14
15
Dialektologiyanın vəzifə və metodları
Dialektologiyanın əsas vəzifəsi şivələrin sistemli təsviri və di-
alekt faktlarının sərhədlərinin müəyyənləşdirilməsidir.
Bu vəzifələr təsviri dialektologiya və dilçilik coğrafiyası me-
todları ilə yerinə yetirilir. Dialektoloji ədəbiyyatda təsviri metod
əvəzinə «monoqrafik tədqiqat» ifadəsindən istifadə olunur. Mo-
noqrafik təsvir konkret bir şivə və ya şivələr qrupu üzərində apa-
rıla bilər.
Azərbaycan dili şivələrinin tədqiqi 1956-cı ildə çap olunmuş
«Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqinə dair
proqram» əsasında aparılmışdır. Proqramda şivələrin fonetik,
qrammatik, leksik xüsusiyyətləri öz əksini tapmışdır. Dialektlərin
təsviri metodla öyrənilməsində dilçinin müstəqil müşahidəsinə,
anket üsuluna və başqasının qeydlərinə əsaslanmaq olar. Bunla-
rın içərisində ən səmərəlisi dilçinin müstəqil müşahidə üsuludur.
Müstəqim müşahidə aparmaqla şivələrin təsviri həm fərdi, həm
də ekspedisiya yolu ilə həyata keçirilə bilər. Tədqiqat üçün bir
şivə və ya şivələr qrupu seçilə bilər. Tədqiqatçı həmin bölgənin
tarixinə, coğrafiyasına, etnoqrafiyasına,
əhalinin məşğuliyyət
sahələrinə aid material toplayır. Bölgənin dörd coğrafi cəhəti-
nin hər birindən 10-12 yaşayış məntəqəsi müəyyənləşdirir. Hər
kənddən əhalinin yerli, nisbətən yaşlı savadsız və ya azsavadlı
nümayəndələri informator kimi seçilir. Onlara yaşlarına, cinsinə,
məşğuliyyətinə uyğun suallar verilir. Məsələn,
kəndin tarixinə,
adət- ənənələrə, heyvandarlığa, əkinçiliyə, bağçılığa, pambıqçılı-
ğa, baramaçılığa aid suallar verilə bilər. İnformatorun danışığı əl
ilə yazılmalı və ya diktofona yazılır. Ekspedisiya başa çatandan
sonra tədqiqatçı həmin mətnləri diktofondan olduğu kimi köçür-
məlidir. Bu zaman dialektoloji mətnlərdə fonetik transkripsiyaya
riayət edilməli, materiallar sənədləşdirilməlidir. Tədqiqatın möv-
zusuna uyğun xüsusiyyətlər qruplaşdırılır. Bu prosesdə şübhəli
hallar meydana çıxarsa, tədqiqatçı həmin bölgə ilə əlaqə saxlayır,
Tarixən Azərbaycanda məskunlaşmış türk tayfalarının izləri
toponimlərdə və dildə qorunub saxlanmışdır. Respublikamızın
müxtəlif bögələrindəki Kəngərli (Naxçıvan, Kürdəmir), Biçənək
(Naxçıvan), Koman (Lerik), Quşçu (Şamaxı, Kürdəmir, Yevlax,
Daşkəsən, Laçın), Bıçaqçı (Zərdab), Qıpçaq (Qax), Qovlar (To-
vuz, Sabirabad), Xəzəryurd (Ordubad), Qırıqlı (Tərtər, Göygöl),
İmirli (Gədəbəy, Bərdə), Düyərli (Şəmkir), Oğuz (Qəbələ, Şərur),
Bayandırlı (Göygöl), Salur (Şəmkir) və s. toponimlər xalqımızın
və dilimizin təşəkkülündə iştirak etmiş tayfalarla bağlıdır.
Hazırda Azərbaycan dili şivələrinin qərb və cənub qruplarında
əsasən oğuz, şimal- qərb və Quba şivələrində qıpçaq, şimal- şərq,
Lənkəran və keçid şivələrində isə oğuz- qıpçaq xüsusiyyətləri ya-
yılmşdır (194,s.191). Dialektlərdə oğuz- qıpçaq xüsusiyyətləri ilə
yanaşı, digər türk tayfalarının dil elementləri də mühafizə olun-
muşdur. Azərbaycan dilinin Naxçıvan, Təbriz, Cəbrayıl (Sirik
kənd şivəsi), Gədəbəy, Qarakilsə, Zəngibasar, şivələrində sözün
əvvəlində və ortasında ç samitinin
mövqeyində işlənən dilönü,
qovuşuq, kar ц (ts) səsi (цay, цöp, цənə, alцa);
-ad,- əd indiki za-
man şəkilçisi (
aladam, aladu),
- ıtdı nəqli keçmiş zaman şəkilçisi
(
alıtdı, diyitdi),
- ı indiki zaman şəkilçisi (
alı, gəli, duru və s.) və
s. xüsusiyyətlər türkologiyada sabir- xəzər tayfalarının element-
ləri sayılır (40, s.64).
Azərbaycan və uyğur dilləri arasındakı uyğunluqları (a~e,
a~ə, e~ə, e~ö, d~ç b~v, h~x səs dəyişmələri, yaxşı, çöl, ot, ət,
bava, büvi, xana, qamçı, saman, soraq, tiş, tor, tüz, uçmaq, uzun,
ver və s. leksik vahidlər) tarixi oğuz- uyğur birlyi və ya uyğur
tayfalarının Azərbaycan ərazisində yaşaması ilə əlaqələndirilir.
T.Hacıyevin fikrincə, bu gün də, tarixən də ədəbi forma kimi
fəal olanmış mış feili sifət şəkilçisi bulqar dilinin xüsusiyyətidir
və o, oğuz elementi olan- an şəkilçisi ilə bərabər işlənmişdir (44,
s.60).
Diaklektlologiya etnoqrafiya və folklorşünaslıq elmləri ilə
əlaqəli şəkildə inkişaf edir.