Azerbacan dialektologiyasi-2019. indd


Leksik üsulla sözlərin əmələ gəlməsi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə181/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   177   178   179   180   181   182   183   184   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Leksik üsulla sözlərin əmələ gəlməsi 
Dialektlərin lüğət tərkibinin bir hissəsini də leksik üsulla 
əmələ gələn sözlər təşkil edir. Bu üsulla yaranan sözlər dialek-
tin daxili qanunauyğunluqları əsasında və alınma sözlər hesabına 
formalaşmışdır. Bu proses iki şəkildə baş verir :1) ədəbi dildəki 
sözlərin dialektlərdə fərqli məna kəsb etməsi, 2) alınma sözlər. 
Dialektlərin tarixi inkişafı prosesində daxili qaunauyğunluq-
lar əsasında bir sıra yeni mənalı sözlər meydana çıxmışdır. Bu 
tip sözlər ədəbi dildə işlənmir və ya ədəbi dildəki mənasından 
semantik cəhətdən fərqlənir. Semantik cəhətdən fərqlənmə isə 
leksik üsulla söz yaratma prosesində sözlərin çoxmənalılıqdan 
omonimləşməyə doğru gedən inkişafı nəticəsində, onların əlavə 
məna çaları qazanması nəticəsində baş verir. Dialektlərdə daxili 
imkanlar əsasında meydana çıxan sözlər: 
sözü ədəbi dildə rəng bildirir, Xaçmaz, Salyan, və Şəmkir 
şivələrində “şalvarın ortasi”, İmişli şivəsində “var- dövlət”, Sal-
yan şivəsində “süfrə” mənaları ifadə edir.
Cılız sözü ədəbi dildə “zəif, arıq” mənasında işlənir. Bu söz 
Şirvan şivəsində “tək, yalqız”, əksər şivələrdə “tamam, tama-
milə”, Balakən, Gəncə və Tovuz şivələrində “xüsusilə, ələlxüsus” 
mənalarını bildirir.
Göbələk sözü ədəbi dildə bitki adını bildirdiyi halda, Zəngi-
lan şivəsində “böyrək” mənası ifadə edir: Həkimlər de:r ki, gö-
bələyində daş var (ADDL,185)
Xal sözü ədəbi dildə “üzdə qara ləkə” mənasında işlənir. La-
kin Qax şivəsində “pencək” və “çayın kənarında çimmək üçün 
düzəldilən gölməçə” mənaları daşıyır (ADDL, 214)
Köynəx` sözü ədəbi dildə “paltar adı” kimi ümumişlək sözdür. 
Dialektlərdə isə ədəbi dildəki mənasından əlavə, fərqli mənalar 
da bildirir. Biləsuvar şivəsində “arabanın dəmir oxunun yerləşdi-
yi ağac hissə”, Ağdaş, Mingəçevir və Şəki şivələrində “buğdanın 
nazik qabığı” mənaları da ifadə edir.(ADDL,263) 
5. İki sifətin birləşməsindən əmələ gələnlər: Şorsulu “yer 
adı”, uzındıraz, lümə- quyrığlu (L.) və s. 
6.İsimlə sayın birləşməsindən əmələ gələnlər: ağzıbir “birgə”, 
dozaxbir “ağzına qədər dolu” (K.) və s.
7. Sayla ismin birləşməsindən əmələ gələnlər: qırxbuğum “bit-
ki adı”, beşdaş “oyun adı”, üşqulax “yaba”, biryollux “həmişəlik” 
(Qub.), qırxkombə “zaman bildirən söz” (Dər.), beşbarməğ, dör-
dəyəğ, qırxbuğum (L.), üçəyax, qırxəyax, yeddiləvün (Nax.). 
8. Hər iki komponenti feil olanlar: azılıyıv atmax “meyvənin 
bir hissəsini yeyib atmaq”, basıv ötürməx` “yemək”, üzdürüf al-
max “zorla almaq”, qıfcıxlanıf getmək “acıqlanıb getmək” (Çən.), 
asıb- kəsməğ “hədələmək”, yoğırıb- yapbəğ “biabır et- mək”, sö-
kıb-dağıtməğ “qarışıqlıq salmaq”, basıb-bağləməğ “yalan danış-
maq”, mı- sıb- durməğ “incimək” (L.) və s.
9. Daxili obyektli feillər: ot otdamax, su sulamax, dən dən-
nəməx`, üz üzdəməx`, yağ yağlamax, xotma xotmalamax, biçin 
biçməx`, qorux qorumax, sarıx sarımax (K.).
10. Müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələnlər: 
təkəm- seyrək, şeşəm- buynuz, birhəmmiz “xeyli”, tələm- təhdili 
“tələsik” (Qub.) və s.
11. Eyni sözün təkrarı ilə əmələ gələnlər: çin- çin “üst- üstə”, 
biççə- biççə “diqqət- lə”, mırgə- mırgə “xırda- xırda” (L.), buz-
la- buzla “iri-iri”, pürüm- pürüm “parça- parça”, hösün- hösün 
“tələsik”, pit- pit “tənbəl”, qum-quma “narın yağış”( Ab.).
12. Təkrar olunan sözlərin arasına ba, bə ünsürünün əlavə 
olunması ilə əmələ gələnlər: çimbəçin “üst- üstdən” (Ab.). 
13. Sözün təhriflə təkrarı ilə əmələ gələnlər: həpeş- lepeş “da-
ğınıq”, xasun- xurun “sakit”, apaçə- qapaçə “qaça- qaça”, lap-
padan- şappadan ”gözlənilmədən”, çax- çax “xırda alver”(Ab.) 
və s.
14. Analıtik yolla düzələnlər: toxdağ vermeg, tuş gəlmeg, uf 
elemeg, qır basmağ (Ab.).


308
309
əlaqələr nəticəçində slavyan mənşəli xeyli söz dilimizdə işləklik 
qazanmışdır. Alınma sözlər dialektlərdə əslinə uyğun şəkildə iş-
lənməmiş, fonetik və semantik baxımdan dəyişikliyə uğramışdır. 
Dialektlərdə alınma leksikanın tərki- bi müxtəlifdir. Şimal- şərq 
ləhcəsində və Güney Azərbaycan şivələrində ərəb-fars sözləri, 
şimal-qərb şivələrində iber-Qafqaz sözləri üstünlük təşkil edir. 
Slavyan mənşəli sözlər bütün şivələrdə yayılmışdır.
Ərəb və fars sözləri. Dialektlərin lüğət tərkibində ərəb-fars 
mənşəli sözlər iki şəkildə işlənir:1) fonetik və semantik baxım-
dan dəyişikliyə uğrayanlar: asda~ ahəstə, əceb ~əcayib, muşqulat 
~məşquliyyət, irişğad ~rişxənd, ma:nə ~bəhanə (B.), qəfə ~qəhfə 
”çay”, ərə ~ərre ”mişar”, səndəl~səndəli ”stul”, fəş~fərş ”xal-
ça” (Təb.), vəsyət ~vəsiyyət, xivət ~xiffət, höysələ ~hövsələ (L.), 
əkabur ~əkabır “çox bilmiş adam”, şemadet~şəmatət ”tənə, dan-
laq” (Ab.), zayıf~zəif, tassığ~ təsdiq, irəfdar ~rəfdar, sahat~saət, 
tə:r~təhər, şə:r~şəhər, xəş~xərc (əksər şivə.).
2) məna və fonetik cəhətdən əslinə uyğun şəkildə işlənənlər: 
səf ”sıra”, külfət ”ailə”, bərq ”işıq”, qəza ”hadisə”, miz ”stol”, 
bam ”borc” (Təb.), siv ”künc”, sos ” ləkə”, şip ”səbət”, ambır 
”kəlbətin”, beybut ”alət” (Lən.) və s.
Şivələrdə milli və ərəb-fars sözləri birgə işlənərək bir məna 
ifadə edir; məs.: çölli-biyaban, təxtəqapi ”oturaq” (Təb.), üzbə-
surət, yığcəm, cuanəzən (B.), uzındıraz (əksər şivə.)

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin