-lan/- lən (-dan/-dən/-ran/- rən şəkilçisi vasitəsilə bir şeyə
nail olmaq, əldə etmək, bir xüsusiyyətin vəziyyətini, keyfiyyətini,
əlamətini meydana çıxarmaq və s. mənalar bildirən feillər əmələ
gəlir; məs.: allan “baş qarışdırmaq, qızarmaq”, dümələn “çətin
işlə məşğul olmaq”, midilən “yavaş iş görmək” (Ş.), axtalan “as-
maq”, aylan “qonmaq”, taşdan “kəsilib atılmaq” ( Dər.), arvat-
dan “özünü arvad kimi aparmaq”, gərrən “yoğunlaşmaq”, şellən
“lovğalanmaq” (Qub.) və s.
- laş/- ləş (-daş/-dəş/-raş/-rəş) şəkilçisi adlara qoşularaq qar-
şılıq, müştərək vəziyyət və s. məna bildirən feillər əmələ gəti-
rir. Bu şəkilçi –lan/- lən şəkilçisi ilə eyni mənalı sözlər yaradır;
məs.: porpalaş/ porpalan “iriləşmək, böyümək”, gir- rəş/ girrən
“ dolanmaq, yaşamaq”, sallaş/ sallan (Ş.), gaflaşmax ”söhbət et-
mək” (Br.), birədiləşmək “bərabərləşmək” (Qaz.), yaşlan “yetiş-
mək”, yaylan “yayılmaq”, sün- büllən (Təb.), ağızdaş “mübahisə
etmək”, gərrəş “yoğunlaşmaq (səs)”, kahallaş ” tənbəlləşmək”
(Qub.)
və s.
-xala/- gələ/- kələ şəklçisi feillərə qoşularaq təkrarlılıq bildi-
rir; məs.: o:xala/ o:kələ, çalxala, sirkələ (Ş.).
-al,-əl,-l şəkilçisi sifətlərdən feil əmələ gətirir; məs.: acal “ac-
maq”, dikəl, dü- zəl, turşal (Təb.), boşal “tənbəlləşmək”, xoral
“bişdikcə yığılmaq” ,yuxal “yum- şalmaq” (Qub.) və s.
-ıx,-ix`,- ux,- üx` şəkilçisi isim və sifətlərə əlavə olunaraq,
əlamət, vəziyyət, keyfiyyət ifadə edən feillər əmələ gətirir; məs.:
qanıx “qana susamaq”, otux “ot yeməyə başlamaq”( Qaz.), ajıx
“acımaq”, pisix` “ruhdan düşmək” , yazıx “ azmaq, çaşmaq”
(Tov.), azıx “yolundan çıxmaq”, dadıx “dada gəlmək”, tərsix`
“halı pisləşmək”, yanıx “halına yanmaq” (Qub.) və s.
306
307
Dostları ilə paylaş: |