Dilçilik coğrafiyası Müasir dilçilikdə geniş şəkildə istifadə olunan metodlardan
biri dilçilik coğrafiyasıdır. Dilçilik coğrafiyasının əsas vəzifəsi dil
hadisələrinin məkanca yerləşməsini və bu yerləşmədən irəli gələn
problemləri həll etməkdir. Bu metodun vasitəsilə dil hadisələrinin
(səslər, qrammatik formalar, sözlər) coğrafi cəhətdən yayılması
və onların sərhədləri xəritələrlə müəyyənləşdirilir. Dilçilik coğra-
fiyasının üstünlüklərindən biri əyanilikdir: xəritə müəyyən bir dil
hadisəsinin yerini və sərhədlərini aydın şəkildə göstərir. Metodun
əsas məqsədi dilin inkişaf yollarının və qanunauyğunluqlarının
izahını vermək, bu və ya digər xüsusiyyətlərin nə üçün ərazidə
əmələ gəlməsini və saxlanmasını şərh etmək, tarix, etnoqrafiya
və fiziki coğorafiyanın faktlarını tədqiqata cəlb etməklə müəy-
yən ərazidə dilin inkişafının bütöv mənzərəsini vermək, konkret
dialektin meydana çıxmasının və mövcud olmasının səbəblərini,
eləcə də milli dilin yayıldığı ərazidə dialektlərin qarşılıqlı müna-
sibətini aydınlaşdırmaqdır.(15, s. 13).
Dialektlərin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi dia-
lektoloji atlasın tərtibi ilə başlanır. Bu, üç əsas mərhələdən keçir:
I. Dil materialının toplanması və xəritə üçün işlənib hazırlan-
ması;
II. Dil hadisələrinin xəritələrə köçürülməsi;
III. Xəritələrin şərhi.
Dilçilk coğrafiyası metodu dilçilik sahəsi olduğu üçün möh-
kəm linqvistik əsaslara malikdir. Bu metodun linqvistik əsaslarına
dil materialının toplanması, şəbəkələrin tərtibi üçün məntəqələrin,
informatorların seçilməsi, sözlüyün tərtibi prinsipləri, izoqloss
metodikasının müəyyənləşdirilməsi, fonetik traskripsiyanın ha-
təkrarən həmin kəndə gedir, bir neçə şəxsdən material toplayır və
faktı dəqiqləşdirir.
Şivələrin öyrənilməsində anket üsulundan da istifadə oluna
bilər. Bunun üçün tədqiqatçı qarşısına qoyduğu məqsədə uyğun
suallar hazırlayaraq yaşayış məntəqəsinə göndərir. Həmin kənddə
Azərbaycan dili və ədəbiyyatı müəllimi suallarla tanış olub, infor-
matorlarla görüşüb, suallara cavab yazır və həmin ünvana göndərir.
Müstəqim müşahidə ilə müqayisədə anket üsulundan zəif istifadə
olunur. Burada dialektoloji faktı qeydə alan dil- ədəbiyyat müəlli-
mi peşəkar olmadığından qeyri- dəqiqliyə yol verə bilər.
Müasir dialektoloji tədqiqatlarda başqalarının qeydlərindən
istifadə hallarına da yer verilir. Bu üsuldan iki şəkildə faydalan-
maq olar; birincisi, şivələr respublikamızdan kənarda yerləşdik-
də, gediş- gəliş çətin olduqda; ikincisi, götürülən fakt mühüm fi-
kirlərin təsdiqində əhəmiyyətli rola malik olduqda. Tədqiqatçı bu
hallarda məqalələrdə və kitablarda verilən məlumatdan istifadə
edərək fikrini dəqiqləşdirir. Son dövrlərdə Azərbaycan dialekto-
logiyasında Güney Azərbaycan şivələrinə aid bəzi faktlar milli
və əcnəbi şəxslərin qeydləri əsasında müəyyənləşdirilmişdir.
Dialekt fərqləri müxtəlif xarakterli olur. Dilçilik ədəbiyyatın-
da onların iki növü göstərilir: qarşıqoyulan və qarşıqoyulmayan
fərqlər. Qarşıyaqoyulan fərqlər dedikdə, iki müxtəlif dialektdə
qarşılıqlı olaraq bir-birini istisna edən faktlar nəzərdə tutulur. Bu
fərqlər fonetik, qrammatik və leksik səviyyələrdə özünü göstərir.
Məsələn, ədəbi dildə və qərb ləhcəsində ( Qazax, Gəncə, Qara-
bağ və s.) sözün birinci hecasında işlənən