42
43
feilin xəbər şəklinin şühudi keçmiş zamanında və eləcə də şərt
şəklində II şəxs cəmdə, mənsubiyyət şəkilçili isimlərin yiyəlik və
təsirlik hallarında şəkilçilərin dodaq variantının işlənməsi: aldu:z,
bildu:z, alsu:z/ also:z, babu:n, babu:, nenu:, babavuzun/ babuzun
və s. 8) Göyçay rayonu və İsmayıllı rayonunun cənub kəndlərin-
də sual intonasiyalı sual cümlələrindən daha çox istifadə olunma-
sı: -Ata:zı gördü:z?;- Sava: şərə gedəsü:z? və s.
Göyçay keçid şivəsində qərb ləhcəsi üçün səciyyəvi olan xü-
susiyyətlər: 1) qalınlaşma hadisəsi ilə əlaqədar olaraq əsasən alın-
ma sözlərin ilk hecalarında ə> a əvəzlənməsi: varax, nazar, şafax,
xavar və s.;2) sözün müxtəlif məqamlarında i>ı əvəzlənməsi:cı-
nax, sıçan, çıraq, ya:ğın və s.; 3) ü>u əvəzlənməsi: duşman, surfa,
quva, umud və s.; 4) çoxhecalı sözlərdə saitlər əhatəsində və tək-
hecalı sözlərdə isə saitlərdən sonra sözün müxtəlif mövqelərində
b>v əvəzlənməsi: qavax/ğavax, xarava, bava, div, qav və s.; 5)
çoxhecalı sözlərdə saitlər arasında və təkhecalı sözlərdə isə sa-
itdən sonra c samitinin dezaffirikatlaşmaya meyl göstərməsi nə-
ticəsində j- laşmanın əmələ gəlməsi: baja, bajı, ajı, alajax, gej,
aj, saj və s.7) söz sonunda karlaşma hadisəsi ilə əlaqədar olaraq,
Göyçayın qərb, cənub- qərb və mərkəzi hissələrində q>x əvəzlən-
məsinin geniş yayılması: pambıx, otax, atmax, qojalmax və s.8)
söz sonunda b>f əvəzlənməsi: məktəf, boşqaf, coraf, alıf, bilif və
s.; 8) söz köklərində və mənsubiyyət şəkilçilərində velyar ŋ sə-
sinin ( Ucar rayonunun qərb və Zərdab rayonunun qərb və cənu-
bundakı kənd şivələri) işlənməsi: ataŋ, soŋra, aldıŋız, baxırdıŋ və
s.; 9) ki bağlayıcısının dörd variantda işlədilməsi; 10) sual cüm-
lələrinin dörd variantlı –mı sual ədatı ilə əmələ gəlməsi: Məhtəvə
getdinmi?;- Kitaf tapdınmı?;- Uşa: gördünmü?(97, s. 22-25).
Dialektoloji araşdırmalarda Biləsuvar-Cəlilabad və Cəbra-
yıl-Zəngilan şivələri keçid şivələr sırasına daxil edilir. Tədqiqat-
çılar Cəbrayıl və Zəngilan şivələrinin Azərbaycan dili şivələrinin
qərb və cənub ləhcələri arasında keçid təşkil etdiyini müəyyən-
ləşdirmişlər. E.Əzizovun
fikrincə,
Cəlilabad- Biləsuvar bölgə-
sində şimal- şərq və cənub ləhcələrini bir- birindən ayıran keçid
əlavə, Qəbələ rayonunun cənubunda
və Yevlax rayonunun şi-
mal-şərqindəki kəndləri əhatə edir.
Ağdaş keçid şivəsində şimal qrupuna aid xüsusiyyətlər: 1)
velyar ŋ səsinin əvəzinə saitlərin burun variantının işlənməsi:
əlĨn- sənin əlinin, əlĨ- sənin əlini; 2) yarımqapalı e saitinin sözün
ilk hecasında işlənməsi: bey, deyirman, tezə; 3) sözün əvvəlində
h samitinin işlənməsi: hələ/ həylə, hora, hindi, hasant; 4)-ıban,-
ıbanı feili bağlama şəkilçilərinin işlənməsi: alıbanı, gəlibəni, du-
rubanı və s.
Ağdaş keçid şivəsində qərb qrupuna aid xüsusiyyətlər: 1) ə> a
dəyişməsi: xavər, ciyar, hayat; 2) i> ı dəyişməsi: ılxı, ışıx, pıçax;
3) sözün ortasında və sonunda v>y dəyişməsi: doyşan, yoyşan,
qoyla; 4) sözün ortasında və sonunda x` səsinə üstünlük verilmə-
si: əppəx`, kəhlix`, bilməx`; 5) sözün ortasında və sonunda j-laş-
ma hadisəsinin özünə möhkəm yer tutması: bajı, balaja, ciji, güj
və s. (97,s. 26-28)
Göyçay keçid şivələri isə indiki Göyçay, Ucar və Zərdab ra-
yonlarını, Kürdəmir və Ağsu rayonlarının qərbində, eləcə də İsma-
yıllı rayonunun cənubunda yerləşən bir neçə yaşayış məntəqəsini
də öz təsir dairəsinə alır. Göyçay keçid şivələrində əsasən şərq,
qərb, qismən də şimal şivələrinin xüsusiyyətləri özünü göstərir.
Göyçay keçid şivəsində şimal- şərq ləhcəsinə xas xüsusiyyət-
lər: 1) söz köklərində y səsinin təsiri ilə açıq a saiti daralmaqla a>
e əvəzlənməsinə səbəb olur: yeylax, aleydıx və s.; 2) incələşmə
hadisəsi ilə əlaqədar a> ə əvəzlənməsi baş verir: qəlin, nəzix`,
qəmiş, şəftəli və s.; 3) bir sıra kənd şivələrində a>o əvəzlənməsi
meydana çıxır: gomuş, popax, boba və s.;4) Kürqırağı zonasında
yerləşən bəzi kəndlərdə qalınlaşmaya meyllə əlaqədar olaraq o>
u və ö> ü əvəzlənmələri özünü göstərir: unun< onun, unu/ uni<
onu, un< onu, uxlo:< oxlov, qunağ< qonaq, nüqsan, güdək və s.;
5) söz ortasında və sonunda g samitinin işlədilməsinə müəyyən
üstünlük verilməsi: igirmi, gög, ignə, əgri, dügi və s.; 6) Göyça-
yın böyük bir qismində (Ucar rayonu istisna olmaqla) velyar ŋ
samitinin işlənməməsi: ato:un/ atovun/ ato:n, atovi/ atoi və s.7)
44
45
ya qarışıq şivələr mövcuddur. N.A.Baskakov qarapapaqların
şivəsini qarışıq Azərbaycan-türk şivəsi hesab edir (118,s.140).
A.Vəliyevin fikrinə görə, Azərbaycan və qumuq dilləri arasında
iber- Qafqaz dilləri (ləzgi, avar, lak,
Tabasaran, udin, xınalıq),
Azərbaycan və türk dilləri arasında erməni və kartvel dilləri yer-
ləşir. Türkmən dilinə gəldikdə isə Azərbaycan dili ilə onun ara-
sında təbii maneə-Xəzər dənizi mövcuddur. Buna görə də həmin
dillər arasında keçid şivələr yarana bilməzdi. Şərq dialekt qrupu-
na daxil olan Dərbənd şivəsi ilə qumuq dili arasında Azərbaycan
dilinin Tabasaran keçid şivəsi mövcuddur (97,s. 20).
Beləliklə, dialektloloji araşdırmalara görə,
Mingəçevir, Ağ-
daş, Göyçay, Ucar, Zərdab, Cəlilabad, İmişli, Cəbrayıl,
Zəngi-
lan, Qubadlı, Qarakilsə rayonlarının ərazisində keçid xarakterli
şivələr yerləşir. Keçid şivələr, başlıca olaraq, Kür çayının sol sa-
hili boyunca və Azərbaycan Respublikasının cənub rayonları zo-
nasında əmələ gəlmişdir.
Dostları ilə paylaş: