĢ "Altıncı duyğu" (A.Kapler və Ġ.Tartakovskinin ssenarisi üzrə) filmini
çəkdi. Həmin dövrdə Azərfilm pioner düĢərgəsində uĢaqların həyatına aid ikihissəli
novella - "Rəqs edən tısbağa" (Abdulla ġaiqin ssenarisi üzrə) filmini bura xd ı.
Azərbaycan kinematoqrafıyasının inkiĢafında 1936-cı ildə "Sevil" və "Ġsmət"
filmlərinin davamı kimi çəkilmiĢ "Almaz" filmi mühüm mərhələ oldu
221
.
322
1938-ci ilin noyabrında Azərbaycan SSR XKS yanında Kinematoqrafıya
Komitəsi yaradıldı
222
. Onun rəhbərliyi altında müharibədən əvvəlki illərdə Azərbaycan
xalqının qəhrəman keçmiĢinə, vətənin azadlığı uğrunda mübarizəsinə həsr olunmuĢ
fılmlər yaradıldı. "Bakılılar" fılmi tarixi-inqilabi mövzuya həsr olunmuĢdu. MəĢhur
kinorejissorlar S.EyzenĢteyn və A.Dovjenkonun Ģagirdi Səməd Mərdanov tarixi-
inqilabi mövzuda "Kəndlilər" filmini yaratdı.
Kino sənətinin inkiĢafı sahəsində görülən iĢlər onun respublika
zəhmətkeĢlərinin mədəni-məiĢətinə onların tərbiyəsinin mühüm amili kimi
möhkəm Ģəkildə daxil olmasını təmin etdi.
Təs viri və dekorativ-tətbiqi sənət. 30-cu illər təsviri sənət sahəsində
yaradıcı kadrların intensiv artımı, xalq kütlələrinin incəsənətə qovuĢmasını
istiqamətləndirən tədbirlərin, mu zey və sərgilərin geniĢlənməsi ilə səciyyələnirdi.
Bədii texniku m on il ərzində 70, o cümlədən 17 azərbaycanlı rəssam hazırladı.
Bununla da ilk rəssamların yaradıcılıq təĢkilatlarının formalaĢmasına əsas
oldu və 1928-ci ildə Azərbaycanın gənc rəssamlar təĢkilatı (Az.GRT) meydana
gəldi. Yaradıcılıq məktəbinin yetiĢdirmələri Ġ.A xundov, R.Mustafayev, A.Qazıyev,
A.Rzaquliyev, ġ.Manqasarov və b. həmin təĢkilata daxil idilər
223
.
Növbəti ildə yaradılmıĢ "Azərbaycan inqilabi təsviri incəsənət iĢçiləri
cəmiyyəti" (Az. ĠTĠĠC)
224
isə 1930-cu ildə sərgi təĢkil etdi. Sərgidə dövrün tələblərinə
uyğun mövzularda 150-dən çox əsər, o cümlədən S.Salamzadənin "Sap sexi",
H.Xalıqovun "Qadın Ģöbəsi", ġ.Manqasarovun "Kolxo zçu qadın" əsərlərində
zəh metkeĢlərin əmək, məiĢət və təhsilinə aid mü xtəlif səhnələr üstünlük təĢkil
edirdi.
Monumental heykəltəraĢlıq da in kiĢaf edirdi. Onun formalaĢması və
təkmilləĢdirilməsində 1926-cı ildə Bakıya gəlmiĢ heykəltəraĢ P.V.Sabsay fəal
iĢtirak etmiĢdi
225
. O, 1930-cu ilin may ında Ba kın ın mərkə zində ilk iri
monu mental əsərini - M.F.A xundovun heykəlini və 1932-ci ildə isə Bakıda
id man sarayı üçün "Bədən tərbiyəsindən əmək və müdafiəyə" barelyefıni
yapmıĢdı.
Bu illərdə Azərbaycan rəssamların ın rus sovet ustaları ilə yaradıcılıq
əlaqələri geniĢləndi. Rus rəssamları Azərbaycan mövzusu və obrazlarına bir sıra
tablolar
həsr
etmiĢdilər:
M.Fyodorov
"Azərbaycan
MĠK-in
sədri
S.Ağamalıoğlunun portreti", "azərbaycanlı qadın", B.Yakovlev "Ağ Ģəhər -
Kre kinq
zavodu",
"Neft
fantanı",
S.Ryankina "Savadsızlığın ləğvi",
S.Gerasimov "Qara Ģəhər", A.Kuprin " Bib iheybət neft mədənləri", P.Ku znetsov
"Neft buruqları" və s.
1932-c i ilin dekabrında respublikan ın xa lq rəssamı Ə.Əzimzadə baĢda
olmaqla A zərbaycan Sovet Rəssamları Ġttifaqı yarandı
226
. Onun əsas vəzifəsi
respublikanın yaradıcı kadrların ı yeni cəmiyyət quruculuğunda "ideyaca" fəal
323
iĢtirak etməyə cəlb etmək id i. 1933-cü ilin əvvəllərinə onun sıralarında 90
nəfərədək rəssam var id i.
1933-cü il may ayının a xırlarında Ba kıda yeni bədii sərgin in açılıĢı
oldu. Həmin ilin payızında isə bu sərginin əsasında Moskvada, paytaxt
ictimaiyyətinin yüksək marağ ını qazanan Azərbaycan rəssamlarının böyük
sərgisi təĢkil o lundu. Bu sərgilərdə otuz müəllifin 300-dək əsəri göstərilmiĢdi.
Eksponatlar içərisində milli bədii to xu malar və ipək parça üzərində naxıĢlar
geniĢ yer tuturdu.
Azərbaycan hökuməti respublikada təsviri sənətin inkiĢafına böyük
yardım edirdi. Azərbaycan SSR Xalq Ko missarları Soveti 1934-cü il iyulun 26-
da Hüseyn Rəhmanovun imzası ilə "Azərbaycan SSR-də təsviri incəsənət üzrə
tədbirlər haqqında" qərar qəbul etdi. Bu qərara əsasan, respublika təsviri
sənətinin vəziyyətini yaxĢılaĢdırmaq, eləcə də Azərbaycan SSR-in 15 illiyi
münasibətilə rəssamların sərgisini hazırlamaq üçün 26 rəssamın Azərbaycan
rayonlarına və neft mədənlərinə yarad ıcılıq ezamiyyətlərı təĢkil olundu
227
.
Gənc milli bədii məktəbin böyük sənət yoluna daxil o lması prosesi çox
mürəkkəb idi. Rəssamların yaradıcılığında mü xtəlif əyanlar nəzərə çarpırd ı. Bu
cəhətdən Ģair Firdovsinin anadan olmasının 1000 illiy i ilə əlaqədar, rəssamlardan
S.Salamzadənin "Rüstəmin döyüĢü", H.Xalıqovun "Firdovsinin dəfni",
M.Gerasimovun "Rüstəmin Söhrab la döyüĢləri", R.Mustafayevin "Firdovsinin
portreti" əsərləri səciyyəvidir. Bu əsərlərdə təqlid ünsürləri üstünlük təĢkil
edirdi. Bir sıra gənc rəssamlar özünəməxsus milli incəsənət yaratmağa cəhd
göstərirdilər.
Qrafika rəssamları respublikada nəĢr olunan kitab və jurnalların bədii
tərtibatı sahəsində müvəffəqiyyətlər qazan mıĢdılar. Bu sahədə rəssamlar
A.Hacıyev, Ġ.A xundov, H.Xa lıqov, M.Vlasov uğurla çalıĢırdılar. Gənc rəssamlar
S.Salamzadə, H.Haqverdiyev, T.Tağıyev, R.TopçubaĢova və M.Əfəndinin
əsərləri meydana çıxd ı. On lar ö z iĢlərində müasir və mühü m tarixi mövzu ları əks
etdirməyə cəhd göstərirdilər.
Gənc heykəltəraĢlar F.Əbdürrəh manov, C.Qaryağdı ilk əsərlə rində
Azərbaycan yazıçı və mədəniyyət xadimlərinin surətlərini yaratmıĢdılar.
F.Əbdürrəh manovun Firdovsinin "ġahnamə"sinin motivləri əsasında yaratdığı
"Nizə atan" heykəli onun ilk yaradıcılıq nailiyyətlərinə aiddir.
Səhnə tərtibatı ustaları içərisində R.Mustafayev seçilirdi. O,
"ġahnamə", "Od gəlini", "1905-ci ildə" tamaĢalarına dekorasiyalar vermiĢdi.
Dekorat iv-tətbiqi sənətin mü xtəlif növləri, habelə kütləvi bədii
özfəaliyyət inkiĢaf edirdi. Ancaq yeni müasir mövzu və naxıĢlarla bəzədilmiĢ
portret xalça, vaza və digər əĢyalar yaradılmasına baxmayaraq, ənənəvi xalq
sənəti növləri zəif dirçəld ilirdi. Bu tip ən yaxĢı nü munələrdən biri L.Kərimovun
324
eskizi üzrə toxun muĢ "Firdovsinin portreti" xalçası idi. Bu xalça 1937-ci ildə
Parisdə Ümu mdünya sərgisində müvəffəqiyyətlə nümay iĢ etdirilmiĢdi.
Azərbaycanın, demək olar, hər yerində ənənəvi həvəskar xalq ustaları
bədii tikmə, ağac ü zərində oyma, zərgərlik, xalçaçılıq və s. nü munələri
yaradırdılar. Milli naxıĢlarla bəzədilmiĢ maraqlı bədii tikmə əĢyaları - kiçik divar
xalçası, süfrə, yastıq, mütəkkə və araqçınlar meydana gəlirdi. Usta A.Lətifovun
tambur tikmə texn ikasında yaradılmıĢ ən yaxĢı iĢləri mu zey ləri bəzəyird i.
Ġstedadlı zərgərlər H.Quliyev, H.AĢurov gözəl qadın bəzəkləri - sırğa, ü zük
bilərzik hazırlay ırd ılar.
1936-cı ildə Azərbaycan Dövlət Muzeyi nəzdində müstəqil incəsənət Muzeyi
yaradıldı. Muzey kütlələr içərisində Ġncəsənətin populyarlaĢması, onların
zövqlərinin formalaĢdırılması sahəsində geniĢ konkret iĢ aparırdı. 1937-ci ilin
oktyabrında dövlət muzeyində azərbaycanlı rəssamların sərgisi açıldı. Orada mindən
çox eksponat (təsviri, döy mə, naxıĢlı to xuculuq) vard ı
228
.
Müharibəyə qədərki illərdə qadın rəssamların əsərlərindən ibarət sərgilərin
təĢkil edilməsi mədəni həyatda diqqətəlayiq hadisə idi. Bu sərgilərdə
Z.Məmmədovanın heykəltəraĢlıq, Q.Mustafayeva, R.TopçubaĢova, Q.Salamova,
M.Əfəndinin rəsm əsərləri, M.Rəhmanzadənin qrafik iĢləri, Ġ.Seyidovanın teatr
eskizləri xüsusi ilə fərqlənirdi.
Bakı rəssamlıq məktəbinin istedadlı yetirmələri öz təhsillərini Moskva,
Sankt-Peterburq, Tbilisinin ali rəssamlıq məktəblərində müvəffəqiyyətlə davam
etdirir, onların bir çoxu təkcə Sovet Ġttifaqında deyil, xaricdə də məĢhurlaĢırd ılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq görülməsi təsviri və
dekorativ-tətbiqi sənətin çiçəklənməsi üçün mühüm amil o ldu. 1940-c ı ildə
Nizami Gəncəvinin portret-surətini yaratmaq üzrə müsabiqədə Ģairin H.Xalıqovun
çəkdiyi məĢhur portreti birinci mükafata layiq görüldü. Rəssamlar S.ġərifzadə,
B.Əliyev, M.Abdullayev, B.Mirzəzadə, K.X.Xanlarov, A.B.Kazımov Nizami
muzeyinin ekspozisiyaları üçün rəsm tablolarını yaratdılar.
Qocaman xalq rəssamı Ə.Əzimzadə müxtəlif janrlarda qrafik əsərlər,
satirik rəsmlər, boyaqlı akvarellər, səhnə geyimi eskizləri çəkmiĢdi. Azərbaycan
SSR Xalq Komissarlar Soveti 1936-cı yanvarın 26-da rəssam Ə.Əzimzadənin iĢ
Ģəraitini yaxĢılaĢdırmaq üçün emalatxana tikilməsi barədə xüsusi qərar qəbul etdi
229
.
Ə.Əzimzadə Azərbaycanda yeni rəssam kadrların hazırlanmasına böyük
qayğı göstərirdi. 1940-cı il iyunun 27-də onun tövsiyəsilə Azərbaycan Dövlət
Rəssamlıq Texniku munun yetirmələrindən bir çoxu Moskva, Leninqrad, Kiyev,
Tbilisi ali məktəblərində oxumağa göndərildi. Onların sırasında sonralar
Azərbaycanın tanınmıĢ rəssamları olan Tağı Tağıyev, Kazım Kazımzadə, Həsən
Haqverdiyev, Kamil Xanlarov, Mürsəl Nəcəfov və b. var idi
230
.
325
Ə.Əzimzadə 1939-cu ildə SSRĠ Rəssamlar Ġttifaqı təĢkilat komitəsi
tərkibinə daxil edildi
231
. 1941-ci ildə Bakıda Ə.Əzimzadənin ço xillik yaradıc ılıq
fəaliyyətini əks etdirən sərgi təĢkil olundu. Sərgidə onun min iki yüz iĢi nümayiĢ
etdirilird i. Həmin sərgi elə həmin il Moskvada da göstərilmiĢdi
232
.
Azərbaycan heykəltəraĢları bir sıra monumental əsərlər yaratdılar.
HeykəltəraĢ F.Əbdürrəhmanov Nizaminin abidəsinin yaradılması üzrə 1940-cı ildə
elan edilmiĢ Ümu mittifaq müsabiqəsində birinci yeri tutdu. Nizami muzeyinin
fasadını bəzəyən altı heykəlin də, Füzuli abidəsinin də müəllifı odur. HeykəltəraĢ
C.Qaryağdı 1939-cu ildə Samur-Dəvəçi kanalı üçün "Kolxozçu qadın" heykəlini
yaratdı.Vaqifin Nizami muzeyinin fasadında qoyulmuĢ heykəli də onun
müvəffəqiyyətli iĢlərindəndir.
Rəssam R.Mustafayev teatr dekorasiyası sənətini inkiĢaf etdirirdi.
Ü.Hacıbəyovun Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyündə göstərilmiĢ
"Koroğlu" operasının milli incəsənətin ənənələrindən istifadə olunmaqla yerinə
yetirilmiĢ, musiqi obrazları ilə səsləĢən dekorasiyanın tərtibatı böyük yaradıcılıq
uğuru idi. Operaya layiq səhnə geyimlərini rəssam H.Xalıqov hazırlamıĢdı.
Azərbaycan xalq yaradıcılığında qədimdən xalçaçılıq aparıcı yer tuturdu.
Xalçaçılıq məhsulları istehsalı Azərxalçabirliyi (Azərbaycan xalçaçılıq ittifaqı)
sistemində cəmləĢmiĢdi. Nadir xalçaların yaradılmasında peĢəkar rəssamlar iĢtirak
edirdilər. Belə əməkdaĢlıq sayəsində yeni orijinal portret və süjetli xalçalar meydana
gəldi. Nizaminin "Xəmsə"sinə rəssamlar qrupunun eskizləri üzrə yaradılmıĢ
beĢmövzulu xalça həsr olunmuĢdu. Azərbaycanın ən yaxĢı naxıĢlı və süjetli xalçaları
Moskvada Ümu mittifaq bədii sərgisində və Nyu-Yorkda Ümu mdünya sərgisində
(1938-c i il) nümayiĢ etdirilmiĢdi
233
.
MəĢhur ġəki ustası R.Tağızadənin naxıĢlı xalçası (1939-cu il) bədii
tikmənin gözəl nümunəsi oldu. Xalq ustası Əbdülhüseyn Babayev ağac üzərində
"ġəbəkə" naxıĢları ilə yonma sənəti ənənələrinin dirçəldilməsinə böyük təkan
verdi.
1938-c i ildə Azərbaycan zərgərlərinin məhsulları Paris və Nyu -York
sərgilərində nümayiĢ etdirildi. Azərbaycan dekorativ-tətbiqi sənəti öz milli
koloritini saxlayaraq daim yeni bəzək motivləri ilə zənginləĢirdi. Bununla bərabər,
o, "siyasiləĢmə", "ideologiyalaĢdırma" təsirinə məru z qalır, dövrün rəsmi
atributları ilə səsləĢən yeni naxıĢ, emblem, simvolik motivlər yaradılırdı.
L.Kərimovun eskizləri üzrə 1939-cu ildə yaradılmıĢ, Lenin ordeni və Azərbaycan
SSR-in gerbi ilə bəzəd ilmiĢ qoĢa vazalar gözə l sənət əsəridir.
Bu illərdə keçirilən rəssam sərgilərinin böyük əhəmiyyəti var idi. 1938 -
ci ildə Bakıda ko msomo lun 20 illiyinə, 1940-cı ildə Azərbaycan SSR-in 20
illiyinə həsr olun muĢ yubiley sərgiləri o lmuĢdu
234
.
326
1940-c ı il ma rtın 7-də Ba kıda Azə rbaycan rəssamlarının təsviri sənətin
gələcək inkiĢaf yollarını müəyyənləĢdirən birinci qurultayı açıldı
235
.
Beləliklə, Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin bütün növ
və janrlarında milli bədii məktəb formalaĢır, yaradıcı ziyalı kadrlar yetiĢir, xalqın
mənəvi-estetik həyatında yeniliklər baĢ verirdi. Bunlar 1940-cı ilin oktyabrında
keçirilən A zərbaycan rəssamların ın birinci qurultayında qiy mətləndirild i və
incəsənətin yeni perspektivləri, onun peĢəkar səviyyəsinin yüksəldilməsi
vəzifələri müəyyən edild i. Quru ltayda Ġsmayıl A xundov Rəssamlar Ġttifaqı
Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçild ilər.
Me marlıq. Respublikada xalq təsərrüfatının inkiĢafı zəhmətkeĢlər,
xüsusilə neftçi-fəhlələr üçün bütün AbĢeron ərazisində qəsəbələrin yaradılmasını,
mənzil tikintisinin geniĢləndirilməsini tələb edirdi. Tezliklə Yeni Suraxan ı,
Artyom (indiki Pirallahı), ġubam qəsəbələri meydana gəldi. Montin qəsəbəsində
tikinti iĢi geniĢləndirild i, Məmmədyarov qəsəbəsinin əsası qoyuldu.
1928-ci ildə Bakıda olmuĢ M.Qorki neftçilər üçün mənzil tikintisindən
danıĢaraq yazırdı:"Sovetlər Ġttifaqında fəhlələr üçün mənzil tikintisi təcrübələrindən
ən uğurlusu, mənə belə gəlir ki, Azərneftin təcrübəsidir. Bakı fəhlə qəsəbələri
gözəl tikilmiĢdir. Hər Ģeydən əvvəl, bu balaca Ģəhərləri tikmiĢ ağıllı adamlar
haqqında da fikirləĢirsən".
Eyni zamanda Bakının mərkəzində iri yaĢayıĢ evləri - Xəzər dəniz
gəmiçiliyinin binası, məĢhur "BeĢ mərtəbə" və b. ucaldılmıĢdı. Ba kı Ģəhərinin
Dağlıq rayonunun yenidən qurulmasına da o zaman baĢlanılmıĢ, tramvay xətti
salınmıĢ, Sovet küçəsi meydana gəlmiĢdi.
Həmin illərin tikintisi üçün milli me marlıq ənənələrindən istifadə
olunması səciyyəvidir. Dövlət bank iĢçilərinin yaĢayıĢ evi (Müqtədir və
B.Sərdarov küçələrinin kəsiĢdiyi yerdə) buna əyani misaldır. Bu binanın müasir zahiri
görünüĢündə ġəkinin yaĢayıĢ evləri üçün səciyyəvi olan memarlıq motivləri uğurla
tətbiq olunmuĢdur. Bakının yeni memarlıq görünüĢünün nümunəsi Azərbaycan
dövlət nəĢriyyatı, Dövlət bankı, köhnə "Ġnturist" mehman xanası binaları hesab
olunur.
Azərbaycan Sənaye Ġnstitutunda respublika memarlarının ilk nəsli
hazırlandı. Onların içərisində S.DadaĢov və M.Useynov seçilirdilər. Gənc memarlar
çoxsaylı bina layihələrinin həyata keçirilməsinə nail oldular. Bayılda mətbəx-
fabrik (indiki Doğum evi binası), Sənaye Ġnstitutunun yeni korpusu tikildi. Bakının
tədricən yaĢıllaĢdırılması üçün yeni bağlar, bulvar və parklar salınmasına
baĢlanmıĢdı. Monumental heykəltəraĢlıq Ģəhərin memarlığına ilk dəfə daxil edilirdi.
Bu illərdə respublikanın qəza və rayon mərkəzlərində də tikinti iĢi geniĢlənmiĢdi,
baĢqa Ģəhərlərdə sənaye-obyektləri ilə yanaĢı, yaĢayıĢ və mədəni-məiĢət binaları
327
tikilirdi. Gəncədə yağ zavodu, ġəkidə ipəkçilik komb inatı və ikimərtəbəli evlə rdən
ibarət yaĢayıĢ rayonu meydana gəldi.
1933-cü ildə Azərbaycan SSR hökumət sarayın ın layihəsini yaratmaq
üçün müsabiqə elan edildi. Bu qapalı müsabiqədə birinci mükafat A.Tkaçenkonun
iĢtirak etdiyi, L.Rudnev və V.Muntsun daxil o lduğu müəlliflər kollektiv inə verildi. Bu
layihə üzrə Xəzər dənizinin sahilində ənənəvi motivlər və Azərbaycan memarlığı
üslubu ilə höku mət evi ucaldıld ı.
Bu illərdə indiki 28 May küçəs i və Bülbül prospektinin kəsiĢməsinin
yenidən qurulması mühüm mərkəzi Ģəhərsalma tədbiri idi. Bu kəsiĢ mə nöqtəsi
"Nizami" kinoteatrı və Yey inti Sənayesi Nazirliyi binalarının (memarlar S.DadaĢov
və M.Useynov) memarlıq həllinə uyğun quruluĢu prospektin baĢlanğıcına gözəllik
verirdi. Bülbül prospektindəki incəsənət iĢçilərinin yaĢayıĢ evinin memarları
S.DadaĢov və M.Useynov olmuĢlar. Onlar memarlıq yaradıcılığında milli cəhətlərlə
yanaĢı, intibaha xas olan memarlıq fənd və formalarından istifadə etmiĢdilər. Ġstiqlal
və H.Hacıyev küçələrinin kəsiĢməsində ucaldılan yaĢayıĢ binası Bakının memarlıq
tarixinə 'Monolit" adı ilə (memar K.Sençixin) daxil oldu. Bu dövrdə tikiliĢ
fizioterapiya üsulları ilə müalicə Ġnstitutunun binası 1937-ci ildə Pa ris sərgisində
diplo ma layiq görülmüĢdü.
Azərbaycan paytaxtının mərkəzinin ü mu mi memarlıq görnüĢünün
yaxĢılaĢması məqsədilə "Köhnə bulvar"ın təbii davamı hesab olunan yeni
bulvarın yaradılması tədbiri həyata keçirildi.
Bakıda və respublikan ın digər Ģəhərlərində məktəb binaların ın tikintisi
geniĢlənirdi. S.DadaĢov və M.Useynovun layihəsi ilə yaradılan, Bakıda 16 yerdə
təkrar tikilən dörd mərtəbəli məktəb
memarlıq həllinə görə seçilirdi.
Azərbaycan memarlığ ının sonrakı inkiĢafında 1935-ci ildə yaran mıĢ
Azərbaycan Sovet Memarları Ġttifaq ının böyük ro lu olmuĢdu
236
.
1936-c ı il martın əvvəllərində Azərbaycan me marlarının birinc i
qurultayı çağırıldı. Qurultayın iĢində Azərbaycan MĠK-in sədri S.M.Əfəndiyev,
eləcə də Ruhulla A xundov, Həmid Su ltanov, MirbəĢir Qasımov və b. iĢtirak
edirdilər
237
.
Azərbaycan sovet memarlığ ının inkiĢafın ın əsas xəttini Azərbaycan
xalq ının memarlıq irsi ənənələrin i yeni məzmunla uzlaĢdırmaq sahəsində
yaradıcılıq axtarıĢları təĢkil edirdi. Bu istiqamətin inkiĢafında aparıcı rol
S.DadaĢov və M.Useynova məxsus idi. Onların 1939-cu ildə Ümu mittifaq Kənd
Təsərrüfatı Sərgisində Azərbaycan pavilyonunun memarlıq həllində qazandıqla rı
çoxcəhətli uğurlar Dövlət mükafatına lay iq görüldü. Nizami ad ına Azərbaycan
Ədəbiyyatı Tarixi Mu zeyinin memarlığ ı da S.DadaĢov və M.Useynovun diqqəti
cəlb edən yaradıcılıq iĢlərindəndir. Burada ilk dəfə bəzək kaĢısından
(mayelikdən) memarlıqda istifadə olun muĢdur.
328
Bakın ın yaĢıllaĢdırılması iĢində böyük dönüĢ nəzərə çarpırdı. Bu dövrdə
bağ-park
memarlığ ı
Ģəhərin
görünüĢünün
formalaĢ masının
mühüm
elementlərindən biri oldu. Dən izkənarı bulvarın qərb istiqamətində
geniĢləndirilməsinə (keçmiĢ Çkalov), Nizami mu zeyi qarĢısında bağ
salın masına, bir ço x küçələrin yaĢıllaĢdırılmasına baĢlanması həm Ģəhərsalma
baxımından, həm də Bakının b ir sıra rayonların ın mikroiqlim Ģəraitinin
yaxĢılaĢdırılması cəhətdən çox vacib idi.
Bu dövrdə Bakı, Gəncə, ġəki, Xan kəndi, Yevlax Ģəhərlərinin baĢ
planlarının tərt ib edilməsinə baĢlanmıĢdı, ancaq nə bu planların h əyata
keçirilməsi, nə də qəza və rayon mərkəzlərində tikinti-abadlıq iĢləri geniĢ vüsət
aldı.
20-30-cu illərin sonlarında Azərbaycan mədəniyyəti yeni inkiĢaf
mərhələsinə qədəm qoydu. Bu illər ölkənin tarixi və mədəniyyətində nisbətən
daha mürəkkəb və ziddiyyətli dövrlərdən biri id i. Mədəniyyətin yeni keyfiyyətdə
formalaĢaraq mü rəkkəb proses kimi davam etdiy i, ədəbiyyat və incəsənətin
yetkin peĢəkarlıq səviyyəsinə çatdığı bu illərdə Azərbaycan mədəniyyətinin
tərəqqisi - o dövrü bütün ixtilaf ziddiyyətləri, yüks əliĢ və nöqsanları ilə özündə
əks etdirən yeni in kiĢafı təmin edildi.
O za man mədəniyyət sahəsində həyata keçirilən bütün tədbirlər
ko mpleksi cəmiyyətin mənəvi həyatında "partiyalılığı" təmin et miĢdi. Həmin
illərdə mədəni quruculuğun idarə o lunmasındakı ağ ırlıq mərkəzi tədricən
yaradıcılıq orqanlarından partiya orqanlarına keçmiĢdi və əslində bu, ölkənin o
illərdəki ictimai-siyasi həyatının ü mu mi inkiĢaf ənənəsini əks etdirird i.
30-cu illə rin ortala rında Stalinin Ģəxsiyyətinə pərəstiĢin təĢəkkül tapdığı
bir Ģəraitdə mədəniyyətin inkiĢafına böyük zərər vurulmuĢ, bir çox mədəniyyət
xadimlərinin taleyi dramatik, bəzən də faciəli olmuĢdu. Yaradıcı iĢçilərin
demokratik, hu manist əsasları sarsıdan əsassız kütləvi repressiyası məh z bu
illərə təsadüf edir.
Mədəni quruculuğun həyata keçirilməsi praktikas ında mövcud ciddi
çatıĢmazlıqların olmasına ba xmayaraq, bütün ölkə, 40-cı illərin əvvəllərinədək
mədəniyyət sahəsində böyük müvəffəqiyyətlər əldə etmiĢdi.
Beləliklə, 20-ci illərin sonu - 40-cı illərin əvvəllərində Azərbaycan
mədəniyyəti yeni həyat quruculuğunun yaradıcılıq coĢqunluğunu, eləcə də o
illərin ictimai həyatının dərin ziddiyyətləri və dramatik hadisələrini yaĢayaraq
çətin Ģəraitdə təĢəkkül tap mıĢ və in kiĢaf etmiĢdi.
IX FƏS ĠL
329
AZƏRBAYCAN KEÇĠD DÖVRÜNÜN SONLARINDA
Dostları ilə paylaş: |