) bir və ya bir qrup şivənin sözlərindən ibarət lüğətlər.
2017- ci ildə “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğə-
ti” nəşr olunmuşdur. Lüğətdə Nax- çıvan Muxtar Respublikası-
nın 200-ə yaxın yaşayış məntəqəsindən toplanmış beş min söz
əhatə olunmuşdur. Burada sözlərin mənası yalnız Azərbaycan
dilində verilmiş, çoxmənalı sözlər, omonimlər, sinonimlər xü-
susi işarələrlə fərqləndirilmiş, hər bir sözə aid kənd şivələrindən
seçilmiş cümlə- nümunələr verilmişdir. Bu lüğətdə ilk dəfə dia-
lekt sözlərinə aid cümlələr kənd şivələri üzrə verilmişdir. İ.Bay-
ramovun “Qərbi Azərbaycan şivələrinin leksikası” kitabını Qərbi
Azərbaycan şivələrinin lüğəti hesab etmək olar. Bu lüğətdə böl-
gənin dialekt sözləri digər şivələrlə müqayisə edilmişdir. Lakin
sözlərə aid cümlələr verilməmişdir. 1979- cu ildə Tokiyoda K.
Haneda və Ə.Gəncəli tərəfindən Təbriz dialektinin lüğəti tərtib
olunmuşdur. Lüğətdə ədəbi dildə işlənən sözlərin tələffüz forma-
ları və spesifik sözlərin mənaları verilmişdir. V.Vüqarlının “So-
ğanlıq kənd şivəsinin lüğəti” (1999) bir kənd şivəsini əhatə edir.
M.Çobanovun “Borçalı şivələrinin leksikası” (1998), Ə.Ələkbər-
linin “Qərbi Azərbaycan dialektoloji lüğəti” (2009), A.Bayramov
və A.Bayramovanın “Ağbaba şivəsinin sözlüyü” və s. bu qəbil-
dən olan lüğətlərdir.
c)
dialektoloji omonimlər və frazeologizmlər lüğəti. 2003-
cü ildə S.Behbudovun “Azərbaycan dili şivələrinin omonimlər
lüğəti”və 2011- ci ildə “Azərbaycan dili şivələrinin frazeoloji lü-
ğəti” çap olunmuşdur.
ç)
sahə dialektoloji lüğətləri. 2000- ci ildə Z.Xasiyevin
“Heyvandarlıq və əkinçilik terminləri” lüğəti nəşr olunmuşdur.
Lüğətdə qərb şivələrində işlənən sözlər əhatə olunmuşdur. Lüğət-
də eyni məna ifadə edən sinonimlərdən əlifba sırasına görə biri-
nin mənası göstərilmiş, digərləri isə birinci sözə baxdırılmışdır:
300
301
bürüncəx`, savacax “ suyun istiqamətini başqa səmtə çevirmək
üçün yer”, təfcəx` “ beldə ayaq qoyulan yer” (Qb.) və s. Quba
şivəsində bu şəkilçinin-