Azerbacan dialektologiyasi-2019. indd


Azərbaycan dili dialektlərinin təsnifi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə18/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   14   15   16   17   18   19   20   21   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Azərbaycan dili dialektlərinin təsnifi
Dialektlər tarixi-coğrafi mövqeyinə və səciyyəvi xüsusiyyət-
lərinə görə qruplaşdırılır. Dillərin tarixi inkişafında dialektlərin 
sərhədləri feodal dövlətlərinin ərazilərinə uyğun olur. Tarix boyu 
cəmiyyətlərin və dövlətlərin dəyişməsinə qarşı dialektlər həmişə 
davamlı olmuşdur. Siyası-iqtisadi hadisələrlə bağlı əhalinin küt-
ləvi miqra- siyaları dialektlərin coğrafi mövqeyinə və izoqlosla-
rın arealına öz təsini göstərmişdir. Azərbaycan dilinin şimal şi-
vələrində hazırda şərq, qərb və cənub dialektlərinin izoqloslarının 
yayılması miqrasiyaların nəticəsidir. Bu səbəbdən dialektlərin 
təsnifində coğrafi prinsiplə yanaşı, izoqlosların arealının və xa-
rakterinin nəzərə alinması zəruridir. Türkologiyada uzun müddət 
coğrafi prinsipə üstünlük verilmiş, türk dillərinin əksəriyyətində 
dialektlər bu prinsip əsasında təsnif olunmuşdur (türk, qaqauz, 
qazax, qırğız, qaraqalpaq, Altay, tatar uyğur və s.). Azərbaycan 
dilçiliyində də dialektoloji tədqiqatların ilkin dövrlərində coğrafi 
prinsip əsas götürülmüşdür.
Azərbaycan dilinin dialektlərini F.B. Köçərli, S.Talıbxanbəy-
sındakı mövqeyi şərh olunur. Dissertasiyada Azərbaycan dilinin 
fonetikasından bəhs edən alimlərin tədqiqatları təhlil edilir. Müəl-
lif dissertasiya boyu bu və ya digər xüsusiyyətə öz münasibətini 
bildirərkən, həmin cəhətin Təbriz dialektində işlənmə məqamları-
nı da göstərir. Bu da Güney şivələrinin spesifik və qeyri- spesifik 
fonetik xüsusiyyətləri barədə dolğun təsəvvür yaradır.V.Montelin 
“İran Azərbaycanının türk dialekti haq qında” məqaləsi Güney 
Azərbaycanın Zəncan şivəsinə aiddir. Bu məqalə giriş, mətn və 
lüğətdən ibarətdir. Müəllif bəzi dil məsələlərinin həllində Təbriz 
dialektinin materialları ilə müqayisələr aparır ki, bu da Zəncan 
şivəsinin spesifik xüsusiyyərlərinin aşkara çıxarılmasında ona 
yaxından kömək edir. Bosnalı Sonel Güney şivələrinə fars dilinin 
təsirini araşdırmışdır. O, Fransada yerinə yetirdiyi doktorluq dis-
sertasiyasında (“ Linguistique et Litteraire Turcophone de l`Irani 
Une etude sociolinguistique”) fars dilinin Salmasla müqayisədə 
Təbriz dialektinə daha çox nüfuz etməsi qənaətinə gəlmişdir.
Təbriz dialektinin H.Haneda və Ə.Gəncəli tərəfindən hazır-
lanmış” Tabrizi vocabularyan Azeri turkish dialect in Iran” adlı 
lüğəti Tokioda çap olunmuşdur. Kitabın girişində bu dialekt barə-
də ümumi məlumat verilir, işlənən səslər təsvir edilir. Lüğət tək-
cə leksik cəhətdən deyil, fonetik və morfoloji baxımdan da əhə-
miyyətlidir. Burada sözlərin tələffüz formaları toplandığından 
nümunələrdə uzun səslər (bə:rsax~bağırsaq, mi:və, i:rmi, pilo:, 
çilo:, dö:r), səs əvəzlənmələri( qəzən, əğəş, bəcə~baca, dumən, 
qapi, tari~tanrı, məşin, qonşi, tuxum, qüm, üşəx, tüssi, hafta, 
sümüx, yemax, xurax və s.), səs düşümü ( dəd~dərd, uva~yu-
va, qut~qurd, kət~ kənd, tüt~tünd), diftonqvari səslər( böürəx`, 
douşan, ouc, döürə), assimilyasiyanın müxtəlif tipləri ( gözəttə-
max, addi~atdı, issi, ənni, bannamax, dannamax, düyünnəmax), 
müxtəlif nümunələrdə şəxs kateqoriyasının şəkilçiləri (-am,-əm,-
san,-sən,-di,-ux,-siz,-dilər) öz əksini tapmışdır. 
Azərbaycan Respublikasında uzun müddət güneylə əlaqələr 
olmadığından şivələr tədqiqatlardan kənarda qalmışdır. Buna 
baxmayaraq, alimlərdən H.Mirzəzadə, M.Şirəliyev, R.Rüstəmov, 


36
37
müasir dialektoloji araşdırmalar yeni təkmilləşdirilmiş təsnifatın 
olmasını zəruri etmişdir.
E.Əzizovun fikrincə, müasir Azərbaycan dili tarixən 3 əsas 
ləhcənin (şimal-şərq, qərb, cənub) qovuşması nəticəsində forma-
laşmışdır. Bu ləhcələrin əlamətlərinin qarşılıqlı surətdə bir-birinə 
keçməsi nəticəsində əsas ləhcələr arasında bir sıra keçid (qarışıq, 
aralıq) tipli şivələr əmələ gəlmişdir.
Azərbaycan dilinin əsas ləhcələri üç başlıca regionda – Kür-
dən şimalda (şimal-şərq ləhcəsi), Kür və Araz çaylarının arasın-
dakı ərazilərdə (qərb ləhcəsi), Arazın sol sahili hissəsindən və 
Muğandan cənubda (cənub ləhcəsi) formalaşmışdır. Azərbay-
canın şimal-qərb hissəsində dağlıq ərazidə qarışıq tipli şivələr 
(şimal-qərb şivələri), Kür çayından şimalda və Qarabağın cə-
nub-qərb sərhədlərində (Arazdan şimalda) və Muğan zonasında 
aralıq şivələr yaranmışdır. 
Şimal-şərq ləhcəsi. Bu ləhcə Kür çayından şimaldakı ərazinin 
şimal-şərq hissəsinin Bakı-Şamaxı, Muğan, Quba- Xaçmaz, Dər-
bənd regionlarının şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 
1) Bakı-Şamaxı, 2) Quba- Xaçmaz, 3) Dərbənd
Bu ləhcəni səciyyələndirən xüsusiyyətlər bunlardır: 
1) Sözün ilk hecasında y səsi qarşısında 
a>e dəyişməsi: qeyiş, 
qeyçi, qeysi, qeymağ və s.
2) a>o dəyişməsi: boba, popağ, hova və s.
3) Sözün birinci və ikinci hecalarında ə

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin