Azerbacan dialektologiyasi-2019. indd


Güney Azərbaycan dialektlərinin tədqiqi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə16/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   12   13   14   15   16   17   18   19   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Güney Azərbaycan dialektlərinin tədqiqi. Ədəbi- bədii dil 
nümunələrindən, dialektoloji materiallardan aydın olur ki, Gü-
ney Azərbaycanda dilimizin müxtəlif şivələri mövcuddur. Sovet 
dönəmində əlaqələrin olmaması Güney şivələrinin öyrənilməsini 
çətinləşdirmiş, tədqiqat obyektinə
 çevrilməmişdir. Bu şivələrin tə-
dqiqinə daha çox respublikamızdan xaricdə maraq
 göstərilir. XX 
yüzilliyin əvvəllərində Almaniyada K. Foyun Təbriz və Urmiya 
şivələri haqqında iki məqaləsi çap olunmuşdur ( Azerbajganische 
studien mit einer charakteristik des sudturkischen “Cənub türk-
cəsinin səciyyəsinə dair Azərbaycan etüdləri”). Bu məqalələrdə 
Təbriz və Urmiya şivələrinin fonetik, morfoloji və leksik xüsu-
siyyətləri Ərzurum dialekti ilə müqayisəli şəkildə araşdirilmışdır. 
Alman alimi H. Ritterin 1921-ci ildə “Der İslam” jurnalında çap 
olunmuş “ Azerbejdschanische Texte sur nordpersischen volks-
kunde” adlı məqaləsi qısa girişdən, Təbriz və Urmiya şivələrinə 
aid mətnlərdən ibarətdir. Mətnlərdə bu gün də Güney şivələrində 
işlək olan səslərin uzun variantları, səs əvəzlənmələri, assimilyasi-
yanın bəzi tipləri, məsdərin hallanması, hal formalarının bir- biri-
ni əvəz etməsi, indiki və qeyri- qəti gələcək zamanlarla, əmr şəkli
 
ilə bağlı maraqlı xüsusiyyətlər öz əksini tapmışdır. M.Əmirpurun 
“Der Azerbaidschanische dialekt von Schahpur” monoqrafiyası 
Güney
Azərbaycandakı Şapur dialektinə aiddir. Monoqrafiya-
nın girişində Şapur və Təbriz
 dialektləri müqayisə olunur, oxşar 
və fərqli cəhətlər göstərilir. Diqqəti çəkən məqamlardan biri də 
Azərbaycanın quzey və güney bölgələrindəki dialektlərin birgə
 


32
33
lar və türkmənlərin dilinə aid konkret mətnlər üzrə fonetik, qram-
matik və leksik özəllikləri müəyyənləşdirilir. T.Doğan Urmiya şi-
vələrini (219), C.Karini isə Ərdəbil (Xal-xal) şivələrini doktorluq 
dissertasiyası səviyyəsində araşdırmışlar. 
Güney şivələrinin öyrənilməsində polyak alimlərinin də əmə-
yi vardır. S.Şapşalın 1935-ci ildə Polşada çap olunan kitabı “İran 
Azərbaycanı türklərinin şifahi ədəbiyyat nümunələri” adlansa da 
mətnlərin traskripsiya ilə verilməsi, qohumluq terminlərinə, və 
müraciət bildirən sözlərə aid nümunələrin göstərilməsi, işlək söz-
lərin lüğəti kitabdakı materialların dialektoloji məqsədlə toplan-
masını göstərir. Bu kitabda Təbriz, Marağa və Urmiya şivələrinə 
aid dialektoloji mətnlərdə spesifik fonetik, morfoloji və leksik xü-
susiyyətlər öz əksini tapmışdır. Görkəmli türkoloq T.Kovalskinin 
Eynalı şivələrinin xarakterik xüsusiyyətləri aşkara çıxarmışdır.
Güney şivələrindən bəhs edən mənbələr arasında V.Hauzen-
holder ilə M.Lütfinin Amerikada işıq üzü görmüş “Basic course 
in Azerbaijani” kitabı da vardır. Amerika əsgərlərinə Azərbaycan 
dilini öyrətmək məqsədi ilə daışıq kitabı şəklində yazılan bu əsər-
də Bakı və Təbriz dialektlərinin materiallarından istifadə olun-
muşdur. Kitab danışıq nümunələrindən, izahlardan və lüğətdən 
ibarətdir. Burada şəxs kateqoriyasına, 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin