ancağ formasına qorxancağ “qorxaq”
sözündə rast gəlinir.
- atı şəkilçisi vasitəsilə feillərdən isim əmələ gəlir; məs.: çala-
tı “qatıq mayası”, balatı “xəmir mayası” (Ş.).
-mac /- maç/- maş/- məc/- tməc şəkilçisi feillərə qoşularaq
əşya, yemək və hərəkətin nəticəsinin adını bildirən isimlər əmələ
gətirir; məs.: toxunmac, addamaş “addım”, döyməc “yemək adı”,
yörtməc “yelləncək”, sertməc “biçilib səliqə ilə səril- miş ot və ya
taxıl”(Ş.), tıxlamac “çoxlu çörək doğranmış xörək”, burmac “bu-
ruq toğ- lu” (Çən.), yaxmac “üstünə yağ yaxılan çörək”, addamac
“çaydan keçid yeri” (Qb.)
- lı/-li/-lu/-lü (-nı/-dı/-rı) məhsuldar şəkilçi olub, yeni mənalı
sözlər əmələ gətirir; məs.: damarrı “qoçaq”, dadaxlı “ayaqlı”, du-
rumnu “çox qalan”, şingamlı “təntə- nəli” (Ş.), dağlı, əğilli, leh-
məli, atdi, çölli (B.), azıli “süd dişi çıxarılmış at”, süttü, kəsərri,
şuntdu “xəsis” (Dər.), haytalı “hirsli”, qorru “küllü”, çırrı “yağlı”,
salğarrı “təmkinli” (Çən.), xamralı “çörək növü”, mafarrı “güc-
lü”, usduflu “səliqəli”, girri “çoxlu”, yönnü “layiqli” (Qb.) və s.
Lerik şivəsində bu şəkilçinin qalın, dodaqlanan- lu/-du variantı
işləkdir; məs.: şaqqəlu “bədənli”, əllu “qoçaq”, əməllu “düzgün”,
xorışdu “hirsli” və s.
- çı/-çi/-çu/- çü məhsuldar şəkilçi olub peşə, ixtisas, sənət bil-
dirən sözlər əmələ gətirir; məs.: kəlçi, belçi, balçi, mişarçi, sığırçi
“naxırçı”, ayaxçi “ toyu idarə edən” (Ş.), yançı (Nax.), başmaxçı,
toyçı, çölçi, pənirçi, çərçi, qəfəçi “çayçı” (Təb.), çağruğçı” toya
adam çağıran”, yançı “tərəfdar”, nelçi “nalbənd” (Qb.), qazan-
çı” aşpaz”, danaçı, qoyinçi “çoban”, çuğulçu “xəbərçi”, yayağçi
“xidmətçi” (Dər.), çağırışçı, xəbərçi “aravuran”, buyruxçu “toya
adam çağıran”, bağmançı ”bağban”, arançı “aranda qalan”, öküz-
çü, quzuçu (Qub.), pıçaxçı, bostançı, qatıxçı, alamançı “oğru”,
güdühçü, yançı ”xalça toxuyanın köməkçisi” (Şş.,Xv.) və s. Mu-
ğan şivələrində bu şəkilçinin
Dostları ilə paylaş: |