Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə7/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   2   3   4   5   6   7   8   9   10   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Sosial dialekt dedikdə, əhalinin müəyyən ictimai və peşə 
qruplarının nitqi nəzərdə tutulur. Dildə yaşa, cinsə, təhsilə, peşəyə 
və ictimai mənşəyə görə nitq fərqləri ola bilər. Sosial dialektlər 
məhəlli dialektlərdən fərqlənir. Əgər məhəlli dialektlər bir-birin-
dən dilin müxtəlif səviyyələrinə xas olan faktlarla fərqlənirsə, so-
dialektlərdən dialektfövqü xasiyyətli faktları ümumiləşdirərək
daha da zənginləşdirir. Koyne leksik baxımdan başqa dialektlərin 
hesabına genişlənir, ancaq öz fonetik-tələffüz və morfoloji xü-
susiyyətlərini qoruyur. Ədəbi dil bir dialektin çərçivəsində fəa-
liyyətə başlasa da, get-gedə dialektfövqü əlamətlərlə dolğunlaşır 
və dialektlikdən uzaqlaşır (44,s.21-22). Koyne dialektin bir deyil, 
bir neçə dialektin xüsusiyyətləri əsasında formalaşması fikrini 
M.Şirəliyev, M.Cahangirov, S.Cəfərov, Ə.Cəfər və N.Qazıye-
va tədqiqatlarında qeyd etmişlər. N.Qazıyevanin qənaətinə görə, 
müasir ədəbi dilin fonetik və leksik normalarının formalaşma-
sında bütün dialektlərin rolu vardır. Qrammatik dialekt əsasına 
gəldikdə, xüsusilə morfoloji normalar qərb qrupu dialektlərinə 
məxsus xüsusiyyətlərlə (əsasən Qarabağ dialektləri ilə) daha çox 
uyğunluq təşkil edir (65, s.104, 129).
Dialektoloji terminlər Azərbaycan və türk dilçiliyində fərqli 
anlamlarda işlədilir. Azərbaycan dilindəki dialekt və şivə termin-
lərinə türk dilində “ağız” sözü uyğun gəlir. Türk dilçiliyində ləhcə 
bir dilin coğrafi və siyasi səbəblərdən başqa, spesifik fonetik və 
qrammatik xüsusiyyətlərinə görə ayrılan qoluna və ya tarixi in-
kişaf prosesində bir dildən ayrılan fərqli xüsusiyyətlər kəsb edən 
qoluna deyilir. Bu meyara görə, çuvaş və yakut dilləri ləhcə hesab 
edilir. Şivə ədəbi dildən səs və forma baxımından, ağız isə yalnız 
tələffüz cəhətdən fərqlənir. Türkiyə alimləri buna görə də müasir 
türk dillərini (Azərbaycan, qazax, özbək, qırğız və s.) şivə hesab 
edirlər. Türkiyə Respublikasında Ankara, Qaziantep, Giresun, 
İzmir, Konya, Tokat, Urfa və b. bölgələrdə məhdud dairdə ya-
yılan ünsiyyət vasitəsi isə ağız adlandırılır. Terminlər arasındakı 
meyarlar düzgün müəyyənləşdirilmədiyindən ləhcə, şivə və ağız 
terminlərinin bir-birinin əvəzində işlənməsinə tez- tez rast gəlinir. 
Türk alimlərinin bu mövqeyi digər türkoloqlar tərəfindən etirazla 
qarşılanır. Çünki onların şivə və ya ləhcə adlandırdıqları müasir 
türk dillərinin hər birinin ərazi-inzibati bölgüsü, ədəbi dilləri, üs-
lubları, bir- birindən cüzi fərqlənən dialektləri mövcuddur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin