- lax/- ləx`/-dax/- nax/- dəx`/-dex` şəkilçisi isimlərdən yer
bildirən isimlər, feillərdən isə sifət və mücərrəd anlayış ifadə
edən isimlər əmələ gətirir; məs.: qışdax, otdax, yeylax, işdəx`, cız-
dax, batdax “bataqlıq”, çatdax, dannax (Ş.), güzdəx`”payız otu”,
işdəx` ”iş, hərəkət”, cürdəx` ”bardaq” (Qb.) və s.
-lıx/-lix`/-lux/-lüx`( -dıx/-dix`/-nıx/-nix`/-rıx/-rix`) şəkilçisi
adlara və feillərə əlavə olunaraq, əşyaların adını, sənət, peşə bil-
dirən yeni sözlər əmələ gətirir; məs.: xaşallıx “çoxyemə”, nəm-
lix` “ağartı yığılan yer”, ağızdıx “doğan malın ilk südü” (Qaz.),
yazılıx “cins qoyun”, qovluğ ” iynə- sap qabı”, kütükluğ ” koldan
təmizlənmiş əkin sahəsi” (Dər.), qalınnıx, ortalıx, ınırrıx “kolluq”
danqazdıx ”su çıxmayan sahə”, sulux “qabar”, örənnix` “otsuz
yer” (Qb.) və s.
-ma,-mə şəkilçisi feillərə əlavə olunaraq, müxtəlif mənalı
isimlər əmələ gətirir; məs.; qatdama “çörək növü”, təpitmə “azca
qurudulmuş yuxa xəmiri”, geymə “qolsuz sarıqlı” (Qaz.), kəs-
dirmə (yol), gəlmə (adam) (Qub.), qazma “tövlə”, döşəmə “əkin
üçün təmizlənmiş sahə”, gəzmə “gözətçi” (Dər.), salma “şirin
çay”, dişdəmə “qəndlə içilən çay”, tutma “ürək xəstəliyi”, böl-
mə “nəlbəki”, təpbə “belləmə”, yapba “mal təzəyi” (Qb.), çalma
“dəryaz”, kəsmə “böyük bıçaq”, dəlmə “quzu saxlanan yer”, atma
“tir”, artırma, irəliləmə “uzun ip”, qatma “kiçik ip parçası” gey-
mə “pen- cək”( Xoc.,Xv., Şş.) və s.
-lama,- ləmə, -nama, nəmə,- rama şəkilçisi isimlərdən sifət
əmələ gətirir; məs.: lığlama “palçıqlı”, çovannama “qanacaqsız”,
çıntırrama “çox arıq”, selləmə (K.) və s. Lerik şivəsində bu şə-
kilçinin-
ləmə variantı geniş yayılmışdır; məs.: çölləmə “dəli”,
şalləmə “yaylıq”, cücüləmə “arının balalaması”, ipləmə “axmaq”,
tığləmə “üst- üstə doldurma” və s.
Dostları ilə paylaş: |