Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə177/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   173   174   175   176   177   178   179   180   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-van,- avan şəkilçisi mal sözünə əlavə olunaraq, malavan 
“mal saxlayan, mala baxan” (Muğ.) düzəltmə sözünü əmələ gə-
tirir.
-vay,- əvay şəkilçisi qeyri- məhsuldar şəkilçidir; məs.: ölivay, 
türkəvay, kosavay (Muğ.).
- məl qeyri- məhsuldar şəkilçi olub, ət sözü ilə işlənir, kimi 
qoşmasının mənasını ifadə edir; məs.: ətməl “aciz” (Muğ.).
-ana/- ənə qeyri- məhsuldar şəkilçi kimi isimdən isim əmələ 
gətirir; məs.: bağana “dayaq, dirək”, ətənə “doğuşdan sonra hey-
vanın saldığı ət parçası” (Dər.).
-a,-ə qeyri- məhsuldar şəkilçi kimi isimdəm isim əmələ gə-
tirir; məs.: zola “uzun ağac”, çətənə “qanqal toxumu” (K.) xam-
ra, çəpərə “toyuğun qabırğalı hissəsi”, çətənə “qanqal toxumu” 
(Qb.).
-çağ/-cəğ/-cəg/-çəg şəkilçisi məhdud dairədə işlənərək yeni 
mənalı sözlər əmələ gətirir; məs.: sucəğ “sulu yer”, yelçəg “yay-
lıq”, qabçəg “su qabı” (L.).
-ğı,-gi,- ğu,-gü şəkilçisi feillərdən müxtəlif əşya və prosesin 
adını bildirən düzəltmə isimlər əmələ gətirir; məs.: çalğı “süpürgə 
növü”, burğu, silgi, sürgü “qapını içəri tərəfdən bağlamaq üçün 
uzun dəmir”, səfgi “xəstəlik adı” (Xoc., Şş.)
-ix`,- üx`şəkilçisi feillərdən müxtəlif mənalı isimlər əmələ 
gətirir;məs.: kəsix` ”qohum, yaxın adam”, çöpüx`”çirkli yun” 
(Xoc.) və s.
Feil düzəldən şəkilçilər
-la/-lə( -na/-nə/-da/-də/-ra/-rə. Şivələrdə məhsuldar şəkilçi 
olub, müxtəlif nitq hissələrindən feil əmələ gətirir; məs.: qadaxla 
“mıxlamaq”, qaşqala “tələsik iş görmək”, irəzələ ”cəfdələ”, ucu-
la “arzu etmək” (Ş.), naçaxlamax “xəstələnmək”, örüşdəməx`, üz-
dəməx` “seçmək” (Qaz.), tezdəməx`(Br.), kərdilə “ləklə”, qırmala 
ayağçi, baltaçi, börkçi, yamağçi, aşığçi, obaçi “oturaq əhali”, ça-
lançi, becərənçi və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin