Qalın saitlərin incə saitlərə keçidi:
a>ə keçidinə bütün şivələrdə rast gəlinsə də, cənub və şi-
mal-şərq ləhcələrinin xarakterik xüsusiyyətidir. Bu hadisə sözün
əvvəlində, ortasında və sonunda işlənir:
Sözün əvvəlində: əyağ
(Dər.),
əyaz, əğiz, əlmas, əslan, əlma (Təb.); sözün ortasında:
yəxşi, yəxin, qəyin, qəynana, qəynata, qəmiş, qəmçi (Nax.), qəşov,
qəçi, qəmiş qərin, çərdağ (Qb.), qəyği, dəsdan, xəlis, yəsəmən
(Qaz.),
çəy, çədir, xiyər (Ş.); sözün sonunda: sirğə, parçə, taxçə,
alçə xalə, çuxə, heyvə (Dər.), qarə, lobyə, kosə (İt.), ustə, balacə,
kösə “kosa”( Təb.), baxcə, halçə, tayə, qoşə, qaydə, payə (Ş.).
ou: houz (Qaz.,Qar., G.,Dər.), touğ ( Qb., B., Şam., Muğ.)/
toux, soux (əksər şivə.), douşan, youşan, ouç, qourmax, sıçoul,
soutma (Qaz.), oxlou, bizou, qəroul, youşan, qırqoul, douz (Nax.,
Şah.), qoumağ/ qoumax, tous, touğ/ toux, qoun (Muğ.), plou, ox-
lou, yalou, douşən, qourma, douğa (Dər.), ouçi, babouz, getmoun
(L.), qoum, nour, qouşumuz, oxloum (B.), qoun “qovun”, oun,
qoum (Cəl.), qour “qovurmaq”, dour “donmaq”, qaroul (B.Qk.),
ouş, hour, sıçoul, mişoul, qaroul, qouşmax (Ağc.) və s.
öü: döürə, bənöüş, böüg, nöüt, köül, işdiyəcöüz, gedəcöüz,
nənöüz (Muğ.), döülət, döüran, töülə, köünək, öü “ev”, bülöü
(Dər.), öüd, söüd, çöür (L.), bənöüşə, böürəx`, söügili, döüş, söün
“sevin” (Təb.), köül, nöüt, köünəlib, ərəböüz (B.), bütöü, bülöü,
kösöü, böünnəri (Nax.), alöüz, böün (Zən.), çöür, töülə, söüd,
söübət (Cəl.), öüt “öyüd”, göümtül (B.Qk.), öüd, bənöüş, çöür-
di, cöüz (Qaz.), söüt, bənöüş, pərpətöün, öünməx`, öüd, böürtü
(Ağc.) və s.
au: nənaun, dədaun, yauğ “yaxın”, qəzau-qədər (Şr.), dauğa,
dauşan, qaumax, banauş (Q.,Zaq.) və s.
əi: ələi, bələi, küləi (B.,Muğ.), ürəi, dəiş (Təb.), dəirmi, ələi
(Zən.), bəirdi, səirdi (Cəb.), ələi, kələi, gedəin (Ağc.) və s.
Dostları ilə paylaş: |