110
111
XI əsrdən etibarən türk dillərinin, eləcə də Azərbaycan dilinin
möhtəşəm yazılı abidələrində - ın şəkilçisi əsasən zaman məzmu-
nunun yaradılmasına xidmət edir; məs.:
Yazın doğan çocuğa da
körpe oğul denir; -
Kışın kar az bulunur (MK, I c., s.415, 464);
- Məgər, sultanım, genə
yazın buğayı saraydan çıxardılar (KDQ,
s.36);
Günüzin özlərin gizlərlər idi, Dün olsa yolların gözlərlər idi
(Dastani-Əhməd Hərami).
Orta əsrlərdə alət halın - ın əlamətinin birgəlik mənası tam
arxaikləşmişdir. Bu səbəbdən də orta əsrlər yazılı abidələrində -
ın şəkilçisi
ilə qoşması ilə yanaşı işlənmişdir; məs.: Turdı Yusif
anlarınla görüşər; -
Anlarınla belə bindi bəgləri (Zərir, s.207).
Qədim alət halın izləri Qaraqalpaq (117,s.122), yakut (189,s.113),
qazax dilinin qərb dialektlərində (129,s.117) qərbi Sibir tatarları-
nın barabin dialektində (187,s.33) -
ın
, - in şəkilçisinin ifadəsində
görünür. Tuva dilində -
ın
, - in şəkilçisi zərf əmələ gətirən leksik
şəkilçilərin sırasına daxil edilir; məs.: kıjın
küzün
Azərbaycan dili şivələrinin əksəriyyətində
ilə qoşması -
nan,
- nən, - ınan
, - ynan şəklində birgəlik mənasını ifadə edir; məs.:
-
Uşağınan duruf oturan elə özü də uşax kimi adamdı; -
Bajaynan
səhəngi saller da hamısını sule:r (Zb.), - Oğlan
atasiynən qızın
atası aparıllar zaqsə, zaqsdən çıxannan so:ra kəbin də kəssirillər
(Ord.), - Qazağa
atnan gedərdix’, haravıynan gedərdix’; - Gör-
düx’ göyün üzünnən bir ala şey gəlir (Tov.); - Murad
qılıncınan
hücum eliyər; -
Yumurtaynan sumax yaxşı olur (Ş.); - Muni
hök-
minən gətirib gəlillər padşahun qulluğına; -Di:r ki, nəki bağda ar-
mud ağaci vardu,
lapatgeynən kötüglərini qazacegəm,
palteynən
ulari kötügdən diblərini vıracegəm ((B.); -Taxılın yerin
draxdır-
nan sürrüg,
maleynan malale:rux (S.) və s.
F.Cəlilov
ilə qoşmasının - ın
, - in şəkilçisinin mövqeyində iş-
lənməsini onun mənşəyi ilə əlaqələndirir: “…birgəlik - alət halın
çoxçeşidli şəkilçiləri -
be, - la, - n, ŋ arxetiplərindən törəyən mor-
femlərin qovuşmaları ilə yaranmışdır. Sonralar -
la morfemi
birlə
(bir-lə) və
ilə (i-lə) qoşmasının, -
be morfemi isə -
bıla//-bılan
məzmunlu eyni və ya yaxın fonetik tərkibli müstəqil sözün aqlyu-
tinativləşməsi yolu ilə əmələ gəlmişdir. Bunun bariz nümunəsini
Altay dilləri ilə qohumluq əlaqəsi iddia olunan Koreya dilində
görmək olar. Koreya dilində türk dillərindəki -
dan//- tan şəkil-
çisinin məna və vəzifəsini “yan, kanar” mənası bildirən
tan sözü
ifadə edir; məs.: ciptan “evdən” (177,s.43).
2) Çıxışlıq hal forması yerlik halın qrammatik əlamətinə (
-da,
- ta) fərqləndirici ünsür kimi -
n samitinin əlavəsi ilə yaranmış-
dır.
d və
t samitləri ilə məxrəc cəhətdən eyni olan -
n samiti çıxış
məzmunu ilə əlaqədar yarandığından müasir dövrümüzədək hə-
min məzmunda qavranılır.
Dostları ilə paylaş: