Azerbacan dialektologiyasi-2019. indd


Urmiya qrupunda ahəngin  pozulmasını,  y



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə15/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   11   12   13   14   15   16   17   18   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

 Urmiya qrupunda ahəngin 
pozulmasını, 
y səsinin təsiri ilə açıq saitlərin qapalılaşmasını, as-
similyasiya hadisələrini Təbriz qrupu dialektləri ilə müqayisə edir. 
Çünki
 həmin fonetik hadisələr cənub- şərqi Azərbaycan şivələri 
üçün də səciyyəvidir. Leksik fərqlərdən danışarkən alim hər iki 
dialekt qrupu arasındakı fərqləri də göstərir: ana (Təbriz)- nənə 
(Urmiya), dadaş- böyük qardaş, abacı- böyük bacı, yovurt-qatıq, 
abduğ- ayran, girdəkan- cəviz, bomador- qırmızı badımcan və s. 
Burada Təbriz qrupuna aid edilən leksik vahidlərlə yanaşı, nənə, 
qatıx, eyran, qırmızı badımcan leksemlərinin də işlənməsini qeyd 
edə bilərik. Güney şivələri tanınmış türkoloq G.Dörferin də tə-
dqiqat obyekti olmuşdur. O, İrandakı türk dillərini və Azər- bay-
can dilinin şivələrini tədqiq eləmiş, onları qruplaşdırmışdır. G. 
Dörfer xalacı Azərbaycan dilinin dialekti deyil, müstəqil türk dili 
kimi səciyyələndirmişdir. Bundan başqa, quzey və güney şivələ-
rini, eləcə də Türkiyə, İraq, Əfqanstan və Özdəkistandakı türk 
şivələri ilə müqayisə etmişdir (204). İşık Sönməzin tədqiqatı da 
Almaniyada işıq üzü görmüşdür. Onun araşdırmasında Qarabağ, 
Muğan və Zəncan şivələrinin materialları qarşılaşdırılmış və əsas 
xüsusiyyətləri göstərilmişdir.
Filiz Kıralın “ Das Gesprochene 
Aserbaidschanisch von Iran, eine Studie zu den Syntaktischen 
Einflüssen des Persischen” (2001) adlı tədqiqatı da Təbriz dia-
lektinə aiddir. Hazırda Güney şivələri fars dilinin güclü təsirinə 
məruz qalmışdır. Bu təsir daha çox şivələrin sintaktik və leksik
 
quruluşunda özünü göstərir. F.Kıral fars dilinin Təbriz dialektinin 
sintaktik quruluşuna təsirini araşdırmışdır. 
Türkiyədə Güney şivələrinin tədqiqinə xüsusi önəm verilir. 
Məşhur türkoloq M. Ergin “Azəri türkcəsi” əsərində Təbriz di-
alektindən də bəhs etmişdir (206). Lakin müəllifin məqsədi bu 
dialekti tədqiq etmək olmamaşdır. M. Şəhriyarın” Heydərbabaya 
salam” poemasının dilini təhlil edən M. Ergin qarşıya çıxan dil 
“Azərbaycan dilinin qərb şivələri və türk dilinin Qars şivələrinin 
leksikasının müqayisəli linqvistik təhlili” (2017), Qalibə Hacı-
yevanın “Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney 
Azərbaycan və Şərqi Anadolu şivələri ilə fonetik və leksik müqa-
yisəsi” (2017), Əhruz Mahmudovanın “Azərbaycan dilinin Nax-
çıvan dialekt və şivələrində heyvandarlıq leksikası ( türk dilinin 
Qars şivələri ilə müqayisədə” (2018) adlı tədqiqatları təqdirəla-
yiqdir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin