-van,- avan şəkilçisi mal sözünə əlavə olunaraq, malavan
“mal saxlayan, mala baxan” (Muğ.) düzəltmə sözünü əmələ gə-
tirir.
-vay,- əvay şəkilçisi qeyri- məhsuldar şəkilçidir; məs.: ölivay,
türkəvay, kosavay (Muğ.).
- məl qeyri- məhsuldar şəkilçi olub, ət sözü ilə işlənir, kimi
qoşmasının mənasını ifadə edir; məs.: ətməl “aciz” (Muğ.).
-ana/- ənə qeyri- məhsuldar şəkilçi kimi isimdən isim əmələ
gətirir; məs.: bağana “dayaq, dirək”, ətənə “doğuşdan sonra hey-
vanın saldığı ət parçası” (Dər.).
-a,-ə qeyri- məhsuldar şəkilçi kimi isimdəm isim əmələ gə-
tirir; məs.: zola “uzun ağac”, çətənə “qanqal toxumu” (K.) xam-
ra, çəpərə “toyuğun qabırğalı hissəsi”, çətənə “qanqal toxumu”
(Qb.).
-çağ/-cəğ/-cəg/-çəg şəkilçisi məhdud dairədə işlənərək yeni
mənalı sözlər əmələ gətirir; məs.: sucəğ “sulu yer”, yelçəg “yay-
lıq”, qabçəg “su qabı” (L.).
-ğı,-gi,- ğu,-gü şəkilçisi feillərdən müxtəlif əşya və prosesin
adını bildirən düzəltmə isimlər əmələ gətirir; məs.: çalğı “süpürgə
növü”, burğu, silgi, sürgü “qapını içəri tərəfdən bağlamaq üçün
uzun dəmir”, səfgi “xəstəlik adı” (Xoc., Şş.)
-ix`,- üx`şəkilçisi feillərdən müxtəlif mənalı isimlər əmələ
gətirir;məs.: kəsix` ”qohum, yaxın adam”, çöpüx`”çirkli yun”
(Xoc.) və s.
Feil düzəldən şəkilçilər
-la/-lə( -na/-nə/-da/-də/-ra/-rə. Şivələrdə məhsuldar şəkilçi
olub, müxtəlif nitq hissələrindən feil əmələ gətirir; məs.: qadaxla
“mıxlamaq”, qaşqala “tələsik iş görmək”, irəzələ ”cəfdələ”, ucu-
la “arzu etmək” (Ş.), naçaxlamax “xəstələnmək”, örüşdəməx`, üz-
dəməx` “seçmək” (Qaz.), tezdəməx`(Br.), kərdilə “ləklə”, qırmala
ayağçi, baltaçi, börkçi, yamağçi, aşığçi, obaçi “oturaq əhali”, ça-
lançi, becərənçi və s.
Dostları ilə paylaş: |