a>ə dəyişməsinin təsiri
ilə ikinci və ya üçüncü hecalarda da eyni hadisə baş verir; məs.:
əxşəm, əlçə (B.,Muğ., Nax.), ərəbə (B., Qb.,Cəb.), əmbə (Qaz.),
əxtə (Qb.), ərxə (Yar.), qərə, qərdəş, qəzən (Nax.), qəyə (Zən.),
dərəğ, əğə, qəzən, təxtə, əğəc, qərğə (Lən.), qəynənə, qəğə, əğəc
(Yar.) və s.
ı>i keçidi şimal-şərq ləhcəsi üçün səciyyəvi olub sözün or-
tasında və sonunda yayılmışdır:
söz əvvəlində: ildirim (Ş.); söz
ortasında: qariş, qiçə, sinəmax, çirax, payiz (Ş.), qizdirmə, əxir,
ariğ, sirgə, aci, əğiz (Qb.), qirmizi, qirilmax (Qar.), xirdə, sindir,
qamiş, qalin, xiş, yağiş (Dər.), çirağ, baliğ, qirəğ, yağiş (Lən.);
sözün sonunda: sari, yaxçi, aci, qapi, ayri (Muğ., Dər.), qaraçi,
dayi, yaxşi, sari (Ş.), ayi, ayri, dayi, alti, baci, qəçi (Meğ.).
u>ü keçidi Ordubad, Muğan, Qax, Zaqatala şivələrində məh-
dud dairədə qeydə alınmışdır. Bu hadisə əsasən sözün ortasında,
qismən də əvvəlində və sonunda müşahidə edilir:
sözün əvvə-
lində: üşəx, ücə, ücüz, üc (Ş.,Nax.,Təb.,Ord.), üj, üçmax (Çən.),
üzağ, üzün (Lən.);
sözün ortasında: çüyal, çüst, püç, müşdülux
(Meğ.), qüş, qüzü (Cəb.), hindüşka, yüməx`, süküt, hücüm (Çən.),
çübux, büzo (Muğ.), qüm, yürd, yümax (Təb.), tüm, qüş, düz, pül,
şüm (Lən.);
söz sonunda: sü (Q., Lən.)), övçü (Ş.), qüzü (Çən.)
və s.
o>ö keçidi şivələr üçün xarakterik deyildir. Qazax, Qarabağ,
Gəncə, Ordubad, Qax, Zaqatala şivələrində sözün əvvəlində təsa-
düf edilir; məs.: döyğa, söyux, töyux, löyğa, öyux (Qaz., Çən., K.),
böyünbax, öynəmax (Ord.), öynəməg (Q.), köl, kösə, kötan, söyıx,
töyıx (Meğ.),öyüncax, döşəb, köğuş, qöhüm (Zən.) və s.
İncə saitlərin qalın saitlərə keçidi:
ə>a keçidi qərb ləhcəsində geniş yayılmışdır. Sözün əvvəli
ilə müqayisədə ortasında və sonunda geniş yayılmışdır:
Dostları ilə paylaş: |