Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə11/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   7   8   9   10   11   12   13   14   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Dilçilik coğrafiyası
Müasir dilçilikdə geniş şəkildə istifadə olunan metodlardan 
biri dilçilik coğrafiyasıdır. Dilçilik coğrafiyasının əsas vəzifəsi dil 
hadisələrinin məkanca yerləşməsini və bu yerləşmədən irəli gələn 
problemləri həll etməkdir. Bu metodun vasitəsilə dil hadisələrinin 
(səslər, qrammatik formalar, sözlər) coğrafi cəhətdən yayılması 
və onların sərhədləri xəritələrlə müəyyənləşdirilir. Dilçilik coğra-
fiyasının üstünlüklərindən biri əyanilikdir: xəritə müəyyən bir dil 
hadisəsinin yerini və sərhədlərini aydın şəkildə göstərir. Metodun 
əsas məqsədi dilin inkişaf yollarının və qanunauyğunluqlarının 
izahını vermək, bu və ya digər xüsusiyyətlərin nə üçün ərazidə 
əmələ gəlməsini və saxlanmasını şərh etmək, tarix, etnoqrafiya 
və fiziki coğorafiyanın faktlarını tədqiqata cəlb etməklə müəy-
yən ərazidə dilin inkişafının bütöv mənzərəsini vermək, konkret 
dialektin meydana çıxmasının və mövcud olmasının səbəblərini, 
eləcə də milli dilin yayıldığı ərazidə dialektlərin qarşılıqlı müna-
sibətini aydınlaşdırmaqdır.(15, s. 13). 
Dialektlərin dilçilik coğrafiyası metodu ilə öyrənilməsi dia-
lektoloji atlasın tərtibi ilə başlanır. Bu, üç əsas mərhələdən keçir: 
I. Dil materialının toplanması və xəritə üçün işlənib hazırlan-
ması;
II. Dil hadisələrinin xəritələrə köçürülməsi; 
III. Xəritələrin şərhi. 
Dilçilk coğrafiyası metodu dilçilik sahəsi olduğu üçün möh-
kəm linqvistik əsaslara malikdir. Bu metodun linqvistik əsaslarına 
dil materialının toplanması, şəbəkələrin tərtibi üçün məntəqələrin, 
informatorların seçilməsi, sözlüyün tərtibi prinsipləri, izoqloss 
metodikasının müəyyənləşdirilməsi, fonetik traskripsiyanın ha-
təkrarən həmin kəndə gedir, bir neçə şəxsdən material toplayır və 
faktı dəqiqləşdirir. 
Şivələrin öyrənilməsində anket üsulundan da istifadə oluna 
bilər. Bunun üçün tədqiqatçı qarşısına qoyduğu məqsədə uyğun 
suallar hazırlayaraq yaşayış məntəqəsinə göndərir. Həmin kənddə 
Azərbaycan dili və ədəbiyyatı müəllimi suallarla tanış olub, infor-
matorlarla görüşüb, suallara cavab yazır və həmin ünvana göndərir. 
Müstəqim müşahidə ilə müqayisədə anket üsulundan zəif istifadə 
olunur. Burada dialektoloji faktı qeydə alan dil- ədəbiyyat müəlli-
mi peşəkar olmadığından qeyri- dəqiqliyə yol verə bilər. 
Müasir dialektoloji tədqiqatlarda başqalarının qeydlərindən 
istifadə hallarına da yer verilir. Bu üsuldan iki şəkildə faydalan-
maq olar; birincisi, şivələr respublikamızdan kənarda yerləşdik-
də, gediş- gəliş çətin olduqda; ikincisi, götürülən fakt mühüm fi-
kirlərin təsdiqində əhəmiyyətli rola malik olduqda. Tədqiqatçı bu 
hallarda məqalələrdə və kitablarda verilən məlumatdan istifadə 
edərək fikrini dəqiqləşdirir. Son dövrlərdə Azərbaycan dialekto-
logiyasında Güney Azərbaycan şivələrinə aid bəzi faktlar milli 
və əcnəbi şəxslərin qeydləri əsasında müəyyənləşdirilmişdir.
Dialekt fərqləri müxtəlif xarakterli olur. Dilçilik ədəbiyyatın-
da onların iki növü göstərilir: qarşıqoyulan və qarşıqoyulmayan 
fərqlər. Qarşıyaqoyulan fərqlər dedikdə, iki müxtəlif dialektdə 
qarşılıqlı olaraq bir-birini istisna edən faktlar nəzərdə tutulur. Bu 
fərqlər fonetik, qrammatik və leksik səviyyələrdə özünü göstərir. 
Məsələn, ədəbi dildə və qərb ləhcəsində ( Qazax, Gəncə, Qara-
bağ və s.) sözün birinci hecasında işlənən 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin