-ır
2
şəkilçisi ilə yanaşı -adu,
-ədü, a/ə var
formalarının işlənməsi: aladu, gələdü, ala var, gələ var və s.
12) Felin şərt şəklinin II şəxs cəmində
-so:z, sö:z şəkilçisinin
işlənməsi: also:z, gəlsö:z və s.
13) Sual cümlələrinin intonasiya ilə yaranması: Məktəbə get-
dün?
14) Bu ləhcə üçün səciyyəvi sözlər: meynə «üzüm ağacı»,
peyğəmbəri// peyğəmbərbuğda «qarğıdalı», boşqab//çay boşqabı
«nəlbəki» və s.
Qərb ləhcəsi. Azərbğaycanın Kür və Araz çayları arasında-
kı ərazisinin mühüm hissəsinin Qarabağ- Gəncə, Şəmkir- Qazax,
Daşkəsən- Gədəbəy regionlarının və Gürcüstanın Borçalı regio-
nunun şivələrini əhatə edir. Ermənistan Respublikası üzrə keçmiş
Göyçə, Pəmbək (Böyük Qarakilsə, Hamamlı) mahalları və Dağ
Borçalısı azərbaycanlılarının şivələri də bu ləhcəyə aiddir. Qərb
ləhcəsi 3 şivə qrupuna bölünür: 1) Qarabağ, 2) Qazax-Borçalı,
3) Ayrım şivəsi ( Gədəbəy və Daşkəsən rayonlarının ərazisində).
Bu ləhcənin səciyyəvi xüsusiyyətləri:
1) Sözün ilk hecasında a səsinin işlənməsi: qara, qardaş, papax
və s.
2) Sözün birinci və ikinci hecalarında ə səsinin işlənməsi: səs,
kəs, inəx’.
3) Sözün birinci hecasında o,
ö səslərinin işlənməsi: qonax,
odun, öküz.
4) Damaq ahənginin gözlənilməsi:
ışıx, ılxı, ıldırım.
5) Dodaq ahənginin inkişaf etməsi: doğruyur, gözdüyür, olor,
görör.
6) ov, öv səs birləşmələrinin oy,
o: və öy, ö: şəkilçilərində işlən-
məsi: doyşan// do:şan, bənöyşə//bənö:şə.
7) Velyar η səsinin işlənməsi: təŋəx’, yaŋax, aldıŋız.
40
41
15)
Dostları ilə paylaş: |